Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2876/2025 19.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbi barədə mülki işə 19 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq uşaqları ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Bərdə rayonu 588 saylı qəsəbə bina 5-də yerləşən 38 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlə 2018-ci ilin aprel ayında ailə qurmuş, nikahı 06 iyun 2018-ci ildə rəsmiləşdirmişlər. Birgə nikah dövründə 24 yanvar 2019-cu ildə X3 və 25 dekabr 2021-ci ildə X4 adlı iki uşağı olmuşdur. Aralarında olan narazılığıa görə Ağdam Rayon Məhkəməsinin icraatında nikahın pozulmasına dair iş var. Cavabdeh Ağdam rayonundan məcburi köçkün olduğu üçün müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayır. Onlar ailə həyatı qurub el ədəti ilə toy etdikləri zamandan bir müddət sonra iddiaçı gəlin olaraq Cavabdeh yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Hazırda iddiaçı orada yaşamır. İddiaçı dəfələrlə həmin mənzildə yaşamaq istəmiş, lakin cavabdeh buna icazə verməmişdir. İddiaçının övladları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Bunun üçün də iddiaçı məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və uşaqlarının adı həmin evin orderində var. Mənzil kommunal istismar sahəsindən verilmiş arayışda da adlarının orada olması öz əksini tapmışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı eiraf etməyərək göstərmişdir ki, mübahisəli mənzil onlara 2015-ci ildə dövlət tərəfindən verilmiş və Mehriban 2018-ci ildə həmin mənzilə gəlin köçmüşdür. Mənzildə çoxlu sayda ailə üzvlərinin yaşadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bərdə Rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 1992 saylı və xx.xx.2025-ci il tarixli 222 saylı arayışlarından görünür ki, İddiaçı Fatimə və Zeynəb adlı uşaqları ilə birlikdə Bərdə rayonu 588 saylı qəsəbə bina 5-də yerləşən 38 saylı mənzildə müvəqqəti məskunlaşmışdır. Bərdə Regional «ASAN Xidmət» X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah xx.xx.2018-ci ildə həmin şöbədə 638 nömrə ilə qeydə alnmışdır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-174/2025 saylı qətnaməsinin və AZ-İ № 525085 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. AZ-İV № 241720 və AZ-İV № 684177 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2019-cu ildə Fatimə və xx.xx.2021-ci ildə Zeynəb adlı iki uşağı olmuşdur. Bərdə Rayon Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 633 saylı arayışından görünür ki, 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonundan məcburi köçkün olmuş X5 (hazırda vəfat temiş) ailə üzvləri - mərhum arvadı X1, oğlanları X7, Cavabdeh, gəlini X8, nəvəsi X9 ilə birlikdə Bərdə rayonu 588 saylı qəsəbə bina 5-də yerləşən 38 saylı mənzil verilmişdir. İddiaçı 2018-ci ildə həmin mənzilə gəlin köçmüşdür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, 2015-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən Ağdam rayonundan məcburi köçkün olmuş X5 (hazırda vəfat temiş) ailə üzvləri - mərhum arvadı X1, oğlanları X7, Cavabdeh, gəlini X8, nəvəsi X9 ilə birlikdə Bərdə rayonu 588 saylı qəsəbə bina 5-də yerləşən 38 saylı mənzil verilmişdir. İddiaçı 2018-ci ildə həmin mənzilə gəlin köçmüşdür. Sözügedən mənzildə iddiaçının iki uşağı olmuşdur. İddiaçı sözügedən mənzilə köçərək orada yaşamışdır. Beləliklə iddiaçı mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının köçmək istədiyi mənzilə dair tərəflər arasında hüquq münasibətləri 2015ci ildə yarandığından «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən mübahisəyə 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.1-ci maddəsində qeyd edilmişdir ki, qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər mənzil hüquq və vəzifələrinin əsasıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilmişdir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 96-cı maddəsində qeyd olunmuşdur ki, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri – qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı xx.xx.2019-cu ildə anadan olmuş Fatimə və xx.xx.2021-ci ildə anadan olmuş Zeynəb adlı uşaqları ilə birlikdə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Bərdə rayonu 588 saylı qəsəbə bina 5-də yerləşən 38 saylı mənzilə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2876/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2876/2025
19.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver