Məhkəmə qərarları › İş №2(013)-2397/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2397/2024

07.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2397/2024 07.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl və cehiz əşyaları tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək Cavabdeh iddia ərizəsində göstərilən 6 adda 3576 manat dəyərində qızıl əşyalarının, 65 adda 8669 manat dəyərində cehiz əşyalarının naturada və ya bu mümkün olmazsa pulla dəyəri olan, cəmi 12.245 manat pulun və mediasiya xidməti üçün ödənilmiş 60 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 29 avqust 2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaqları anadan olmuşdur. Ailə həyatı quran zaman valideynləri və cavabdeh tərəfindən ona göstərilən cehiz və qızıl əşyaları toy hədiyyəsi kimi verilmişdir ki, qızıl-zinət əşyaları - 1. Komplekt-1 dəst (boyunbağı, qolbağ, sırğa, üzük) 22,5 qram, 585 əyar (1 qr 90 manat) - qiyməti 2025 manat, 2. Üzük (hədiyyə) - 1 ədəd, 2,3 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 220 manat, 3. Üzük (hədiyyə) - 1 ədəd, 2 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 180 manat, 4. Üzük (hədiyyə) -1 ədəd, 2,5 qram 585 əyarlı (1 qr 90 manat) - qiyməti 225 manat, 5. Nişan üzüyü - 1 ədəd, 1,4 qram, 585 əyarlı brilliyant qaşlı - qiyməti 800 manat, 6. Qolbağ (uşaq üçün) -1 ədəd, 1,4 qram, 585 əyarlı, (1 qr 90 manat) – qiyməti 126 manat, CƏMİ qızıl-zinət əşyları 3576 manatlıq. Bundan başqa cehiz əşyaları bunlardır : 1. mebel dəsti (taxt, termo, şifoner, tumba, stol, stul, servant) qiyməti 5500 manat, 2. 1 ədəd ütü stolu qiyməti 60 manat, 3. 1 dəst qazan dəsti qiyməti 60 manat, 4. 1 ədəd lüstr qiyməti 55 manat, 5. 1 ədəd ütü qiyməti 50 manat, 6. 1 ədəd sandıq qiyməti 100 manat,

7. 1 ədəd uşaq üçün yataq dəsti qiyməti 120 manat, 8. 1 ədəd sərinkeş qiyməti 45 manat, 9. 1 ədəd televizor qiyməti 500 manat, 10. 1 ədəd tozsoran qiyməti 80 manat, 11. 1 ədəd qoz çəkən maşın qiyməti 20 manat, 12. 1 ədəd divar saatı qiyməti 25 manat, 13. 1 ədəd ət çəkən maşın qiyməti 60 manat, 14. 1 ədəd tefal qiyməti 15 manat, 15. 1 ədəd paltaryuyan maşın qiyməti 600 manat, 16. 1 ədəd çaynik qiyməti 5 manat, 17. 1 ədəd çaydan qiyməti 20 manat, 18. 1 dəst obedni servis qiyməti 80 manat, 19. 1 dəst çay servisi qiyməti 80 manat, 20. 1 ədəd lampa qiyməti 5 manat, 21. 2 ədəd xrustal vaz (1 ədədi 20 manat) qiyməti 40 manat, 22. 2 ədəd ləpə qabı (1 ədədi 15 manat) qiyməti 30 manat, 23. 1 ədəd şirəli vedrə qiyməti 8 manat, 24. 1 ədəd xəmir ləyəni qiyməti 15 manat, 25. 2 ədəd kapron ləyən (1 ədədi 3 manat) qiyməti 6 manat, 26. 1 dəst dörd ayaq, oxlov dəsti qiyməti 10 manat, 27. 1 ədəd çörək qazanı qiyməti 25 manat, 28. 1 ədəd çörək qabı qiyməti 3 manat, 29. 1 ədəd aşsüzən qiyməti 6 manat, 30. 1 ədəd padnos dəsti qiyməti 20 manat, 31. 1 dəst stəkan, nəlbəki qiyməti 6 manat, 32. 12 ədəd boşqab (dolma) (1 ədədi 1 manat) qiyməti 12 manat, 33. 12 ədəd boşqab (salat) (1 ədədi 1 manat) qiyməti 12 manat, 34. 12 ədəd boşqab (aş) (1 ədədi 1 manat) qiyməti 12 manat, 35. 12 ədəd kasa (dovğa) (1 ədədi 1 manat) qiyməti 12 manat, 36. 6 ədəd bulud (1 ədədi 2 manat) qiyməti 12 manat, 37. 12 ədəd çay qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 38. 12 ədəd yemək qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat,

39. 12 ədəd çəngəl (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 40. 1 ədəd qazan qaşığı qiyməti 2 manat,

41. 1 ədəd kəfkir qiyməti 2 manat, 42. 1 ədəd çömçə qiyməti 2 manat, 43. 1 ədəd bıçaq qiyməti 1 manat, 44. 1 ədəd balta qiyməti 4 manat, 45. 1 ədəd soğan çəkən qiyməti 10 manat, 46. 1 ədəd şirə çəkən qiyməti 15 manat, 47. 1 ədəd jurnal stolu qiyməti 40 manat, 48. 1 dəst meyvə bıçağı qiyməti 5 manat, 49. 1 dəst bıçaq dəsti qiyməti 8 manat, 50. 1 ədəd salfetka qabı qiyməti 3 manat,

51. 1 ədəd şokalat qabı qiyməti 6 manat, 52. 4 ədəd qənd qabı (1 ədədi 5 manat) qiyməti 20 manat, 53. 3 ədəd düz qabı (1 ədədi 1 manat) qiyməti 3 manat, 54. 2 ədəd mürəbbə qabı (1 ədədi 8 manat) qiyməti 16 manat, 55. 1 ədəd taxta qaşıq qiyməti 2 manat, 56. 1 ədəd doğrama taxtası qiyməti 2 manat, 57. 1 ədəd sarımsaq döyən qiyməti 1 manat, 58. 2 dəst pərdə, örtük, tül (1 dəsti 30 manat) qiyməti 60 manat, 59. 4 ədəd yastıq (1 ədədi 30 manat) qiyməti 120 manat, 60. 2 ədəd döşək (1 ədədi 70 manat) qiyməti 140 manat, 61. 2 ədəd yorğan (tək) (1 ədədi 70 manat) qiyməti 140 manat, 62. 2 ədəd xalça (1 ədədi 120 manat) 3m*5m qiyməti 240 manat, 63. 2 ədəd pakrıval dəsti (tək) (1 ədədi 15 manat) qiyməti 30 manat, 64. 2 ədəd pakrıval dəsti (qoşa) (1 ədədi 25 manat) qiyməti 50 manat, 65. 1 ədəd döşək (uşaq üçün) qiyməti 50 manat, CƏMİ cehiz əşyalarının dəyəri 8669 manat, ÜMUMİLİKDƏ qızıl-zinət və cehiz əmlakların dəyərləri 12.245 manat təşki edir. Aralarında olan ər-arvad münasibətləri pozulduğuna görə ayrılmaşlar və hazırda nikahın pozulması üçün Ağdam Rayon Məhkəməsinə müraciət etmişdir. Qızıl əşyaları və cehiz əşyaları cavabdehin evində qalmış, qızıl əşyalarını və cehiz əşyalarını cavabdehdən tələb etsə də vermir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia ərizəsində göstərilən 6 adda 3576 manat dəyərində qızıl əşyaları, 65 adda 8669 manat dəyərində cehiz əşyaları naturada və ya bu mümkün olmazsa pulla dəyəri olan cəmi 12.245 manat pulun və mediasiya xidməti üçün ödənilmiş 60 manat pul onun xeyrinə alınmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 2021-ci ildə cavabdehlə ailə qurmuş, Bərdə Rayon Alaçadırlı kəndində yaşamışlar. Münasibətləri alınmamış, ayrılmışlar, 1 övladları var, hazırda ayrı yaşayırlar, özü valideynləri ilə yaşayır. 2024-cü ilin mart ayının 28-də əri evindən boşanmaq məqsədi ilə deyil, müalicə olunmaq məqsədi ilə çıxmışdır. Mart ayında evdən çıxanda özünə məxsus qızılları əri evində sandıqda qalıb. Bütün cehiz əmlakları hazırda əri evindədir, lakin məhkəmənin qərarı ilə götürmək istəyir. Qızılları özündə olmamış, həmişə sandıqda saxlamışdır. Qızılları onun xəbəri və razılığı olmadan əri tərəfindən özü evdən çıxandan sonra satılıb, pulları xərclənib. Sonuncu dəfə əri evindən çıxanda qızılları sandıqda qoyub gəlib. Həmin qızılları bir dəfə əri lombarda qoyub başqa adamlar üçün 1500 manat pul götürüb, sonra isə pulu ödəyib qızılları lombarddan götürüblər. Hazırda qızıllar ərindədir, qaytarmır. Onu da qeyd edir ki, ərə gedərkən valideynləri ona paltaryuyan maşın da almaq istəmişlər, lakin əri evində paltaryuyan maşın olduğu üçün bunun əvəzində valideynləri ona 600 manat pul vemişlər, həmin pulu da əri Vüsala vermişdir. Bunun da nəzərə alınmasını və iddiasının tam həcmdə təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələblərini qismən qəbul etdi. Göstərdi ki, fəhləliklə məşğuldur, borc-xərclə özünə toy edib. Cehunə ilə xasiyyətləri alınmadı. 1 uşaqları olub, uşaqda anadangəlmə qusma xəstəliyi var. Cehunənin qızılları olub, ancaq birgə nikahları dövründə satıb uşağın müaliclərinə xərcləyiblər, Bakı, Bərdə və Mingəçevir Şəhərində uşağın müalicələri aparılıb. Cehunənin qızılları onda olub, o, da aparıb Bərdə Şəhərində bazarda satıb. Qızılların satılmasını hazırda Cehunə bilir, ancaq qızılları satanda Cehunə bilməyib. 2 ay bundan əvvəl Cehunənin komplekt qızıllarını 1500 manata satıb. Cehunənin qızıllarından 2 üzüyü qalır, onu da Cehunəyə verə bilər. İmkanı olanda qızılların pulunun yarısını Cehunəyə verəcək. Ailənin 3000 manat borcu da olub, onu da borc sahibinə özü qaytarıb. Evlərində paltaryuyan maşın olduğu üçün Cehunənin ailəsi paltaryuyanın 500 manat pulunu onlara veriblər, həmin pulu da bir yerdə uşağın müalicələrinə xərcləyiblər. Göstərdiklərinin nəzərə alınmasını, ədalətli qərar qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında izahat verən X10 göstərdi ki, Cehunə onun qızıdır. Göstərilən əmlaklar Cehunəyə toy vaxtı verilib. Cehunənin uşağı xəstə olub, onun müalicələrinə özləri də pul xərcləyiblər, köməklik ediblər. Cehunənin cehiz əmlakları əri evindədir, qızılları da əri evində qoyub gəlib. Cehuna əri evindən gələndə qızıl gətirməyib. Şahid qismində məhkəmə iclasında izahat verən X8 göstərdi ki, Cehunə onun bacısıdır. Bütün göstərilən əmlaklar və qızıllar Cehunəyə toy vaxtı hədiyyə olunub. Cehunəgilə tez-tez gedib gəlib. Cehunənin cehiz əmlaklarının hamısı zazırda əri evindədir. Cehunə əri ilə dolanmayıb. Bu ilin mart ayında Cehunə əri evindən çıxıb gəlib, onlarla yaşayır. Cehunə gələrkən nə cehiz əşyalarını, nə də qızıllarını gətirməyib. Cehunənin uşağı xəstə olduğundan onun müalicələrini etmişlər. Uşağı 3 dəfə Bakı şəhərinə müalicəyə aparmaq lazım olub ki, onun da 2 dəfəsini uşağı özü aparmış, müalicələrinin xərcini də özü çəmişdir. Vüsal 1 dəfə ona uşağın müalicəsi üçün 250-300 manat pul verib. Şahid qismində məhkəmə iclasında izahat verən X4 göstərdi ki, Vüsal onun oğludur, oğlu fəhləlik edir, 500 manat əmək haqqı alır. Göstərilən əmlaklar Cehunəyə toy vaxtı verilib. Cehunənin uşağı xəstə olduğu üçün ona çoxlu pul xərcləyiblər. Hər iki tərəf uşağın müalicələri üçün pul xərcləyiblər. Həmçinin Cehunənin özünün də müalicələrinə çoxlu pul xərcləyiblər. Cehunənin əmlakları evdədir, onlarda hazırda cəmi 2 üzüyü qalır, qalan qızılları satıb uşağın və Cehunənin müalicəsinə xərcləyiblər. Qızıllar bir dəfəyə satılıb. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfin ərizə ilə birlikdə təqdim etdiyi sənədlər : AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1990-cı il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 25 yanvar 2017ci il tarixdə verilmiş AA 380578 seriyalı X7 surətindən görünür ki, iddiaçı C.Abbasova Ağdam rayonundan məcburi köçkündür. X2 surətindən görünür ki, tərəflərin nikahları Bərdə Regional ASAN XİDMƏT X1 29 avqust 2022-ci il tarixdə, 1165 sayla qeyd edilmişdir. X3 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən 12 avqust 2024-cü il tarixdə verilmiş mütəxəssis RƏYindən görünür ki, QİZİL ZİNƏT ƏŞYALARİ : 1. Komplekt-1 dəst (boyunbağı, qolbağ, sırğa, üzük) 22,5 qram, 585 əyar (1 qr 90 manat) - qiyməti 2025 manat, 2. Üzük (hədiyyə) -1 ədəd, 2,3 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 220 manat, 3. Üzük (hədiyyə) -1 ədəd, 2 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 180 manat, 4. Üzük (hədiyyə) -1 ədəd, 2,5 qram 585 əyarlı (1 qr 90 manat) - qiyməti 225 manat, 5. Nişan üzüyü -1 ədəd, 1,4 qram, 585 əyarlı brilliyant qaşlı - qiyməti 800 manat, 6. Qolbağ (uşaq üçün) -1 ədəd, 1,4 qram, 585 əyarlı, (1 qr 90 manat) – qiyməti 126 manat, cəmi qızıl-zinət əşyları 3576 manat təşki edir ; CEHİZ ƏŞYALARİ : 1. mebel dəsti (taxt, termo, şifoner, tumba, stol, stul, servant) qiyməti 5500 manat, 2. 1 ədəd ütü stolu qiyməti 60 manat,

3. 1 dəst qazan dəsti qiyməti 60 manat, 4. 1 ədəd klüstr qiyməti 55 manat, 5. 1 ədəd ütü qiyməti 50 manat, 6. 1 ədəd sandıq qiyməti 100 manat, 7. 1 ədəd uşaq üçün yataq qiyməti 120 manat, 8. 1 ədəd sərinkeş qiyməti 45 manat, 9. 1 ədəd televizor qiyməti 500 manat, 10. 1 ədəd tozsoran qiyməti 80 manat, 11. 1 ədəd qoz çəkən maşın qiyməti 20 manat, 12. 1 ədəd divar saatı qiyməti 25 manat, 13. 1 ədəd ət çəkən maşın qiyməti 60 manat, 14. 1 ədəd tefal qiyməti 15 manat, 15. 1 ədəd paltaryuyan maşın qiyməti 600 manat, 16. 1 ədəd çaynik qiyməti 5 manat, 17. 1 ədəd çaydan qiyməti 20 manat, 18. 1 dəst obedni servis qiyməti 80 manat, 19. 1 dəst çaynı servis qiyməti 80 manat, 20. 1 ədəd lampa qiyməti 5 manat, 21. 2 ədəd xrustal vaz 91 ədədi 20 manat) qiyməti 40 manat, 22. 2 ədəd ləpə qabı (1 ədədi 15 manat) qiyməti 30 manat, 23. 1 ədəd şirəli vedrə qiyməti 8 manat, 24. 1 ədəd xəmir ləyəni qiyməti 15 manat, 25. 2 ədəd kapron ləyən (1 ədədi 3 manat) qiyməti 6 manat, 26. 1 dəst dörd ayaq, oxlov dəsti qiyməti 10 manat, 27. 1 ədəd çörək qazanı qiyməti 25 manat, 28. 1 ədəd çörək qabı qiyməti 3 manat, 29. 1 ədəd aşsüzən qiyməti 6 manat, 30. 1 dəst padnos dəsti qiyməti 20 manat, 31. 1 dəst stəkan, nəlbəki qiyməti 6 manat, 32. 12 ədəd boşqab (dolma) (1 ədədi 1 manat) qiyməti 12 manat, 33. 12 ədəd boşqab (salat) (1 ədədi 1 manat) qiyməti 12 manat, 34. 12 ədəd boşqab (aş) (1 ədədi 1 manat) qiyməti 12 manat, 35. 12 ədəd kasa (dovğa) (1 ədədi 1 manat) qiyməti 12 manat, 36. 6 ədəd bulud (1 ədədi 2 manat) qiyməti 12 manat,

37. 12 ədəd çay qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 38. 12 ədəd yemək qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 39. 12 ədəd çəngəl (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 40. 1 ədəd qazan qaşığı qiyməti 2 manat, 41. 1 ədəd kəfkir qiyməti 2 manat, 42. 1 ədəd çömçə qiyməti 2 manat, 43. 1 ədəd bıçaq qiyməti 1 manat, 44. 1 ədəd balta qiyməti 4 manat, 45. 1 ədəd soğan çəkən qiyməti 10 manat, 46. 1 ədəd şirə çəkən qiyməti 15 manat, 47. 1 ədəd jurnal stolu qiyməti 40 manat, 48. 1 dəst meyvə bıçağı qiyməti 5 manat, 49. 1 dəst bıçaq dəsti qiyməti 8 manat, 50. 1 ədəd salfetka qabı qiyməti 3 manat, 51. 1 ədəd şokalat qabı qiyməti 6 manat, 52. 4 ədəd qənd qabı (1 ədədi 5 manat) qiyməti 20 manat, 53. 3 ədəd düz qabı (1 ədədi 1 manat) qiyməti 3 manat, 54. 2 ədəd mürəbbə qabı (1 ədədi 8 manat) qiyməti 16 manat, 55. 1 ədəd taxta qaşıq qiyməti 2 manat,

56. 1 ədəd doğrama taxtası qiyməti 2 manat, 57. 1 ədəd sarımsaq döyən qiyməti 1 manat. 58. 2 dəst pərdə, örtük, tül (1 dəsti 30 manat) qiyməti 60 manat, 59. 4 ədəd yastıq (1 ədədi 30 manat) qiyməti 120 manat, 60. 2 ədəd döşək (1 ədədi 70 manat) qiyməti 140 manat, 61. 2 ədəd yorğan (tək) (1 ədədi 70 manat) qiyməti 140 manat, 62. 2 ədəd xalça (1 ədədi 120 manat) 3m*5m qiyməti 240 manat, 63. 2 ədəd pakrıval dəsti (tək) (1 ədədi 15 manat) qiyməti 30 manat, 64. 2 ədəd pakrıval dəsti (qoşa) (1 ədədi 25 manat) qiyməti 50 manat, 65. 1 ədəd döşək (uşaq üçün) qiyməti 50 manat, ümumilikdə cehiz əşyalarının dəyəri 8669 manat ; ümumi QİZİL ZİNƏT və CEHİZ ƏMLAKların birlikdə dəyərləri 12.245 manat qiymətləndirilmişdir. Vətəndaşın şəxsiyyət Vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh 1992-ci ildə Ağdam Rayonunda anadan olmuş, hazırda rayonun Məlikli kəndinin qeydiyyatındadır. X13 tərəfindən tərtib edilmiş X5 X9 24 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Tərəflərin məhkəməyə təqdim etdiyi çoxsaylı tibbi sənədlərdən görünür ki, birgə nikahdan anadan olmuş Uğur adlı uşaq 2022-2023-2024-cü illərdə müxtəlif tibb müəssisələrində tibbi müalicə və müayinələrdə olub. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir, mülki və ailə qanunvericiliyinin həmin münasibətləri tənzim edən normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında Cavabdeh iddiaçıya məxsus bütün cehiz əşyalarının evdə olduğunu bildirdi. Lakin məhkəmə iclasında Cavabdeh iddiaçıya məxsus qızılların guya birgə yaşadıqları müddətlərdə uşağın müalicələri üçün satıldığını əvvəlcə bildirsə də, sonradan həmin qızıllardan 2sinin hazırda onda olduğunu etiraf etdi. Cavabdehin anası Göyçək Qasımova da şahid qismində izahat verərkən əvvəlcə Cehunənin qızıllarını uşağın müalicəsi üçün satıldığını bildirmiş, sonra qızıllardan 1-nin onlarda olmasını, daha sonra isə qızıllardan 2-sinin onlarda olmasını bildirmişdir.

Məhkəmə iclasında Cavabdeh həmçinin həmin qızılları Cehunənin razılığı olmadan, ondan xəbərsiz satdığını da etiraf etmişdir. Məhkəmə iclasında həmçinin tərəflərin bildirməsindən o da məlum oldu ki, cehiz əşyalarının siyahısında olan paltaryuyan maşın əslində İddiaçı alınmamışdır. Onun əvəzinə isə Cehunənin valideynləri ona 600 manat pul vermişlər ki, həmin pulu da Ceyunə əri Vüsala vermişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AzərbaycanRespublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. HəminMəcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. HəminMəcəllənin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunmalıdır ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. İddiaçı iddia tələblərində göstərdikləri məhkəmə iclasında öz təsdiqini tapmış, həmçinin şahidlərin izahatları ilə təsdiq olunmuş, cavabdeh tərəf iddia tələblərini qismən etiraf etmiş, cavabdehin qızıllarının qismən onlarda olmasın etiraf etmişdir. İddiaçı tələblərində israr edir, qızıllarının, cehiz əmlaklarının cavabdehlə birlikdə yaşadığı evdə olmasını əminliklə ifadə edir, yalnız ona paltaryuyan maşın alınmamasını və əvəzinə pul verilməsini və həmin pulu da cavabdehə verməsini bildirir. Məhkəmə əmin oldu ki, iddia tələblərinin qızıl zinət əşyaları, cehiz əyşyaları ilə bağlı hissəsi tamamilə əsaslıdır. Bundan başqa İddiaçı iddia tələblərində mediasiya xidməti üçün ödədiyi 60 manat pulun da cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məcburi köçkün kimi dövlət rüsumu ödəməkdən azad olduğu üçün məhkəmə hesab edir ki, cavabdehdən 137.46 manat tutularaq dövlət nəfinə verilməli, həmçinin iddiaçının mediasiya xidməti üçün ödədiyi 60 manat pul da cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh - 6 adda Qızıl-zinət əşyaları və ya ümumi dəyəri 3.576 manat, 64 adda cehiz əşyaları və ya onların ümumi dəyərləri olan 11.645 manat və paltaryuya üçün ödənilmiş 600 manat pul və həmçinin mediasiya xidməti üçün iddiaçının ödədiyi 60 manat pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh - 6 adda Qızıl-zinət əşyaları /1. Komplekt-1 dəst (boyunbağı, qolbağ, sırğa, üzük) 22,5 qram, 585 əyar (1 qr 90 manat) - qiyməti 2025 manat, 2. Üzük (hədiyyə) - 1 ədəd, 2,3 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 220 manat, 3. Üzük (hədiyyə) - 1 ədəd, 2 qram 583 əyarlı (1 qr 90 manat) - qiyməti 180 manat, 4. Üzük (hədiyyə) -1 ədəd, 2,5 qram 585 əyarlı (1 qr 90 manat) qiyməti 225 manat, 5. Nişan üzüyü - 1 ədəd, 1,4 qram, 585 əyarlı brilliyant qaşlı - qiyməti 800 manat, 6. Qolbağ (uşaq üçün) -1 ədəd, 1,4 qram, 585 əyarlı, (1 qr 90 manat) – qiyməti 126 manat/ və ya onların ümumi dəyəri olan 3.576 /üç min beş yüz yetmiş altı/ manat, 64 adda cehiz əşyaları /1. mebel dəsti (taxt, termo, şifoner, tumba, stol, stul, servant) qiyməti 5500 manat, 2. 1 ədəd ütü stolu qiyməti 60 manat, 3. 1 dəst qazan dəsti qiyməti 60 manat, 4. 1 ədəd lüstr qiyməti 55 manat, 5. 1 ədəd ütü qiyməti 50 manat, 6. 1 ədəd sandıq qiyməti 100 manat,

7. 1 ədəd uşaq üçün yataq dəsti qiyməti 120 manat, 8. 1 ədəd sərinkeş qiyməti 45 manat, 9. 1 ədəd televizor qiyməti 500 manat, 10. 1 ədəd tozsoran qiyməti 80 manat, 11. 1 ədəd qoz çəkən maşın qiyməti 20 manat, 12. 1 ədəd divar saatı qiyməti 25 manat, 13. 1 ədəd ət çəkən maşın qiyməti 60 manat, 14. 1 ədəd tefal qiyməti 15 manat, 15. 1 ədəd çaynik qiyməti 5 manat, 16. 1 ədəd çaydan qiyməti 20 manat, 17. 1 dəst obedni servis qiyməti 80 manat, 18. 1 dəst çay servisi qiyməti 80 manat, 19. 1 ədəd lampa qiyməti 5 manat, 20. 2 ədəd xrustal vaz (1 ədədi 20 manat) qiyməti 40 manat, 21. 2 ədəd ləpə qabı (1 ədədi 15 manat) qiyməti 30 manat, 22. 1 ədəd şirəli vedrə qiyməti 8 manat, 23. 1 ədəd xəmir ləyəni qiyməti 15 manat, 24. 2 ədəd kapron ləyən (1 ədədi 3 manat) qiyməti 6 manat, 25. 1 dəst dörd ayaq, oxlov dəsti qiyməti 10 manat, 26. 1 ədəd çörək qazanı qiyməti 25 manat, 27. 1 ədəd çörək qabı qiyməti 3 manat, 28. 1 ədəd aşsüzən qiyməti 6 manat, 29. 1 ədəd padnos dəsti qiyməti 20 manat, 30. 1 dəst stəkan, nəlbəki qiyməti 6 manat, 31. 12 ədəd boşqab (dolma) (1 ədədi 1 manat) qiyməti 12 manat, 32. 12 ədəd boşqab (salat) (1 ədədi 1 manat) qiyməti 12 manat, 33. 12 ədəd boşqab (aş) (1 ədədi 1 manat) qiyməti 12 manat, 34. 12 ədəd kasa (dovğa) (1 ədədi 1 manat) qiyməti 12 manat, 35. 6 ədəd bulud (1 ədədi 2 manat) qiyməti 12 manat, 36. 12 ədəd çay qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 37. 12 ədəd yemək qaşığı (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 38. 12 ədəd çəngəl (1 ədədi 0,5 manat) qiyməti 6 manat, 39. 1 ədəd qazan qaşığı qiyməti 2 manat, 40. 1 ədəd kəfkir qiyməti 2 manat, 41. 1 ədəd çömçə qiyməti 2 manat, 42. 1 ədəd bıçaq qiyməti 1 manat, 43. 1 ədəd balta qiyməti 4 manat, 44. 1 ədəd soğan çəkən qiyməti 10 manat, 45. 1 ədəd şirə çəkən qiyməti 15 manat, 46. 1 ədəd jurnal stolu qiyməti 40 manat, 47. 1 dəst meyvə bıçağı qiyməti 5 manat,48. 1 dəst bıçaq dəsti qiyməti 8 manat, 49. 1 ədəd salfetka qabı qiyməti 3 manat, 50. 1 ədəd şokalat qabı qiyməti 6 manat, 51. 4 ədəd qənd qabı (1 ədədi 5 manat) qiyməti 20 manat, 52. 3 ədəd düz qabı (1 ədədi 1 manat) qiyməti 3 manat, 53. 2 ədəd mürəbbə qabı (1 ədədi 8 manat) qiyməti 16 manat, 54. 1 ədəd taxta qaşıq qiyməti 2 manat,

55. 1 ədəd doğrama taxtası qiyməti 2 manat, 56. 1 ədəd sarımsaq döyən qiyməti 1 manat, 57. 2 dəst pərdə, örtük, tül (1 dəsti 30 manat) qiyməti 60 manat, 58. 4 ədəd yastıq (1 ədədi 30 manat) qiyməti 120 manat, 59. 2 ədəd döşək (1 ədədi 70 manat) qiyməti 140 manat, 60. 2 ədəd yorğan (tək) (1 ədədi 70 manat) qiyməti 140 manat, 61. 2 ədəd xalça (1 ədədi 120 manat) 3m*5m qiyməti 240 manat, 62. 2 ədəd pakrıval dəsti (tək) (1 ədədi 15 manat) qiyməti 30 manat, 63. 2 ədəd pakrıval dəsti (qoşa) (1 ədədi 25 manat) qiyməti 50 manat, 64. 1 ədəd döşək (uşaq üçün) qiyməti 50 manat/ və ya onların ümumi dəyərləri olan 11.645 /on bir min altı yüz qırx beş/ manat və paltaryuya üçün ödənilmiş 600 /altı yüz/ manat pul, həmçinin iddiaçının mediasiya xərci kimi ödədiyi 60 /altmış/ manat məbləğində pul alınıb İddiaçı verilsin. Cavabdeh 137.46 /bir yüz otuz yeddi manat qırx altı qəpik/ manat tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar