Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2262/2024 02.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi ilə, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Ağdam Mərkəzi Rayon X11 Şəxsin direktoru X4, cavabdeh tərəfdən nümayəndə X2 iştirakları ilə, İddiaçı Ağdam Mərkəzi Rayon X1rşı əvvəlki işinə bərpa tələbinə dair ərizəsindən ibarət mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Ağdam Mərkəzi Rayon X11 Şəxsin 20 iyun 2024-cü il tarixli, 18-1-21/3-1-893/2024 saylı Əmrinin ləğv edilməsinə və keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsinə bərpa olunmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, 2010-cu ildən Ağdam Mərkəzi Rayon Xəstəxanasında müxtəlif sahələrdə işləmişdir. 01 oktyabr 2022-ci ildən Ağdam Mərkəzi Rayon Xəstəxanasında keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsində işləyir. Eyni zamanda 15 ilə yaxın 119 saylı X24 Dairəsinin 17 saylı Məntəqə Seçki Komissiyasının sədri işləyir. Ağdam Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2024-cü il tarixli əmri ilə özünün razılığı olmadan xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsindən azad edilərək həmin tarixdən cərrahiyyə şöbəsində həkim-uşaq cərrahı vəzifəsinə keçirilmişdir ki, bu tamamilə əsassızdır və əmək qanunvericiliyinin tələblərinə tamamilə zidd oldugundan əmr ləğv edilməli və əvvəlki işinə bərpa olunmalıdır. İddia tələbləri təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə edərək əlavə olaraq göstərdi ki, 2006-cı ildə həkim işləyir, 2010-cu ildən isə Ağdam Mərkəzi Rayon Xəstəxanasında müxtəlif işlərdə işləyib, 7 ildir ki, xəstəxananın tibbi şurasının üzvüdür. Həmçinin bu illər ərzində rayonda məntəqə seçki komissiyalarında katib, 6-7 ildir ki, 119 saylı X24 Dairəsinin 17 saylı Məntəqə Seçki Komissiyasının sədridir, hazırkı vaxta kimi 3 dəfə seçkilərin keçirilməsinə rəhbərlik edib. 01 oktyabr 2022-ci ildən xəstəxanada keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsində işləyir, ötən müddət ərzində bütün hesabatlarını vaxtlı-vaxtında TƏBİBə vermiş, hesabatları qəbul olunmuş, bir dəfə də olsun intizam tənbehinə məruz qalmamışdır. Xəstəxanaya yeni baş həkim təyin ediləndən sonra ona qarşı təzyiqlər başlamış, baş həkimin müavini və kadrlar şöbəsinin rəisi ona bildirmişlər ki, ərizəsini yazıb işdən getsin. Ərizə yazmadığı üçün 06 iyun 2024-cü il tarixdə baş həkimin sədrliyi ilə tibbi şuranın iclası onun iştirakı və ümumiyyətlə xəbəri olmadan çağırılmış, iclasda fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş, baş həkimin xx.xx.2024-cü il tarixli əmri ilə özünün razılığı olmadan xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsindən azad edilərək həmin tarixdən cərrahiyyə şöbəsində həkim-uşaq cərrahı vəzifəsinə keçirilmişdir. Barəsində qəbul edilən qərardan məlumatsız olmuş, qərar hazırkı vaxtadək ona verilməmişdir. Həmkarların üzvü olduğu halda onların da bu məsələdən məlumatı olmamışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar ədalətsizdir, işinin dəyişdirilməsinə dair verilmiş əmr qanunsuzdur. Ona görə də iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X17 X21 Rayon X11 Şəxsinin nümayəndəsi X6 iddia tələblərini qəbul etmədi. Göstərdi ki, xəstəxananın hüquq işləri ilə məşğuldur, İddiaçı və qeyrisi ilə bağlı keçirilən iclasda iştirak etmişdir. Baş həkimin müavini Niyazi həkim iclas keçirilən zaman bildirmişdir ki, İddiaçı iclas barədə məumat verilib, lakin iclasa gəlməmişdir. İddiaçı fəaliyyəti iclasda qeyri qənaətbəxş hesab edilmişdir. Bu səbəbdən də onu ixtisasına uyğun işlə təmin etmişlər, iş yerini dəyişmişlər. Belə ki, N.Nəibov uşaq həkimidir, rayon əhalisi üçün də onun ixtisası üzrə həkim kimi işləməsi məqsədəmüvafiqdir. Ona görə də əhali üçün də onun həkim kimi işləməsinin məqsədəmüvafiqliyi nəzərə alınıb. Hesab edir ki, iddia tələbləri əsassızdır, əmr əmək qanunvericiliyinin tələblərinə uyğundur, iddia rədd edilməlidir. Məhkəmə iclasında Ağdam Mərkəzi Rayon X11 Şəxsin direktoru X10 iddia tələblərini qəbul etmədi. Göstərdi ki, 14 may 2024-cü il tarixdən xəstəxanaya direktor təyin edilib. Həmin təyinatdan sonra xəstəxanada islahatlar aparmağa başlamış, həmçinin İddiaçı rəhbərlik etdiyi xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin fəaliyyəti ilə də tanış olmuş, komitənin fəaliyyətindən narazı qalmışdır. Keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri, hazırkı İddiaçı ilə söhbət zamanı onun rəhbərlik etdiyi komitənin işini yarıtmaz bildiyini müəyyən etmiş, onunla qarşılıqlı olaraq razılaşmışlar ki, İddiaçı işi dəyişdirilsin. İddiaçı əvvəl razılıq etsə də, sonradan İddiaçı bununla razılaşmamışdır. Belə olan halda İddiaçı fəaliyyəti ilə bağlı Tibbi Şuranın yığıncağı keçirilmiş, iclas barədə İddiaçı məlumatlandırılmışdır. Buna baxmayaraq İddiaçı iclasa gəlməmişdir. İddiaçı iclas barədə məlumatsız olmasına dair göstərdikləri yalandır. İddiaçı onun özü tərəfindən və həkimlər tərəfindən məlumatlandırılıb, bu barədə onun telefon yazışması da var ki, məhkəməyə təqdim olunur. Tibbi Şuranın iclasında İddiaçı fəaliyyəti qeyri qənaətbəxş hesab edilmiş, şuranın üzvləri İddiaçı fəaliyyətindən məlumatsız olmasını bildirmişlər. Həmçinin İddiaçı ixtisasca uşaq cərrahı olması, əhaliyə həmin sahədə xidmətin yüksəldilməsi məqsədi ilə onu xəstəxananın keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsindən azad edilərək razılığı olmadan uşaq cərrahı təyin edilməsi barədə əmr vermişdir. Hesab edir ki, əmr qanuna müvafiqdir. Məhkəmə tərəfləri /nümayəndəni/ dinləyib, onların təqdim etdiyi sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Ağdam RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE ******** saylı Şəxiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Ağdam Rayon Yusifcanlı kəndində anadan olmuş, hazırda kəndin qeydiyyatındadır . Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, AA 497328 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş Ağdam RİH Başçısının İkinci Alıbəyli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 iyul 2024-cü il tarixli, 6-31-40/32-50 saylı arayışından görünür ki, Ağdam rayonunun Yusifcanlı kənd sakini İddiaçı hazırda rayonun X5 76 saylı evdə məskunlaşmışdır. Azərbaycan Beynəlxalq Universitetinin AB-İ № 004454 saylı Diplomunun surətindən görünür ki, N.Nəsib 2000-ci ildə universitetə daxil olmuş və 2006-cı ildə həmin universiteti Pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 30 iyun 2006-cı il tarixli Qərarı ilə ona həkim ixtisası verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin 0333 saylı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetini bitirmiş, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək Ağcabədi Mərkəzi Rayon Xəstəxanasında İnternatura kursu keçmişdir. Buraxılış İmtahan Komissiyasının qərarına əsasən ona həkimuşaq cərrahı ixtisası verilmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" Publik Hüquqi X21 Rayon X11 Şəxsinin 20 iyun 2024-cü il tarixli, 18-1-21/3-1- 893/2024 saylı ƏMRindən görünür ki, Ağdam Rayon Mərkəzi X11 Şəxsin İdarəetmə aparatının 1.0 ştat vahid Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri İddiaçı əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə xx.xx.2024-cü il tarixdən Ağdam Rayon Mərkəzi X11 X9 1.0 ştat vahidi ilə Həkim-uşaq cərrahı keçirilmişdir. 119 saylı X24 Dairəsinin 17 saylı Məntəqə Seçki Komissiyasının 119-17/1 saylı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı Dairənin 17 saylı Məntəqə Seçki Komissiyasının sədri işləyir. İddiaçı məhkəməyə özü tərəfindən Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X18 təqdim etdiyi hesabat sənədlərini məhkəməyə təqdim etmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 16 iyun 2023-cü il tarixli FƏXRİ FƏRMANından görünür ki, İddiaçı əhaliyə göstərdiyi nümunəvi tibbi xidmətlərə və "17 iyun X19 Bayramı Günü" münasibəti ilə təltif edilmişdir. Ağdam Mərkəzi Rayon X11 Şəxsinin 06 iyun 2024-cü il tarixdə keçirilən tibbi şurasının iclas protokolundan görünür ki, şura üzvləri İddiaçı fəaliyyəti ilə bağlı məlumatlı olmadıqlarını, onun fəaliyyəti ilə bağlı fikir bildirə bilmədiklərini bildirirlər, İddiaçı fəaliyyətinin qeyriqənaətbəxş olması yalnız xəstəxanın baş həkimi tərəfindən bildirilir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" X22 icraçı direktoru V.Qurbanovun 10 may 2024-cü il tarixli ƏMRindən görünür ki, X7 həmin tarixdən Ağdam Mərkəzi Rayon X11 Şəxsin direktoru vəzifəsinə təyin edilmişdir. VHATSAP yazışmalarından görünür ki, Tibbi Şuranın iclası keçirilən günü İddiaçı ilə xəstəxananın direktorunun Niyazi adlı köməkçisi aralarında saat 10-14-dən 14-42-ə kimi yazışmalar olmuş, N.X20 iclasından məlumatlı olmuşdur. X3 X23 X12 30 iyul 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin maddənin 3-cü hissəsinin 4-cü bəndi nəzərdə tutur ki, əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əməl olunmalıdır. Həmin Məcəllənin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur, maddənin ə bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək işçinin hüququdur. Məcəllənin 11-ci maddəsinin a bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin hüququdur. Qeyd olunan Məcəllənin 12-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək işəgötürənin vəzifəsidir. Məcəllənin 43-cü maddəsinin 4-cü bəndinə görə bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Qeyd olunan Məcəllənin 57-ci maddəsinin 3-cü hissəsinə görə əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Məcəllənin 60-cı maddəsinə əsasən işəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə 1 ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə görə əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 82-ci madədsində nəzərdə tutulur ki, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Həmçinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 38.1-ci maddəsinə görə məntəqə seçki komissiyasının sədri, katibləri və üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının (sərəncamının) dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Məntəqə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən şəxsin əsas iş yeri üzrə aldığı əmək haqqı saxlanılır. Beləliklə məhkəmə araşdırması ilə müəyyən edildi ki, Ağdam Mərkəzi Rayon X11 Şəxs üzrə işçi İddiaçı xx.xx.2024-cü il tarixli, 18-1-21/3-1-893/2024 saylı əmrlə onun razılığı olmadan Ağdam Mərkəzi Rayon Xəstəxanasının keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri vəzifəsindən azad edilərək 20 iyun 2024-cü il tarixdən xəstəxananın Cərrahiyə Şöbəsində həkim-uşaq cərrahı vəzifəsinə keçirilmiş, bununla bağlı verilmiş 20 iyun 2024-ci il tarixli, 18-1-21/3-1-893/2024 saylı həmin əmrin qəbul edilməsi zamanı əmək qanunvericiliyinin bir sıra tələbləri işəgötürən tərəfindən pozulmuş, işçinin razılığı olmadan müəssisə daxili sair vəzifəyə keçirilmişdir ki, həmin əmr əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri baxımından ləğv edilməlidir. Ona görə də məhkəmə iddia tələblərini təmin edir, Ağdam Mərkəzi Rayon X11 Şəxs üzrə İddiaçı barəsində verilmiş 20 iyun 2024-cü il tarixli, 18-1-21/3-1-893/2024 saylı əmri ləğv edir, onu öz əvvəlki işinə bərpa edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Ağdam Mərkəzi Rayon X11 Şəxs üzrə İddiaçı barəsində verilmiş 20 iyun 2024-cü il tarixli, 18-1-21/3-1-893/2024 saylı əmr ləğv edilsin, İddiaçı öz əvvəlki Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri işinə bərpa edilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2262/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2262/2024
02.09.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver