Məhkəmə qərarları › İş №2(013)-241/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-241/2024

21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-241/2024 21.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi İsmayılova (Mehdiyeva) Elza Teyyub qızının iştirakı ilə, Ərizəçi İsmayılova (Mehdiyeva) Elza Teyyub qızının doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 21 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Mehdiyeva) rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.1976-cı ildə Ağdarə rayonunun Dovşanlı (Araçadzor) kəndində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi (Mehdiyeva) ərizəni müdafiə edərək göstərmişdir ki, xx.xx.1976-cı ildə Ağdərə rayonunun Dovşanlı kəndində anadan olmuş, atası X3, anası X4 olmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda zərurət yarandığı üçün doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, orada ona məhkəməyə müraciət etməsi izah olıunduğunu, doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 qonşusu Ərizəçi (Mehdiyeva) xx.xx.1976-cı ildə Ağdarər rayonunun Dovşanlı kəndində X3 və X2 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X1 qonşusu Ərizəçi (Mehdiyeva) xx.xx.1976-cı ildə Ağdarər rayonunun Dovşanlı kəndində X3 və X2 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 829-05/15 saylı arayışından görünür ki, Ərizəçi (Mehdiyeva) doğumu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi (Mehdiyeva) xx.xx.1976-cı ildə Ağdərə rayonunun Dovşanlı kəndində X3 və X2 ailəsində anadan olmuşdur. Faktın təsdiqi doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi (Mehdiyeva) məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. İsmayılova (Mehdiyeva) Elza Teyyub qızı xx.xx.1976-cı ildə Ağdərə rayonunun Dovşanlı kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar