Məhkəmə qərarları › İş №2(013)-2395/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2395/2024

09.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2395/2024 09.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdam rayonu 132 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə 09 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Ağdam rayonu 132 nömrəli tam orta məktəbinin direktoru X1 xx.xx.2024-cü il tarixli 179 nömrəli əmri ləğv edilərək xəstə olması nəzərə alınaraq əvvəlki işinə bərpa edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmənin vaxtı barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Ağdam rayonu 132 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa edilmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar