Məhkəmə qərarları › İş №2(013)-3328/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3328/2025

17.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3328/2025 17.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi – Bərdə Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 17 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 2012-ci ildə X4 ilə qeyri rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2013-cü ildə oğlan övladı dünyaya gəlmişdir. Uşaq doğulandan sonra mir meddət S.B.Əzimovla birlikdə yaşamış, sonradan münasibətləri pisləşdiyindən 2015-ci ildə ayrılmışdır. Ayrılan zaman uşağın onun yanında qaldığını, daha sonra maddi imkanı yaxşı olmadığı üçün uşağı müvəqqəti olaraq S.B.Əzimova verdiyini, maddi imkanı düzəldikdən sonra uşağı tələb etsədə Samir Əzimovun uşağı ona qaytarmadığını, hətta ona uşağı ilə görüşməyə icazə vermədiyini, bu səbəbdən uşağın alınıb ona verilməsi üçün məhkəməyə müraciət edən zaman uşağın doğum haqqında şəhadətnaməsi tələb olunduğunu qeyd etməklə xx.xx.2013-cü ildə anadan olmuş övladının doğum faktının müəyyən olunması, atası X4, anası Ərizəçi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil ərizəni müdafiə edərək Ərizəçi S.B.Əzimovla qeyri rəsmi nikaha daxil olduğunu, onların xx.xx.2013-cü ildə uşağının olduğunu, 2015-ci ilədək birlikdə Samir Əzimova məxsus Yevlax şəhərində yerləşən evdə yaşadıqlarını, 2015-ci ildə ayrıldıqdan sonra Ərizəçi yaşamaq üçün yeri olmadığından uşağı müvəqqəti Samir Əzimova verdiyini, hazırda yaşamaq üçün evi olduğunu və uşağa baxmaq üçün normal şəraitinin olduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X5 bacısı qızı Arzunun Samir adlı şəxsə ərə getdiyini, oların 2013-c ildə uşağının olduğunu, ayrıldıqdan sonra Samirin uşağı Arzuya qaytarmadığını bildirmişdir. Şahid qismində dindirilmiş X1 adlı şəxsin onun qızı Arzunu qaçırdığını, onların xx.xx.2013-cü ildə şərti olaraq Hüseyn adlandırdıqları uşağı olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 652/2025 saylı arayışından görünür ki, doğumun qeydə alınması zəruri sənədlər olmadığından mümkün olmamış və Ərizəçi məhkəməyə müraciət etməsi izah edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi 2012-ci ildə S.B.Əzimova ərə getmiş, lakin nikahı rəsmiləşdirməmişdir. Onların xx.xx.2013-cü ildə kişi cinsindən olan övladı dünyaya gəlmişdir. Həmin vaxt uşağa doğum haqqında şəhadətnamə almamışlar. Faktın təsdiqi oğluna doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi kişi cinsindən olan uşağının xx.xx.2013-cü ildə anadan olması faktı müəyyən edilsin. Ərizənin uşağın atasının X4 olması tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar