Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-215/2025 22.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi – həmin idarənin suyun balansı və hesabatı şöbəsinin rəisi X2 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Su X1 İdarəsinə qarşı əmrin ləğv edilərək işə bərpa və əmək haqqı tələbi barədə mülki işə 22 yanvar 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Ağdam Su X1 İdarəsinin xx.xx.2024-cü il tarixli 84 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Su X1 İdarəsinə elektrik montyoru vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 2000-ci ildən Ağdam Su X1 İdarəsində işləyir. Himayəsində üç uşağı var. Şəhid ailəsi və müharibə veteranı olmadığını, ona heç bir xəbərdarlıq olunmadan işdən azad edildiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ağdam Su X1 İdarəsinın nümayəndəsi qismində məhkəmədə izahat verən H.G.Əmirzadə iddianı etiraf etməyərək göstərmişdir ki, 2024-cü ildə Su Kanalı və X4 İdarələri ləğv edilərək əvəzində Ağdam Su X1 İdarəsi yaradılmışdır. Sonradan idarədə ixtisar olunacağı barədə bütün işçilər məlumatlandırılmış və onların hər birinə bildiriş verilmişdir. 131 nəfər, o cümlədən İddiaçı ixtisara düşmüşdür. İxtisar aparılarkən müharibə veteranları və şəhid ailələri nəzərə alınmışdır. Mətləb bu kateqoriyalı işçilərin heç birinə aid olmamışdır. İddiaçı əmək funksiyasının düzgün yerinə yetirmədiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-ci ildə X4 İdarəsinə elektrk montyoru işinə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli 84 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi Ağdam Su X1 İdarəsində işçilərin sayı ixtisar edilmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixli 84 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə uyğun olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Ağdam Su X1 İdarəsinın xx.xx.2024-cü il tarixli 84 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə M.M.X6 X1 İdarəsinə elektrik montyoru vəzifəsinə bərpa olunması üçün əsaslar olmamışdır. Həmin səbəbdən məhkəmə belə hesab edir ki, İddiaçı iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosesssual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 1-ci maddəsinin «2» bədinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüququ vardır. İddiaçı məhkəmədə öz tələblərini əsaslandıra bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Ağdam Su X1 İdarəsinə qarşı Ağdam Su X1 İdarəsinın xx.xx.2024-cü il tarixli 84 saylı əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam Su X1 İdarəsinə elektrik montyoru vəzifəsinə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-215/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-215/2025
22.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver