Məhkəmə qərarları › İş №2(013)-2954/2023

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2954/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2954/2023 18.10.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbi barədə ərizəsinə 18 oktyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində Cavabdeh ASC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 248-12/P-EB-02 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizə və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ASC ünvan 1 ünvanında yerləşir. Belə olan halda ərizə Ağdam Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə göeə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aiddiyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı zaminlik müqaviləsinə xitam verilməsi tələbi barədə ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar