Məhkəmə qərarları › İş №2(013)-3025/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3025/2023

07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3025/2023 07.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 07 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində qadın cinsindən olan 23 iyul 1995-ci il təvəllüdlü şərti olaraq Günay adlandırdıqları uşağının X1 (atası) və Ərizəçi qıznın (anası) ailəsində doğulmasının qeyd edilməsi və kişi cinsindən olan 27 iyul 1998-ci il təvəllüdlü şərti olaraq Rauf adlandırdıqları uşağının X1 (atası) və Ərizəçi qıznın (anası) ailəsində doğulmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, 1994-cü ildə X1 ilə qeyri rəsmi nikaha daxil olmuş, onların birgə nikahından xx.xx.1995-ci ildə Günay və xx.xx.1998-ci ildə Rauf adlı uşaqları olmuşdur. R.İ.Əliyevlə olan nikahı xx.xx.2008-ci ildə rəsmiləşdirmiş, Rafiq Əliyev xx.xx.2022-ci ildə vəfat etmişdir. Uşaqlara doğum haqqında şəhadətnamə almamışdır. Uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X2 dostu R.İ.Əliyevin 1994-cü ildə Ərizəçi ilə evləndiyini, onların qeyri rəsmi nikahından Günay və Rauf adlı uşaqlarının oluğunu, Rafiq Əliyevin 2022-ci ildə vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X3 həmkəndlisi R.İ.Əliyevin 1994-cü ildə Ərizəçi ilə evləndiyini, onların birgə nikahından xx.xx.1995-ci ildə Günay və xx.xx.1998-ci ildə Rauf adlı uşaqlarının olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X4 qonşusu R.İ.Əliyevin 1994-cü ildə Ərizəçi ilə evləndiyini, onların birgə nikahından xx.xx.1995-ci ildə Günay və xx.xx.1998-ci ildə Rauf adlı uşaqlarının olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 694-05/15 saylı və xx.xx.2023-cü il tarixli 695-05/15 saylı arayışlarından görünür ki, xx.xx.1995-ci ildə anadan olmuş qadın cinsli və xx.xx.1998-ci ildə anadan olmuş kişi cinsli uşaqların doğumuna əsas verən zəruri sənədlər olmadığından onlara doğum haqqında şəhadətnamə verilməsi bir başa səlahiyyətləri olmadığı izah olunaraq məhkəməyə müraciət etməsi izah edilmişdir. AZ-İ № 425834 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, R.İ.Əliyevlə Ərizəçi arasında olan nikah xx.xx.2008-ci ildə Bərdə Rayon Qeydiyyat Şöbəsində 487 nömrə ilə qeydə alınmışdır. AZ-İİ № 307015 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, R.İ.Əliyev xx.xx.2022-ci ildə ürək dayanmasından vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi R.İ.Əliyevlə qeyri rəsmi nikahından xx.xx.1995-ci ildə cinsi qadın və xx.xx.1998-ci ildə cinsi kişi olan uşaqları anadan olmuşdur. Faktın təsdiqi uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Qadın cinsindən olan Günay adlı uşağın xx.xx.1995-ci ildə X1 (atası) və Ərizəçi (anası) ailəsində anadan olması faktı müəyyən edilsin. Kişi cinsindən olan Rauf adlı uşağın xx.xx.1998-ci ildə X1 (atası) və Ərizəçi (anası) ailəsində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar