Məhkəmə qərarları › İş №2(013)-3392/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3392/2025

15.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3392/2025 15.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 oğunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e td i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızının xx.xx.1936-cı ildə Ağdam rayonunun Çəmənli kəndində atası X1 və anası X2 ailəsində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada maraqlı şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına Maraqlı şəxs nümayəndəsi gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəuyğun hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə edərək, mərhum anası Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızının Ağdam rayonunun Çəmənli kəndində atası X1 və anası X2 ailəsində doğulduğunu, lakin həmin vaxt doğumunun qeyd edilmədiyini, ona X9nin alınmadığını, özünün İİ qrup əlil olmaqla, “Qarabağ Qazilər” Birliyinin üzvü olduğunu, hazırda zərurətlə bağlı X9 almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğum aktı qeydinin aşkar edilmədiyini, faktın təsdiqi üçün məhkməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirərək, mərhum anası Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızının xx.xx.1936-cı ildə Ağdam rayonunun Çəmənli kəndində atası X1 və anası X2 ailəsində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, Ərizəçi onun həmkəndlidirlər. Onun mərhum anası Cəfərova (Allahverdiyeva) X13 rayonunun Çəmənli kəndində doğulub. Demək olar ki, bir yerdə böyüyüblər. Onun atası X4, anası X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, Ərizəçi tanıyır. Onun mərhum anası Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızını da tanıuırdı. Onlar Ağdam rayonunun Çəmənli kəndindəndirlər. Nübar xanımın atası X4, anası X3r. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-JQ seriyalı № 292061 “X9”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Ağdam rayonu, Çəmənli kəndində anadan olub və Ağdam rayonu, Şükrağalı kəndində anadan olmuşdur. Onun atası X16, anası X8r. İş materiallarında olan Azərbaycan Respublikası Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 264461 nömrəli “X12”nin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixdə Ağdam rayonunda ölmüşdür. İş materiallarında olan Ağdam rayon İHB-nin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin № 849 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, ərizəçinin mərhum anası Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızının xx.xx.1936-cı ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İş materiallarında olan Ağdam rayon İHB-nin Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin № 16 nömrəli xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdam rayonu Çəmənli kənd İƏD üzrə nümayəndəliyinin Şükürağalı kəndində daimi pasport qeydiyyatındadır. Onun anası X10 xx.xx.2022-ci ildə, babası X4 və nənəsi X5 vəfat ediblər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən, Ərizəçi müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, №-401- 05/15 saylı arayışdan görünür ki, xx.xx.1936-cı ildə ağdam rayonunun Çəmənli kəndində, atası X1 və anası X2 ailəsində, Cəfərova (Allahverdiyeva) Nubar Alyar qızının doğumu ilə bağlı Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. Doğum faktının bərpa edilməsinə əsas verən zəruri sənədlər (məhkəmə qərarı və s.) təqdim edə bilinmədiyi üçün qanunvericiliyin tələbinə uyğun olaraq, faktın bərpa edilməsi birbaşa səlahiyyətlərinə aid olmadığı göstərilməklə, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər, şəhid ailələri dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum anası, Cəfərova (Allahverdiyeva) Nubar Alıyar qızının xx.xx.1936-cı ildə Ağdam rayonunun Çəmənli kəndində atası X1 və anası X2 ailəsində doğulması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar