Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-311/2025 01.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçı (iddiaçılar İddiaçı2, İddiaçı3, və İddiaçı4 qəyyumu) Qanuni nümayəndə, iddiaçılar İddiaçı5 və İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Qanuni nümayəndə, İddiaçı5 və İddiaçı6 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı paylı mülkiyyət hüququ üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar Qanuni nümayəndə, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər X6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayonu, Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsinin paylı (ümumi) mülkiyyətçilər Qanuni nümayəndə, İddiaçı5, X1, Cavabdeh1, X3, Cavabdeh2, İddiaçı6, İddiaçı2, İddiaçı3, Cavabdeh4, İddiaçı4 payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X8, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı (iddiaçılar İddiaçı2, İddiaçı3, və İddiaçı4 qəyyumu) Qanuni nümayəndə izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, atası X2, anası İddiaçı5, qardaşı Cavabdeh1, bacısı X6, bacısı Cavabdeh2, bacısı İddiaçı6, bacısı İddiaçı2, qardaşı İddiaçı3, qardaşı Cavabdeh4, bacısı İddiaçı4 məxsus olduğunu, hazırda payçılardan atası X1 xx.xx.2010-cu il tarixdə vəfat etdiyini, özünün qardaşları X4, İddiaçı3, bacıları İddiaçı4, İddiaçı2 üzərində Ağdam RİHB-nin sərəncamına əsasən qəyyum təyin edildiyini, hazırda Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpağın birgə mülkiyyətçilər arasında bölünməsinə dair problemlərin yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı5 izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, əri X2 və övladlarına məxsus olduğunu, əri İ.Bayramovun xx.xx.2010-cu il tarixdə vəfat etdiyini, hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, torpaq sahəsinin birgə mülkiyyətçilərin payların müəyyən edilməsinə zərurət yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı6 izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu Orta Qışlaq kəndində yerləşən 3.8593 ha və 3.7008 ha torpaq sahəsinin paylı mülikiyyət hüququ əsasında ona, əri X2 və övladlarına məxsus olduğunu, əri İ.Bayramovun xx.xx.2010-cu il tarixdə vəfat etdiyini, hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan, torpaq sahəsinin birgə mülkiyyətçilərin payların müəyyən edilməsinə zərurət yarandığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların izahatlarını və çıxışlarını dinləyib və iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdam rayon Orta Qışlaq kəndində yerləşən 3.8593 ha reyestr nömrəsi **********28 torpaq sahəsi İddiaçı5, X1, Qanuni nümayəndə, Cavabdeh1, X3, Cavabdeh2 İddiaçı6 İddiaçı2, İddiaçı3, Cavabdeh4 və İddiaçı4 ümumi birgə mülikiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Ağdam rayon Orta Qışlaq kəndində yerləşən 3.7008 ha reyestr nömrəsi **********29 torpaq sahəsi İddiaçı5, X1, Qanuni nümayəndə, Cavabdeh1, X3, Cavabdeh2 İddiaçı6 İddiaçı2, İddiaçı3, Cavabdeh4 və İddiaçı4 ümumi birgə mülikiyyətindədir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli № 483-05/15 nömrəli arayışın surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Bu barədəxx.xx.2020-cu il tarixdə, 29 nömrəli ölüm haqqında akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam RİHB-nin №144, xx.xx.2024-cü il tarixli Fəaliyyət qabiliyyəti olmayan şəxslər üzərində qəyyum təyin edilməsi barədə Sərəncamına əsasən, Qanuni nümayəndə qardaşları xx.xx.1976-cı il təvəllüdlü X4, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı3, bacıları xx.xx.1988-ci il təvəllüdlü İddiaçı4, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı2 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümümi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvercilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 214.1 maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Mülki Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Orta Qışlaq kəndində yerləşən 3.8593 ha torpaq sahəsinə dair və xx.xx.2023-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Orta Qışlaq kəndində yerləşən 3.7008 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Qanuni nümayəndə, İddiaçı5, İddiaçı6 və mərhum X1 on birdə bir (1/11) hissədə payları müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası ƏMDK Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Orta Qışlaq kəndində yerləşən 3.8593 ha torpaq sahəsinə dair və xx.xx.2023-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş birgə mülkiyyətdə olan Agdam rayonu, Orta Qışlaq kəndində yerləşən 3.7008 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Qanuni nümayəndə, İddiaçı5, İddiaçı6 və mərhum X1 on birdə bir (1/11) hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı Qanuni nümayəndə aid edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Agdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-311/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-311/2025
01.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver