Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2875/2025 27.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi ilə, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Ağdam Su X1 İdarəsinə qarşı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məhkəmə qaydasında ləğv edilməsi və işə bərpa tələbinə dair ərizəsindən ibarət mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X14 Sistemlərinin İstismarı İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında 16 may 2025-ci il tarixli, 30 saylı ƏMRinin məhkəmə qaydasında ləğv edilməsini və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərir ki, 2016-cı il tarixdə X14 Sistemlərinin İstismarı İdarəsinə elektrik mantyoru vəzifəsində işə qəbul olunmuş və 2021-ci ilə qədər həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə həmişə işinə vicdanla yanaşmış, üzərinə düşən vəzifələri layiqincə yerinə yetrmiş, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Ona görə də 2021-ci il tarixdə elektik mantyoru vəzifəsində azad olunaraq yüksək vəzifəyə, yəni sahə rəisi vəzifəsinə təyin edilmişdir. 2025-ci ilin may qədər həmin vəzifədə işləyərək vəzifəsini ləyaqətlə yerinə yetirmiş, 29 aprel 2025-ci il tarixdə idarənin hüquq və insan resursları şöbəsindən onu çağırıb növbəti məzuniyyət vaxtının olduğunu və məzuniyyətə buraxılmaq üçün ərizə yazılmalı olduğunu bildirmişlər. O, da növbəti məzuniyyətə buraxılmaq üçün ərizə yazmış və 01 may 2025-ci il tarixdən əmək məzuniyyətinə buraxılmışdır. Həmin gündən də işə çıxmamış, lakin 16 may 2025ci il tarixdə ona şifahi bildirmişlər ki, işdən çıxarılmışdır. Ancaq bunu ciddi kimi qəbul etməmişdir. Yalnız 05 iyun 2025-ci il tarixdə X14 Sistemlərinin İstisman İdarəsinə gedərkən ona məlum olmuşdur ki, 16 may 2025-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə işdən çıxarılmışdır. Həmin gün ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr təqdim edilmiş, həmin vaxtdan başlayaraq X10 xidmətinə və başqa aidiyyati orqanlara müraciət etmişdir. Lakin nə X6, nə də başqa orqanlardan müsbət cavablar ala bilməmişdir. Qeydi etdiyi kimi idarənin 16 may 2025-ci il tarixli, 30 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə xitam verilmişdir. Ancaq həmin əmr ilə razı deyildir. Belə ki, ərizə yazıb növbəti əmək məzuniyyətində olduğu halda əmək müqaviləsinə xitam verilmişdir. Hətta məzuniyyətə buraxılarkən onu əvəz etmək üçün tabeliyində olan X7 müvəqqəti olaraq onun yerinə təyin edilmişdir. Bundan əlavə onun əmək müqaviləsinin müddətinin bitməsindən məlumatı olmamışdır. Bu barədə ona heç kim xəbərdarlıq etməmişdir. Həmçinin o, əmək müqavliəsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməmişdir. Əlavə edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, əmək kitabçası və sairə ona təqdim edilməmiş, yalnız 20 gün sonra o, tələb etdikdən sonra əldə etmişdir. Bununla da qanunla qorunan hüquqları pozulmuşdur. Odur ki, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi haqqında 30 saylı əmrin ləğv edilməsinin təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak etmişdir. Əmək müqaviləmə xitam verilməyi Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən işəgötürən düzgün sənədləşdirməmişdir. Həmçinin əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin də tələbləri pozulmuşdur. Odur ki, sözügedən əmrin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir. Ona görə də iddia tələbləri təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələblərini bir daha müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, müxtəlif işlərdə işləmiş, 2006-cı ildən montyor kimi işləmiş, 2021-ci ildə idarədə sahə rəisidir. 743 manat əmək haqqı almışdır. Bu ilin aprel ayının 28-də onu çağırıb 1 ay müddətinə məzuniyyətə getməsi ilə bağlı ondan ərizə almışlar və onu əvəz etməyə kimi isə təqdim etməsini bildirmişlər. Öz yerinə köməkçisi Arzu Əliyevi təqdim etmiş və özü məzuniyyət verilməsinə görə işə çıxmamışdır. Lakin buna baxmayaraq ona məzuniyyət pulu verilməmişdir. 26 may 2025-ci il tarixdə ona bildirilmişdir ki, onun idarə ilə əmək müqaviləsinə 16 may 2025-ci il tarixdə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Halbuki onun idarə ilə bağladığı əmək müqaviləsi müddətli olmamış, ona müqavilənin müddətli olması ilə bağlı indiyə kimi heç nə deyilməmişdir. 10 ildir ki, əmək intizamına riayət etməklə müddətsiz olaraq həmin idarədə işləyir. Məzuniyyət adı ilə onu işdən kənarlaşdırıblar, həmçinin müddətli əmək müqaviləsi olmadığı halda onu həmin əsasla işindən çıxarıblar. Ona görə də hesab edir ki, barəsində verilmiş əmr qanunsuzdur, ləğv edilməlidir. 5 aydır ki, əmək haqqı almır. İddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Ağdam Su X1 İdarəsinin nümayəndəsi Hüseyin Əmirzadə iddia tələbləri ilə razılaşmadı. Göstərdi ki, hazırda 450-yə yaxın əməkdaşları var. 2024-cü ildən ixtisarlarla bağlı 100-ə yaxın əməkdaşların ştat vahidləri ixtisara düşmüşdür. İddiaçı əmək intizamını pozması ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmiş, ona töhmət verilmişdir. İşinin öhdəsindən gələ bilmədiyi üçün İddiaçı işindən çıxarmışlar. İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə ona görə xitam vermişlər ki, o, işdən çıxarıldıqdan sonra başqa işlərdə işləyə bilsin. İddiaçı şikayəti ilə hazırkı mübahisə X10 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən də araşdırılmış, müfəttişlik tərəfindən idarə təqsirli bilinmiş, idarə rəhbəri barəsində X13 haqqında qərar qəbul edilmiş, qərarla müəyyən edilmiş cərimə məbləği idarə tərəfindən ödənilmişdir. İddiaçı təqsirli hərəkətləri barədə dəfələrlə ona xəbərdarlıqlar edilmişdir. Ona görə də hesab edir ki, iddia tələbləri əsassızdır, rədd edilməlidir, məsələnin qanuna müvafiq həllini məhkəmədən xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Ağdam Su X1 İdarəsinin rəisi Hafiz Əzimzadə də iddia tələblərini qəbul etməmişdir. Göstərmişdir ki, idarənin təxminən 400 işçisi var, 1143 su artezian quyularına xidmət edirlər. İddiaçı 2016-cı ildən idarədə işləyir. 2024-cü il yeni idarə yarandığından əməkdaşlar yalnız müddətli olaraq, yəni 3 ay müddətinə işə qəbul edilmişlər. İddiaçı 2016-cı ildən idarədə işləsə də işinin öhdəsindən gəlmir, suyu pul müqabilində sair şəxslərə satır. İşinin öhdəsindən gələ bilmədiyi üçün İddiaçı 2022-ci, 2024-cü və 2025-ci il ərzində dəfələrlə töhmət verilmiş, izahatları alınmışdır, bu işlə bağlı yığıncaqlar keçirilmişdir. İddiaçı məzuniyyətə buraxılmamışdır, onun barəsində əmək məzuniyyətinə buraxılması barədə əmr olmamışdır. İşinin öhdəsindən gəlmədiyi və idarəyə zərər vurduğu üçün onun əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişlər. İddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri /nümayəndəni/ dinləyib, onların təqdim etdiyi sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbləri təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1970-ci il təvəllüdlüdür. Ağdam RİH Başçısının Xındırıstan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 534 saylı, 10 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayonu Xındırıstan kənd İƏD üzrə nümayəndəliyin Birinci Yüzbaşılı kəndində yaşamqla daimi qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən hazırkı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Ağdam Su X1 İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına ünvanladı müraciətinə X10 Xidmətinin Qarabağ Regional Şöbəsində baxılmış, X14 Sistemlərinin İstismarı İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı müraciətə baxılır. Müraciət ilə əlaqədar Ağdam SMSİ İdarəsindən təqdim edilmiş sənədlərə əsasən onun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əlamətləri müəyyən olunmuşdur. Bu səbəbdən onlar tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəzərinə çatdırırlır ki, inzibati xəta haqqında iş üzrə icraat yekunlaşdıqdan sonra müraciətin nəticəsi barədə ona əlavə məlumat veriləcəkdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən hazırkı İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, Ağdam Su X1 İdarəsində əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanladığı müraciətə X10 Xidmətinin Qarabağ Regional Şöbəsinə baxılmış, müraciətlə əlaqədar işəgötürənə sorğu məktubu ünvanlanmış və təqdim olunan sənədlərdən müəyyən olmuşdur ki, işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin (Əmək müqaviləsinin müddəti) tələbləri pozulmuşdur. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025 tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin (Əmək müqaviləsinə xitam verilməsinin əsasları) 2-ci hissənin "b" bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi müəyyən edilmişdir. Məlumat üçün bildirlir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. Müəssisə tərəfindən təqdim edilmiş müvafiq sənədlərdən pozulmuş hüquqlarla bağlı (işindən qanunsuz azad edilməniz) müəssisə rəhbəri X8 barəsində xx.xx.2025 tarixli, MN ******* saylı "X13 haqqında" Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən intizam tənbehi verilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmçinin həmin Məcəllənin 294-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilər. Bundan əlavə diqqətə çatdırılır ki, müəssisənin xx.xx.2025 tarixli, 404 saylı cavab məktubunda işdə yol verilmiş nöqsanlar səbəbindən işəgötürən tərəfindən aylıq əmək haqqından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) uyğun olaraq 20 % tutulma edildiyi qeyd edilmişdir. Ağdam SMSİ İdarəsinə işə bərpa edilməniz üçün 3-17-5/2-66638/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göstəriş məktubu göndərilmişdir. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnuz mövcuddur. Azərbaycan Dövlət Su X3 Su Melorasiya Xidməti X17 Ağdam Su X1 İdarəsinin rəisi H.Əzimzadəyə 20 iyun 2025-ci il tarixdə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, vətandaş İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə və müxtəlif orqanlara ünvanladığı və baxılması üçün “X12 Xidməti” X20 daxil olmuş 17 iyun 2025-ci il tarixli, 3-53-2/1-Ə-57xx-xx/2025 saylı müraciəti aidiyyəti üzə baxılması və araşdırılması üçün gönədrilir. Qısa müddət ərzində müraciət müəlifinə və “X12 Xidməti” X20 məlumat verilməsi tapşırılmışdır. Ağdam Su X1 İdarəsinin 16 may 2025-ci il tarixli, 30 saylı Əmrindən görünür ki, İddiaçı ilə (sahə rəisi) - xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, X5 İstismarı İdarəsinin xx.xx.2016-cı il tarixli, 10 saylı əmri ilə həmin idarəyə işəmuzd fəhlə işinə qəbul edilmiş, xx.xx.2016-cı ildə Əmək Məcəlləsinin 68/2 b (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2017-ci il tarixli, 03 saylı əmr ilə əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmış, xx.xx.2018-ci il tarixli, 03 saylı əmr ilə əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, xx.xx.2019-cu il tarixli, 03 saylı əmr ilə əmək müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, xx.xx.2020-ci il tarixli, 07 saylı əmr ilə cəmiyyətin xx.xx.2020-ci il tarixli, 09/5-08 saylı məktubuna əsasən əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış, xx.xx.2021-ci il tarixli, 41 saylı əmr ilə elektrik montyoru işinə keçirilmiş, xx.xx.2021-ci il tarixli, 39 saylı əmr ilə Yüzbaşılı ərazisi üzrə sahə rəisi işinə keçirilmiş və xx.xx.2025-ci il tarixli, 30 saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddənin b bəndnə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Ərizəyə əlavə edilmiş HT-İ № 579432 saylı Diplomun surətindən görünür ki, İddiaçı 1987ci ildə Azərbaycan Respublikası kənd təsərrüfatı və ərazi nazriliyinin Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1992-ci ildə aqronomluq ixtisası üzrə tam kursu bitirmişdir. Ərizəyə əlavə edilmiş Z № ******* saylı Diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1993-cü ildə 130 saylı Texniki Peşə Məktəbinə daxil olmuş və 23 iyun 1994-cü ildə 4cü dərəcəli elektirk montyoru ixtisası verilmişdir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlər : 15 avqust 2025-ci il tarixdə İddiaçı ştat ixtisarı ilə bağlı xəbərdarlıq edilmiş, 9 təqvim həftəsindən sonra müqaviləyə xitam veriləcəyi bildirilmişdir. 05 may 2025-ci il tarixdə İddiaçı onunla bağlanış əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar olaraq xəbərdarlıq edilmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən 16 may 2025-ci il tarixdə müqaviləyə xitam veriləcəyi bildirilmişdir. 08 may 2025-ci il tarixli, 15 nəfər idarə əməkdaşlarının tərtib etdikləri AKTdan görünür ki, həmin akt İddiaçı barədə tərtib edilmiş, onun işinə laqeyd münasibət bəsləməsi qeyd edilmişdir. İdarənin 13 mart 2025-ci il tarixli Əmrindən görünür ki, İddiaçı töhmət verilmişdir. İdarə tərəfindən təqdim edilmiş digər sənədlərdən görünür ki, İddiaçı işində olan nöqsanlarla bağlı idarənin baş energetiki və sair səlahiyyətli şəxsləri tərəfindən İddiaçı barədə idarə rəisinə Məluatlar yazılmışdır. Həmçinin X10 Xidmətinin Qarabağ Regional Şöbəsinin MN ******* saylı, 28 iyul 2025-ci il tarixli X13 haqqında Qərarından görünür ki, hazırkı mübahisə İddiaçı şikayət ərizəsi əsasında həmin orqanda da araşdırılmış, İddiaçılə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulması halı müəyyən edilmiş və Ağdam Su X1 İdarəsinin vəzifəli şəxsi İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir /həmin qərardan idarə tərəfindən şikayət verilməmiş, cərimə məbləği ödənilmişdir/. X2 Edilməməsi Barədə 08 iyul 2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh Ağdam Su X1 İdarəsi mediasiya prosesində iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin q bəndinə görə əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işçinin hüququdur. Həmin Məcəllənin 12-ci maddəsinin c bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin vəzifəsidir. Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır və Məcəllənin 76.2-ci bəndi nəzərdə tutur ki, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Qeyd olunan Məcəllənin 45-ci maddəsinin 1-ci bəndində qeyd olunur ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.https://e-qanun.az/framework/46943 Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddənin 3-cü bəndində qeyd olunur ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Qeyd olunan maddənin 5-ci bəndinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.https://e-qanun.az/framework/46943 Qeyd olunan maddənin 2-ci bəndinə görə işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 68-ci maddəsi işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən etmiş, həmin əsaslara a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar və e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar aid edilmişdir. Göründüyü kimi İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri işəgötürən tərəfindən pozulmuş, əmək müqaviləsinə xitam verilərkən əmək müqaviləsi müddətinin bitməsi əsas gətirilmiş, halbuki İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 39 saylı əmr ilə Yüzbaşılı ərazisi üzrə sahə rəisi işinə keçirilmiş və həmin əmrdə müqavilə müddəti qeyd edilməmişdir, yəni əmək müqaviləsi müddətsiz olaraq bağlanmışdır. Beləliklə də V.X21 X1 İdarəsindən qeyd olunan əsasla işindən azad edilməsi qanunsuz olmuş, onunla əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndində nəzərdə tutulan əsaslar olmamışdır. Həmçinin qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Ona görə də məhkəmə iddia tələblərini təmin edir, hesab edir ki, Ağdam Su X1 İdarəsi üzrə İddiaçı barəsində verilmiş 16 may 2025-ci il tarixli, 30 saylı əmri ləğv edilməli, o, öz əvvəlki işinə bərpa edilməli, həmçinin ona məcburi işburaxmaya /proqula/ görə pul hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazların əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Ağdam Su X1 İdarəsi üzrə İddiaçı barəsində verilmiş 16 may 2025-ci il tarixli, 30 saylı əmr ləğv edilsin, İddiaçı əvvəlki Yüzbaşılı ərazisi üzrə sahə rəisi işinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-2875/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2875/2025
27.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver