Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2589/2024 03.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 miras qalmış Ağdam rayonu, Zəngişalı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,29 ha torpaq sahəsi, 0,25 ha fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 151,0 ha, yaşayış sahəsi 102,8 ha, qeyri yaşayış sahəsi 48,2 ha olan yaşayı evindən (tikilidən) ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Ağdam rayon X12 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə Ağdam rayon X12 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, atası X5 xx.xx.1980-ci il tarixdə, anası X3 isə xx.xx.2005-ci il tarixdə vəfat etdiyini, valideynləri vəfat etdikdən sonra miras qalmış torpaq sahələrinin onun qəbul etdiyini və idarə etdiyini, bununla bağlı digər vərəsələrin və hər hansı bir mübahisənin olmadığını, bu barədə Ağdam rayon X14 müraciət etsədə müddətin ötürüldüyü üçün bunun mümkün olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndli olaraq tanıyır. Ərizəçi anası X6 vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahələrini və evin onun tərəfindən idarə etmişdir. Mirasla bağlı digər vərəsələrin və hər hansı mübahisə olmasını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndli olaraq tanıyır. Ərizəçi anası X6 vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahələrini və evin onun tərəfindən idarə etmişdir. Mirasla bağlı digər vərəsələrin və hər hansı mübahisə olmasını eşitməmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Torpağa Mülkiyyət hüququna dair» JN-0835 seriyalı, KOD-60909038 Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Agdam rayon, Zəngişalı kəndində 0,29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan «Torpağin Mülkiyyətə verilməsinə dair» JN-427A seriyalı, KOD-60909038 şəhadətnamənin surətindən görünür ki, Ağdam rayon Aqrar islahat Komissiyasının 07 fevral 2000-ci il tarixli, 01 saylı qərarı ilə, Agdam rayon, Zəngişalı kəndində 0,25 ha həyətyanı sahə X3 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan xx.xx.1980-ci il tarixdə verilmiş İ-JQ seriyalı, 497376 nömrəli “X9”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1980-ci il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində ölmüşdür. İş materiallarında olan xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 131344 nömrəli “X9”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində ölmüşdür. İş materiallarında olan Ağdam rayon İH başçısının Zəngişalı kənd ƏDÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 85 nömrəli arayışından görünür ki, X6 xx.xx.2005-ci il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində öldükdən sonra onun ailə üzvü Ərizəçi qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon X12 xx.xx.2024-cü il tarixli, 185 saylı məktubundan görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 6 ay müddətində mirası qəbul edə biləcəyi əsas gətirilərək, müddətin ötürüldüyü üçün vətəndaşa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müracət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan AZ seriyalı, № 499351 “X4 surətindən görünür ki, X6 ərizəçı Ərizəçi anasıdır. İş materiallarında olan Ağdam rayon İH başçısının Zəngişalı ərazi nümayəndəliyi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-1 seriyalı, 181271 nömrəli “X9”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində ölmüşdür. İş materiallarında olan X7 notarial qaydada təsdiq edilmiş ərizəsində xx.xx.2005-ci il tarixdə vəfat etmiş nənəsi, X2 ona miras qalmış bütün növ əmlakdan ona çatası payı qəbul etmədiyini, mirasdan imtina barədə ərizəsinin geri götürülə və ya ləğv edilə bilməyəcəyindən xəbərdar olduğu halda, imtina etdiyini göstərmişdir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.9-cü maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 10-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd olunan Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Ərizəçinin izahatında və işin faktiki halları ilə müəyyən olundu ki, ərizədə göstərilən 0,25 ha torpaq sahəsi üzərində ümumi sahəsi 151,0 ha, yaşayış sahəsi 102,8 ha, qeyri yaşayış sahəsi 48,2 ha olan yaşayı evindən (tikilidən) ibarət əmlak mərhum X3 xüsusi mülkiyyət hüququnu qanunvericiliyin tələblərinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və çıxarışla rəsmiləşdirilməmişdir. Ona görə də həmin tikili miras əmlak hesab oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilərək, X1 miras qalmış JN-0835 KOD- 60909038 “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktın!da göstərilmiş Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən 0.29 ha torpaq sahəsinin və JN-427A seriyalı, KOD-60909038 Torpağin Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Agdam rayon, Zəngişalı kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ərizənin qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. X1 miras qalmış JN-0835 KOD-60909038 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilmiş Ağdam rayonu, Zəngişalı kəndi ərazisində yerləşən 0.29 ha torpaq sahəsinin və JN-427A seriyalı, KOD-60909038 Torpağin Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş Agdam rayon, Zəngişalı kəndində 0,25 ha həyətyanı torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Ərizənin qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2589/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2589/2024
03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver