Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-219/2024 24.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə 24 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində bacısı X2 miras qalmış Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,15 ha və 0,2409 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, X4 onun bacısı olmuş və xx.xx.2023-cü ildə vəfat etmişdir. Bacısı Sehranın əri və uşağı olmamışdır. Ata-anası vəfat etmişlər. X6 rayonunun Qaradağlı kəndində yerləşən 0,15 ha və 0,2409 ha torpaq sahəsi miras qalmışdır. Həmin şəxslər vəfat etdikdən sonra miras əmlakı qəbul edərək idarə etmişdir. Ondan başqa vərəsələr olan qardaşı Qaçay və bacısı Firuzə mirası qəbul etməmiş, həmçinin vərəsələrlə onun arasında hər hansı bir mübahisə olmamışdır. Vəfat etmiş Sehran Orucova vəsiyyətnamə qoymamışdır. Miras əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi müddətinin ötürüldyünü əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Miras əmlakı idarə etdiyini, digər vərəsələrin mirası qəbul etməkdən imtina etdiklərini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəmədə izahat verən Maraqlı şəxs1 ərizəni əsaslı hesab edərək mərhum Sehran Orucovanın onun bacısı, Ərizəçi isə qardaşı olduğunu, ondan Böyükkişidən və bacısı Firuzədən başqa Sehran Orucovanın vərəsəsinin olmadığını, Sehran Orucovanın ərinin və uşaqlarının olmadığını, hər iki valideyninin vəfat etdiyini, miras əmlak olan torpaq sahəsini Ərizəçi qəbul etdiyini, onun və bacısı Maraqlı şəxs2 miras əmlakı qəbul etmədiklərini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs2 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq Ərizəçi tələbinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs3 nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Maraqlı şəxs3 nümayəndəsinin və Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZ İİ № 307096 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 915 saylı arayışlarından görünür ki,X3 vərəsələri – qardaşları X7, Ərizəçi və bacısı Maraqlı şəxs2 olmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-471F kod 60909018 olan şəhadətnamənin surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı qərarı ilə X3 mülkiyyətinə Ağdam rayonunun Qaradağlı kəndində 0,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Qeydiyyat tarixi xx.xx.2023-cü il, nömrəsi **********, reyestr nömrəsi **********08 olan çıxarışın surətindən görünür ki, X3 mülkiyyətinə Ağdam rayonunun Qaradağlı kəndində 0,2409 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Maraqlı şəxs3 xx.xx.2023-cü il tarixli 203 saylı məktubun görünür ki, B.B.X1 miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi müddətinin ötürüldüyünü əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X2 Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,15 ha və 0,2409 ha torpaq sahəsi miras qalmışdır. Mirasın açıldığı yer Ağdam rayonudur. Miras qoyan şəxsin üç nəfər ikinci növbə vərəsələri - qardaşları Ərizəçi, Maraqlı şəxs1 və bacısı X5 olmuşdur. Ərizəçi miras əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da həmin mirası qəbul etmişdir. Digər vərəsələr mirası qəbul etməmişlər. Miras qoyan şəxs tərəfindən vəsiyyətnamə tərtib olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsində qeyd olunmuşdur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsində qeyd olunmuşdur ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsində göstərilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci madddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 miras qalmış Ağdam rayonunun Qaradağlı kəndində yerləşən 0,15 ha və 0,2409 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-219/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-219/2024
24.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver