Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2177/2025 25.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətçinin mülkiyyət hüququnun həyata keçirilməsinə mane olan hərəkətlərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus Ağdam rayonu Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərinin aradan qaldırılmasına və həmin hərəkətlərin cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın müdafiə etdiyini, Ağdam rayonu Əfətli kəndndə yerləşən 0,12 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olduğunu, həmin torpaq sahəsi üzərində 3 otaq zal və mətbəxdən ibarət yaşayış evi tikdirdiyini, hazırda qeyd olunan yaşayış evinin dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etdiyini, lakin keçmiş gəlini, Cavabdeh təşkilatın mütəxəssislərini təhqir edərək evə baxış keçirmələrinə və qanunda nəzərdə tutulmuş ölüçü işlərinin aparılmasına mane olduğunu, bu səbəbdən də Azərbaycan Respublikasının iqtisadiyyat Nairliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə yaşayış evinin dövlət qeydiyyatına alınmasından imtina oldunduğunu, həmin məktubda Cavabdeh tərəfindən Daşınmaz Əmlakın mütəxəssislərinə texniki baxışın keçirilməsinə mane olması səbəbindən müayinə baxışının keçirilməsi mümkün olmadığı göstərildiyini, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyətində olan həmin torpaq sahəsindən sərbəst mülkiyyətçi hüquqlarını həyata keçirə bilmədiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il, daşınmaz əmlakın reyestr nömrəsi **********98 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış surətindən görünür ki, Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə, İddiaçı ünvanlanmış bildirişdən görünür ki, idarənin mütəxəssisləri Ağdam rayonu Əfətli kəndində olan qeyd olunan əmlaka baxış üçün əraziyə getmiş, lakin ailə üzvləri arasında əmlak mübahisəsi olduğu üçün evin gəlininin qəti narazılığı səbəbindən müayinə baxışın keçirilməsi mümkün olmamışdır. Odur ki, “daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” azərbaycan respublikası qanununun 15-ci maddəsinin müddəalarına əsasən, imtinaya səbəb olan hallar aradan qaldırılana qədər ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə a) Hər kəsin mülkiyyət hüququ vardır. b) Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. c) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə müvafiq olaraq sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə qeyd edir ki, Ağdam rayonu, Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olması mübasələndirilməyən haldır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan bu hal iddiaçının mülkiyyət hüquqlarından istifadə etməyə maneə törədir. Belə olan halda həmin maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan Ağdam rayonu Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri aradan qaldırılmalı və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin edilməsi Cavabdeh qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iş üzrə ödəməmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Ağdam rayonu Əfətli kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyətçi hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri aradan qaldırılsın və həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərin edilməsi Cavabdeh qadağan edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Agdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2177/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2177/2025
25.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver