Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3434/2025 25.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Ağdam rayonu Əhmədağalı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və ödənilmiş 60 manat mediyasiya xərcinin və 40 manat dövlət rüsumu pul vəsaiti məbləğinin cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərmiş və ərizəsində iddia tələbinin həcmini artıraraq, Cavabdeh ona məxsus evdən çıxarılarkən, evdən və həyətdə cavabdehə məxsus pal-paltar, yorğan, döşək, 1 baş iribuynuzlu inəyin də çıxarılmasını və tərəfindən ödənilmiş mediyasiya xərcinin və dövlət rüsumunun cavabdehdən onun xeyirinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilənə əsasən məhkəmə iddiaçının iddia tələbinin həcminin attırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında Cavabdehnnun onun qardaşı olduğunu, Ağdam rayonu Əhmədağalı kəndi ərazisində 3 otaqdan ibarət fərdi yaşayış evinin olduğunu, həmin evdə anası, iki qızı və nəvəsi ilə birlikdə yaşadığını, cavabdehin isə öz evi olmasına baxmayaraq onun evinə girərək evdən istifadə etdiyini, bundan başqa pis vərdişlərinin olduğunu, həddindən artıq içki qəbul etdiyini, özünü idarə edə bilmədiyini, evdə yaşlı və yer xəstəsi anasının olduğunu, cavbdehə nə qədər öz evinə getməsini söyləsə də, onun buna əməl etmədiyini və ona məxsus evdən çıxmadığını, bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd olunan fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olduğunu, özünün hazırda yeni məhlələrdə təzə ev və tövlə tikdirdiyini, lakin tam hazır olmadığını, hazır olan kimi iddiaçının evini tərk edəcəyini bildirdi və iddianın qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış Çıxarışında göstərilmiş, dşınmaz əmlakın reyestr nömrəsi **********74 olan, Ağdam rayon Əhmədağalı kəndi ərazisində yerləşən daşınmaz əmlakın ümumi sahəsi 70.1 ha olan, 0.2388 ha torpaq sahəsi üzərində yerləşən əmlak İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Ağdam rayonu İHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyinin № 558, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı, Ağdam rayonu İHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyinin Əhmədağalı kəndində daimi qeydiyyata durmaqla yaşayır. İş materiallarında olan Ağdam rayonu İHB-nin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyinin № 557, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı aşağıdakı tərkibdə ailə üzvləri var: X4 - anası, X2 - qızı, X6 - qızı, X3 - nəvəsi. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X1 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə qeyd edir ki, Ağdam rayon Əhmədağalı kəndində 0.2388 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı İddiaçı mülkiyyətində olması mübasələndirilməyən haldır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan bu hal iddiaçının mülkiyyət hüquqlarından istifadə etməyə maneə törədir. Belə olan halda həmin maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Ağdam rayon Əhmədağalı kəndində 0.2388 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh əşyaları (pal-paltar, yorğan, döşək) və 1 baş iribuynuzlu mal-qara (inək) ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı 60 manat mediyasiya xərci və 40 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda, iş üzrə 60 manat mediyasiya xərci və 40 manat dövlət rüsumu cavabdehdə aid edilsin. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Ağdam rayon Əhmədağalı kəndində 0.2388 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh əşyaları (pal-paltar, yorğan, döşək) və 1 baş iribuynuzlu mal-qara (inək) ilə birlikdə çıxarılsın. Cavabdeh üzrə ödənilmiş 60 (altmış) manat mediyasiya xərci və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Agdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3434/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3434/2025
25.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver