Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3113/2024 23.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən bərəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 88 saylı əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üzrə ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün xx.xx.2016-cı il tarixdən Cavabdehndə tarix müəllimi vəzifəsində işlədiyini, cavabdeh tərəfin rəhbərliyinin xx.xx.2024-cü il tarixli 88 saylı əmrinə əsasən əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi (peşəkarlıq səviyyəsinin ixtisasının, peşəsinin kifayət dərəcədə olmaması) ilə xitam verildiyini, belə ki, işdən azad olma səbəbinin YB 003031 nömrəli diplomunun dövlət nümunəli olmmamasının əsas gətirildiyini, lakin barəsində verilmiş 88 saylı əmrin tam əsassız olduğunu, işlədiyi müddət ərzində hər-hansı intizam pozuntusuna yol vermədiyini, işinin öhdəsindən layiqincə gəldiyini, bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh»nin nümayəndəsi X2 izahatında iddianın əsasız olduğunu, Cavabdeh xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrinin qanuni və əsaslı olduğunu, belə ki, İddiaçı X5 X3 Azərbaycan filialının mühəndis İqtisadiyyatı və idarəetmə (marketinq-əmtəə, xidmət) fakültəsini bitirməsinə dair A 016755 nömrəli, eləcə də, xx.xx.2005-ci il tarixdə Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş YB 003031 nömrəli diplomun dövlət nümunəli olmadığını, lakin buna baxmayaraq onun 2006-cı il tarixdən xx.xx.2024-cü il tarixə kimi kollecdə tarix dərslərini tədris etdiyini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin, musiqi kollecinin direktoruna ünvanladığı məktubdan da göründüyü kimi İddiaçı YB 003031 nömrəli diplomunun dövlət nümunəli sənəd olmadığının qeyd edildiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş Azərbaycan Respublikası Yenidənhazırlanma haqqında YB 003031 nömrəli diplomun surətindən görünür ki, İddiaçı qeyd olunan inistitutun yenidənhazırlanma fakültəsinə 14 noyabr 2005-ci il tarixdə daxil olmuş və 28 aprel 2006-cı il tarixdə həmin inistitutu tarix ixtisası üzrə yenidənhazırlanma təhsilinintam kursunu bitirməklə, ona, tarix müəllimi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə Dövlət Agentliyinin, musiqi kollecinin direktoru Feruz Məmmədova ünvanlanmş xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı Quluxan oğlunun adına yazılmış X5 X3 Azərbaycan filialı tərəfindən 1999-cu ildə verilmiş A 016755 nömrəli diplomun dövlət nümunəli sənəd olduğu, YB 003031 nömrəli diplomun isə dövlət nümunəli sənəd olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Təhsil üzrə X8 Musiqi Kollecinin xx.xx.2021-ci il tarixli, 88 saylı əmrin sürətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi rəhbər tutaraq, kollecin tarix müəllimi İddiaçı 11 oktyabr 2024-cü il tarixdən tarix müəllimi vəzifəsindən azad edilməklə, əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq: - İddiaçı məxsus YB 003031 nömrəli diplomun dövlət nümunəli sənəd olmaması barədə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-29-68/2-96/2024 nömrəli məktubu göstərilmişdir. İş materiallarında olan Ağdam Rayon Polis X4 müstəntiqi, polis kapitanı Kənan Firidunlu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, HK-1/1283 nömrəli iş materialları üzrə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan görünür ki, Cavabdeh direktoru Feruz Məmmədovun kollecin tarix müəllimi vəzifəsində işləyən İddiaçı, Azərbaycan Müəllimlər İnistitunun Gəncə filialı tərəfindən verilmiş Azərbaycan Respublikası Yenidənhazırlanma fakültəsini bitirməklə tarix müəllimi ixtisası verilməsi barədə YB 003031 nömrəli diplomun dövlət nümunəli olmaması haqqında olan HK-1/1283 nömrəli material üzrə işdə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; [128] e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «C» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı tarixi müəllimi işlədiyi Cavabdeh direktoru F.Məmmədovun xx.xx.2024-cü il tarixli 88 saylı əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi (peşəkarlıq səviyyəsinin ixtisasının, peşəsinin kifayət dərəcədə olmaması) ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin tələbinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin Qeyd hissəsinə əsasən maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Lakin Cavabdeh direktoru F.Məmmədovun xx.xx.2024-cü il tarixli 88 saylı əmri verilərkən qanunda göstərilən «səlahiyyətli orqan»ın qərarı olmamışdır. Cavabdeh nümayəndəsi S.Tağıyevin məhkəməyə təqdim etdiyi nömrəsi göstərilməyən tarixi isə 02.X.2024-cü il göstərilən Cavabdeh Pedaqoji şurasının protokolu və xx.xx.2024-cü il tarixli 28 nömrəli Cavabdeh ilk Həmkarlar Təşkilatı üzrə protokolu qanunda göstərilən «səlahiyyətli orqan»ın qərarı kimi qəbul oluna bilməz. Bu halda Cavabdeh direktoru F.Məmmədovun xx.xx.2024-cü il tarixli 88 saylı əmri ilə İddiaçı tarixi müəllimi işlədiyi əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinin tələbinə əsasən xitanm verilməsi yuxarıda göstərilən qanunun tələbinə uğun deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı barəsində verilmiş Cavabdeh direktoru Feruz Məmmədovun 11 oktyabr 2024-cü il tarixli, 88 saylı əmri ləğv edilməli və iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə həmin kollecdə əvvəlki işi tarix müəllimi vəzifəsinə bərpa olunmalıdır. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı barəsində verilmiş Cavabdeh direktoru Feruz Məmmədovun 11 oktyabr 2024-cü il tarixli, 88 saylı əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdehnə tarix müəllimi vəzifəsinə bərpa olunsun. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3113/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3113/2024
23.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver