Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2848/2025 20.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlərdən Cavabdeh4 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı xüsusi mülkiyyət hüququ üzrə şəxsə məxsus torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdam rayonu Rzalar kəndində yerləşən 0,24 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 2/15 hissəsinin naturada ayrılb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tətəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, Ağdam rayonu Rzalar kəndində yerləşən 0.24 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında ona, habelə cavabdehlərə məxsusdur. Həmin çıxarışdan görünür ki, paylı mülkiyyətdə onun payı 2/15 hissədə müəyyən edilmişdir. Həmin torpaq sahəsinin ona düşən hissəsinin sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinə ayrıca Çıxarış verilməsi üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4532/2025 saylı Qərarı ilə torpaq sahəsinin ona düşən hissəsinin sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinə ayrıca Çıxarış verilməsi mümkün sayılmamış və ona məxsus olan 2/15 hissəsinin naturada ayrılmasını üçün rayon məhkəməsinə müraciət etməyi göstərilmişdir. Hazırda qeyd edilən ona məxsus torpaq sahəsi cavabdehlər İddiaçı və ailəsinin istifadəsindədir. Aralarında ciddi ziddiyyətlər var. Belə olan halda istəyir ki, payına düşən torpaq sahəsi ayrılıb ona verilsin ki, içərisində bir ev tikib rahat yaşaya bilsin. Ona görə də hesab edir ki, paylı mülkiyyət hüququ üzrə ona məxsus, Ağdam rayonu Rzalar kəndində yerləşən 0.24 ha torpaq sahəsinin ona çatan hissəsindən sərbəst və maneəsiz istifadə etmək üçün torpaq sahəsinin naturada ayrılıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılsın. Məhkəmə iclasına gəlmiş İddiaçı iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, ekspertlərin torpağın bölgüsü ilə bağlı rəyində göstərilənlərlə razıdır, torpaq payının naturada ayrılmasını tələb edir, iddia tələblərini müdafiə edir. Cavabdeh4 məhkəmə iclasında iddia tələblərinə etiraz etdi. Göstərdi ki, hələ ataları sağlığında miras əmlakı onlar aralarında bölüb. İddiaçıya torpaq vermək istəmir. İddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bunda əvvəl də, hazırda da məhkəmə iclasında iştirak etməmişlər, məhkəməyə hər hansı məlumat verməmişlər, iddia tələbləri ilə bağlı heç bir fikir bildirməmişlər. Məhkəmə işin onların iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. AZE 0******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Ağdam rayon Rzalar kəndində anadan olmuş, həmin kəndin qeydiyyatındadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Rzalar kəndində yerləşan 0,24 ha torpaq sahəsi Cavabdeh4 4/15 hissə, Cavabdeh1 3/15 hissə, Cavabdeh2 3/15 hissə, Cavabdeh3 3/15 hissə və İddiaçı 2/15 hissə olmaqla ümumi birgə mülkiyyət hüquqları ilə məxsusdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-4532/2025 saylı Qərardadının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi idarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi tərəflər arasında ümumi paylı mülkiyyətdə olan torpaq sahəsi ilə bağlı mübahisə var, İddiaçı mülkiyyət hüquqları ilə ona məxsus olan məlum payından, ümumi torpaq sahəsindən 2/15 hissəsindən istifadə edə bilmir, qarşı tərəf onun payını vermək istəmir, həmin sahənin naturada ayrılmasını tələb edir. Məhkəmə Qərardadı əsasında keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2025-ci il tarixli RƏYi ilə məhkəməyə bildirilmişdir ki, Çıxarışda nəzərdə tutulan Ağdam rayonu, Rzalar kəndində yerləşan 47 kv.metr sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi 0.24 ha torpaq sahəsinin üzərində tikililərin planlı yerləşməsini /tikililər əsasən sahənin qərb tərəfində yerləşir, şərq istiqamət boş torpaq sahəsidir/ və torpaq sahəsinin 2 istiqamətdən /eni və uzunu boyunca/ yola çıxışı olduğundan əlavə giriş-çıxış qapısının quraşdırılmasının mümkün olduğunu nəzərə alaraq, həmin 0,24 ha torpaq sahəsindən İddiaçı məxsus 2/15 hissənin /320 kv.m/ naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Ekspert Rəyində həmçinin torpaq sahəsində olan iddiaçının payı hesab olunan 2/15 hissənin /320 kvadrat metr sahənin/ bölgü variantı da sxemləşdirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlərə qarşı Ağdam rayonu Rzalar kəndində yerləşən 0,24 ha torpaq sahəsinin xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 2/15 hissəsi ekspert Rəyində nəzərədə tutulan bölgü variantına uyğun olaraq naturada ayrılb ona təhvil verilməlidir. Yuxarıda qeyd edildiyi kimi iş üzrə məhkəmənin təşəbbüsü ilə 19 sentyabr 2025-ci il tarixli Qərardadla məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, 19 dekabr 2025-ci il tarixli Rəy alınmışdır, ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1 bəndinə görə ekspertlərə ödənilən məbləğ işə baxılması ilə əlaqədar məsrəflərdəndir. Məcəllənin 119.1-ci bəndinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müvafiq ekspertiza məhkəmənin təşəbbüsü ilə keçirildiyindən ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat tərəflərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda nəzərdə tutulan, Ağdam rayonu, Rzalar kəndində yerləşən 0,24 ha torpaq sahəsinin İddiaçı məxsus olan 2/15 hissəsi /320 kv.metr/ ekspert Rəyində nəzərədə tutulan bölgü variantına uyğun olaraq naturada ayrılb mülkiyyətçisinə təhvil verilsin. /bölgü variantı əlavə olunur/. 100 manat ekspertiza xərci tərəflərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2848/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2848/2025
20.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver