Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3040/2025 18.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaranmış maneələrin aradan qaldırılması, torpaqdan çıxarılma və ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaranmış maneələrin aradan qaldırılması, cavabdehi ona məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən torpağından çıxarılması və dəymiş maddi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən alınaraq onun xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, qeyd etmişdir ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı qətnaməsinə əsasən Cavabdeh X3 məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayon, Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqı-satqısına dair bağlanmış müqavilənin təsdiq edilməsi qət edildiyini, daha sonra onun verdiyi apellyasiya şikayətinə əsasən Ağdam Rayon Məhkəməsinin sözü gedən qətnaməsinin ləğv edildiyini və Cavabdeh adına olan torpağa dair çıxarışın ləğv edildiyini, lakin bütün bunlara baxmayaraq, cavabdehin ona məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsini uzuzn müddətdir ki, qanunsuz olaraq zəpt etdiyini və həmin torpaqdan gəlir əldə etdiyini, cavabdehdən dəfələrlə ona məxsus zəbt etdiyi torpaq sahəsindən çıxmasını xahiş etsədə, onun haqlı və qanuni tələblərinə əməl etməkdən imtina etdyini, odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, qeyd olunan 2.25 ha torpaq sahəsinin İddiaçı 2017-ci ildə alqı-satqı nəticəsində pul ilə aldığını, həmin vaxtlardanda qeyd olunan 2.25 ha torpaq sahəsini istifadə edilərək əkib becərdiyini, hazırda həmin torpaq sahəsində arpa əkdiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 2266/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, maraqlı şəxs İddiaçın apellyasiya şikayəti təmin olunaraq, Ağdam Rayon Məhkəməsinin 2(013)- 3070/2017 saylı mülki iş üzrə 20 iyun 2017-ci il tarixli (Cavabdeh X3 məxsus Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsinin alınması barədə Ağdam rayon, Üçoğlan ərazi nümayəndəliyində həmin torpaq sahəsinin alqısatqısına dair bağlanmış müqavilənin təsdiq edilməsi barədə) qətnaməsi ləğv edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6437/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2266/2021 saylı, 28 aprel 2025-ci il tarixli qərardadı ilə, maraqlı şəxs İddiaçın icrada dönüş barədə ərizəsi təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-3070/2017 saylı mülki iş üzrə 20 iyun 2017-ci il tarixli qətnaməsində icrada dönüş edilərək, Ağdam rayon Kiçikli kəndində yerləşən 2.25 ha torpaq sahəsi İddiaçı X14 oğlu, əliyeva Manya Məhəmməd qızı, X13, X9, X10, X5, X6, X7, X4, X8, X2 ümumi birgə mülkiyyətinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 08 avqust 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş, dşınmaz əmlakın reyestr nömrəsi **********72 olan, Ağdam rayon Üçoğlan kəndi ərazisində yerləşən 1.6994 ha torpaq sahəsi İddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 23 sentyabr 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş, dşınmaz əmlakın reyestr nömrəsi **********10 olan, Ağdam rayon Üçoğlan kəndi ərazisində yerləşən 3.3 ha torpaq sahəsi İddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu isə, onu deməyə əsas verir ki, cavabdehin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının, yəni iddiaçının mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsassızdır. Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə tərəfindən iddiaçıa iddianın yaranmış maneələrin aradan qaldırılması və dəymiş maddi ziyana görə 10000 manat pul vəsaitinin cavabdehdən alınaraq onun xeyirinə ödənilməsi hissələrinin təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı tərəf bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, İddiaçı mülkiyyətində olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 08 avqust 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış və 23 sentyabr 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışlarında göstərilmiş Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 1.6994 ha və 3.3 ha torpaq sahələrinin 2.25 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. İddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində 08 avqust 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış və 23 sentyabr 2025-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışlarında göstərilmiş Ağdam rayonu Üçoğlan kəndi ərazisində yerləşən 1.6994 ha və 3.3 ha torpaq sahələrinin 2.25 ha hissəsindən Cavabdeh çıxarılsın. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3040/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3040/2025
18.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver