Məhkəmə qərarları › İş №2(013)-214/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-214/2025

02.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-214/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi barədə mülki işə 02 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində 1993-cü ildən 1999-cu ilin sonuna kimi X1 fabrikində fəhlə işləməyi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı 02 aprel 2025-ci il tarixə saat 10:40-a Ağdam Rayon Məhkəməsinin binasına təxirə salınmış və bu barədə ərizəçiyə və maraqlı şəxsin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263,264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar