Məhkəmə qərarları › İş №2(013)-2611/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2611/2024

13.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2611/2024 13.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Avdılla oğlunun mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməsi, qanunsuz inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Avdılla oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməlisini, mülkiyyətində olan Ağdam rayon Çullu kəndində yerləşən qanunsuz tikili olan mal pəyəsini öz vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin gedişgəlişin genişləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən qeyd olunan iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, iddiaçının məcburi köçkün olduğu halda həmin hallı təsdiq edən sənədlərin sürətlərini ərizəyə əlavə edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh Avdılla oğluna qarşı cavabdehin mülkiyyət hüququnu pozan hərəkətləri qanunsuz hesab edilməlisini, mülkiyyətində olan Ağdam rayon Çullu kəndində yerləşən qanunsuz tikili olan mal pəyəsini öz vəsaiti hesabına sökülməsini və torpaq sahəsinin gediş-gəlişin genişləndirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar