Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2640/2024 16.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə və məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı paylı mülkiyyət hüququ üzrə payların müəyyən edilməsi, payları müəyyən edilmiş torpaq sahəsinin mülkiyyətçilərə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və X3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsi paylı (ümumi) mülkiyyətçilər arasında bölünərək payları müəyyən edilməsini, payları müəyyən edilmiş mülkiyyətçilərin torpaq sahəsi onlara təhvil verilməsini, mərhum atası X1 miras qalmış Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ortaqışlaq kəndində yerləşən 1 otaq, mətbəx və zaldan ibarət fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi iddiaçılar İddiaçı1, İddiaçı2 və X2 və ya onların səlahiyyəti olan nümayəndəsi tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 Cavabdeh qarşı Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsi paylı ( ümumi) mülkiyyətçilər arasında bölünərək payları müəyyən edilməsini, payları müəyyən edilmiş mülkiyyətçilərin torpaq sahəsi onlara təhvil verilməsini, mərhum atası X1 miras qalmış Ağdam rayonu İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ortaqışlaq kəndində yerləşən 1 otaq, mətbəx və zaldan ibarət fərdi yaşayış evi vərəsə arasında paylarına uyğun bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2640/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2640/2024
16.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver