Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3141/2025 19.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 19 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, atası X5 xx.xx.1959-cu ildə Xocavənd rayonunun Qarakənd kəndində X4 və X2 ailəsində anadan olmuşdur. X1 xx.xx.2020-cı ildə vəfat etmişdir. Atası anadan olarkən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda atası Ş.Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ona atasının doğumu barədə məlumat olmadığından şəhadətnamə verilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Faktın təsdiqinin atasına doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğunu qeyd etməklə mərhum atası Ş.Ərizəçi xx.xx.1959-cu ildə Xocavənd rayonunun Qarakənd kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, ailədə 3 qardaş və 1 bacı olmuşlar. Atası vəfat etmiş, anası isə onunla birlikdə yaşayır. Hazırda axırıncı qardaşının nikaha daxil olduğunu, qeydiyyat şöbəsinin nikahı qeydə almaq üçün mərhum atasına məxsus doğum haqqında şəhadətnaməni istədiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X9 göstərmişdir ki, mərhum Şakir Abdullayevi həmkəndli kimi tanımışır. Şakirin təvəllüdü ona məlum olmamışdır. Şakirin atası Tapıq, anası isə Qənifə olmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş X6 göstərmişdir ki, Tofiq onun qardaşıdır. Ailədə 3 qardaş və 1 bacı olmuşlar. Atası Şakir 1959-cu ildə anadan olmuş, 2020-ci ildə isə vəfat etmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 742-05/15 saylı arayışından görünür ki, doğumun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Respublika ərazisində şəxsiyyət vəsiqəsini müvəqqəti təsdiq edən arayışdan görünür ki, Ş.Ərizəçi xx.xx.1959-cu ildə anadan olmuşdur. AZ-İİ № 114267 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ş.Ərizəçi xx.xx.2020-ci ildə vəfat etmişdir. XX-JQ № 393904 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Ş.Ərizəçi oğludur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi atası Ş.Ərizəçi xx.xx.1959-cu ildə Xocavənd rayonunun Qarakənd kəndində X1, anası X2 ailəsində anadan olmuşdur. X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Faktın təsdiqi atasına doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X3 xx.xx.1959-cu ildə Xocavənd rayonunun Qarakənd kəndində X4 (atası) və X2 (anası) ailəsində doğulması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3141/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3141/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver