Məhkəmə qərarları › İş №2(013)-2140/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2140/2025

11.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2140/2025 11.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində X3 (atası) və X2 (anası) ailəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu halda məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 260.5, 263- 264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi xx.xx.1975-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində X3 (atası) və X2 (anası) ailəsində doğulması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar