Məhkəmə qərarları › İş №2(013)-2971/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2971/2025

11.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2971/2025 11.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 oğlunun katibliyi, İddiaçı Yunus qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, az yaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh1 məxsus Ağdam rayonu Əfətli kəndində yerləşən, fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın müdafiə etdiyini, Cavabdeh2 ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurduğunu və Cavabdeh1 məxsus evə gəlin köçdüyünü, orada yaşadığını və birgə təsərrüfat apardığını, həmin evdə iki övladının doğulduğunu, daha sonra Ağdam Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə nikahlarının pozulduğunu və xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladlarının onun himayəsində saxlandığını, özünün qeyd olunan evdə qeydiyyatda olduğunu, gəlin köçdüyü Ağdam rayonu, Əfətli kəndində yerləşən evdə yaşamaq hüququnun olduğunu, həmçinin hazırda onun bütün cehiz əşyalarının da həmin evdə olduğunu, cavabdehlərin həmin evdə yaşamağa imkan vermədiyini, nikah pozulduqdan sonra uşaqları ilə birlikdə Ağdam rayonunun Rzalar kəndində yerləşən atasının evində yaşadığını, həmin evin dar olduğunu və uşaqları ilə orada yaşamalarının mümkün olmadığını bildirdi və iddia təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 493180 saylı “X7 Şəhadətnamə”dən görünür ki, Cavabdeh2 ilə X5 arasında olan nikah Ağdam Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə “İbrahimov”, qadına “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 2(013)-645/2023 saylı, 17 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ilə X5 arasında Ağdam RİHB-nin Əfətli kənd İƏD üzrə nümayəndəliyində 12 mart 2013-cü il tarixdə, 07 nömrə ilə bağlanmış nikah akt qeydi pozulmuş və tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X4 X2 yanında saxlanılmışdır. İş materiallarında olan Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin № 5-31-5/3-2-143/2025, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin daimi qeydiyyatındadır. İş materiallarında olan Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin № 5-31-5/2-116/2025, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Ağdam rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyin təsərrüfat başına 11 saylı uçot kitabında 956 nömrəli təsərrüfatda daimi qeydiyyatdadır. Təsəərrüfat başına uçot kitabında Cavabdeh1 1980-ci il tarixdə tikilmiş fərdi yaşayış evi qeydə alınmışdır. Cavabdeh2, İddiaçı, X9, X1 rayonu İHB-nin Əfətli kəndi İƏD üzrə nümayəndəliyinin təsəərrüfat başına uçot kitabın təsərrüfat başına 11 saylı uçot kitabında 956 nömrəli təsərrüfatda daimi qeydiyyatdadır uçot kitabında daimi qeydiyyatındadır. Cavabdeh2 və İddiaçı təsəərrüfat başına uçot kitabında fərdi yaşayış evi qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı az yaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016cı il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh1 məxsus Ağdam rayonu Əfətli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı az yaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2016-cı il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh1 Alışirin oğluna məxsus Ağdam rayon Əfətli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar