Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2841/2024 18.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Ağdam Mərkəzi Rayon X2 Şəxsin nümayəndəsi- həmin təşkilatda hüquqşünas işləyən Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Ağdam Mərkəzi Rayon X1rşı əmrin ləğv edilməsi tələbi barədə mülki işə 18 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Ağdam Mərkəzi Rayon X2 Şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən T.S.Süleymanov iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam Mərkəzi Rayon X2 Şəxsin Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində işləyir. X4 Mərkəzi Rayon X2 Şəxsin direktoru vəzifəsinə təyin edildikdən bir ay sonra, yəni xx.xx.2023-cü ildə Ailə Sağlamlıq Mərkəzinin Ağdam rayonunun Quzanlı qəsəbəsindən Xındırıstan qəsəbəsinə köçürmüşdür. Xəstəxananın Xındırıstan qəsəbəsinə köçürülməsinin vətəndaşlara ziyan olduğunu və sonuncu yerdə şəraitin olmadığını Canəli Nəbiyevə bildirmişdir. Bundan sonra direktor Canəli Nəbiyev onunla ədavət aparmağa başlamışdır. Şəkər və onkoloji xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, Canəli Nəbiyev əksər xəstəxanalara məktub göndərərək onun müalicə olunmasına mane olmaq istəmişdir. Ağdam Mərkəzi Rayon X2 Şəxsinə məktub gəlmiş və o, xx.xx.2024-cü ildə TƏBİBə çağırılmışdır. Müvafiq əmrlə Bakı şəhərinə gedərək xx.xx.2024-cü ildə günorta vaxtı TƏBİBdə olmuş və oradan saat 18 radələrində çıxmışdır. Həmin gün Ağdam rayonuna gəlmək üçün maşın tapmamış və xx.xx.2024-cü ildə günorta vaxtı Quzanlı qəsəbəsinə qayıtmışdır. Quzanlı qəsəbəsinə qayıtmaq üçün maşın olmaması barədə zəng vuraraq Leyla adlı tibbi bacısına demişdir. Canəli Nəbiyev onun zənglərini götürmədiyindən, o, məcbur qalaraq tibb bacısına zəng vurmuşdur. xx.xx.2024-cü ildə Quzanlı qəsəbəsinə qayıtdıqdan sonra Canəli Nəbiyevin yanına getmişdir. Canəli Nəbiyevin yanında olduğu vaxt xx.xx.2024-cü ildə işdə olmaması haqqında akt tərtib edildiyi ona məlum olmuşdur. Barəsində tərtib edilmiş aktlardan məlumatının olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Ağdam Mərkəzi Rayon X2 Şəxsin nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı etiraf etməyərək göstərmişdir ki, İddiaçı dəfələrlə əmək və icra intizamını pozmuş, lakin direktor Canəli Nəbiyev ona göz yummuşdur. İddiaçı xx.xx.2024-cü ildə Cavabdeh X5dən Bakı şəhərinə ezam olunmuş, lakin xx.xx.2024-cü ildə işdə olmamışdır. Bu səbəbdən İddiaçı izahatı alınmış və xx.xx.2024-cü il tarixli əmrlə ona töhmət verilmişdir. İddiaçı dəfələrlə Ağdam Mərkəzi Rayon X2 Şəxsinin rəhbəliyinə tabesizlik etmişdir. xx.xx.2024-cü ildə tibbi şuranın iclası keçirilərək İddiaçı xəbərdarlıq edilmişdir. İddiaçı töhmət verilməsi barədə əmrin əsaslı olduğunu qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Mərkəzi Rayon X2 Şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “ a” bəndinə əsasən İddiaçı töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli 256 saylı ezamiyyə vəsiqəsinin surətindən görünür ki, İddiaçı bir gün müddətində Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam edilmiş, buna əsas TƏBİB-in xx.xx.2024-cü il tarixli məktubu olmuşdur. İddiaçı izahatının surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam olunduğunu, axşam vaxtı maşın olmadığına görə məcburən səhər, yəni xx.xx.2024-cü il tarixdə çıxdığını və bu səbəbdən işdə ola bilmədiyini göstərmişdir. Xəstənin tibbi kartasından çıxarışların və epikrizin surətindən görünür ki, İddiaçı E11 insulindən asılı olmayan şəkərli diabet və yoğun bağırsağın bədxassəli şişi xəstəliklərindən əziyyət çəkir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi İddiaçı töhmət verilməsi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan əsaslar olmamışdır. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən töhmət verilmişdir (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda). İddiaçı əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozması təsdiq olunmamışdır. İddiaçı bir gün müddətində Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam edilmiş, buna əsas TƏBİB-in xx.xx.2024-cü il tarixli məktubu olmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri TƏBİB-in inzibati binasına ezam olunmuş, özünün Ağdam Mərkəzi Rayon X2 Şəxsinə verdiyi izahatında göstərdiyi kimi axşam vaxtı avtomobil olmadığına görə məcburən səhər, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən çıxmış və bu səbəbdən həmin gün işdə ola bilməmişdir. Göründüyü kimi İddiaçı xx.xx.2024-cü ildə üzrlü səbəblərdən iş yerində olmamışdır. İddiaçı vəzifəsini qismən və ya keyfiyyətsiz icra etməsini təsdiq edən hər hansı sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilmişdir ki:
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən:
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin Məcəllənin 190-cı maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən bəhs edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində aşağıdakılar qeyd olunmuşdur: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Cavabdeh tərəf iddiaçının əmək və icra intizamını pozmasını təsdiq etmək üçün iş materiallarına müvafiq aktların və Ağdam Mərkəzi Rayon X2 Şəxsin tibbi şura yığıncağının xx.xx.2024-cü il tarixli 02 saylı protokolunun surətini əlavə etmiş, lakin həmin sənədlər hazırki mübahisəyə, yəni Ağdam Mərkəzi Rayon X2 Şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1-1689/2024 saylı əmri ilə İddiaçı töhmət verilməsinə aidiyətinin olmadığından, məhkəmə onlara sübut kimi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə
q ə t e t d i:
İddia əsaslı olduğundan təmin edilsin. Ağdam Mərkəzi Rayon X2 Şəxsin 26 avqust 2024-cü il tarixli 18-1-21/3-1- 1689/2024 saylı əmri ləğv edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev