Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2343/2023 12.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və ölüm faktının müəyyən edilməsi barədə mülki işə 12 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində anası X2 1931-ci ildə X5 (atası) və X3 (anası) ailəsində anadan olması və anası X2 xx.xx.1988-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində ölməsinin qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, anası D.İ.Qasımova 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində X5 (atası) və X3 (anası) ailəsində anadan olmuş və xx.xx.1988-ci ildə xəstəlikdən vəfat etmişdir. Zərurətlə bağlı Ağdam Rayon Qeydiyyat Şöbəsinə müraciət edərkən orada anası D.İ.Qasımovanın doğum və ölüm qeydinin aşkar olunmaması bildirilərək ona məhkəməyə müraciət etməli olduğu izah edildiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində məhkəmədə ifadə verən X4 həmkəndlisi Ərizəçi anası D.İ.Qasımovanın 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olduğunu və xx.xx.1988-ci ildə vəfat etdiyini bildirmişdir. Şahid qismində məhkəmədə ifadə verən X1 həmkəndlisi Ərizəçi anası D.İ.Qasımovanın 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olduğunu və xx.xx.1988-ci ildə vəfat etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 508-05/15 saylı və xx.xx.2023-cü il tarixli 509-05/15 saylı arayışlarından görünür ki, Ağdam Rayon Qeydiyyat Şöbəsinin arxivində, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və Qeydiyyat notariat baş idarəsinin arxivində D.İ.Qasımovanın 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olması və xx.xx.1988-ci ildə vəfat etməsi barədə heç bir akt qeydi aşkar olunmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah olunmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 363 saylı arayışından görünür ki, D.İ.Qasımova xx.xx.1988-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi anası D.İ.Qasımova 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuş və xx.xx.1988-ci ildə vəfat etmişdir. Faktın təsdiqi Ərizəçi doğum haqqında və ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X2 1931-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində X5 (atası) və X3 (anası) ailəsində doğulması faktı müəyyən edilsin. X2 xx.xx.1988-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2343/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2343/2023
12.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver