Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-344/2024 08.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehin nümayəndəsi - həmin kollecdə kard üzrə mütəxəssis işləyən X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbi barədə mülki işə 08 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh 15 sentyabr 2023-cü il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə tarix müəllimi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh xx.xx.2016-cı il tarixli 41 nömrəli əmrinə əsasən həmin kollecə tarix müəllimi təyin edilmişdir. Bir qayda olaraq dərs yükü 2023-cü tədris ili də daxil olmaqla 18 saat olmuşdur. 15 sentyabr 2023cü ildə dərs cədvəli bölgüsü zamanı 2023-2024-cü illər üzrə 6 dərs saatı müəyyən edilmişdir. 2023-cü ilin oktyabr ayına qədər kollecdə birinci kurs tələbələrinə tarix fənnindən dərs keçmişdir. 2023-cü ilin oktyabr ayında kollecin direktoru ona ixtisas dəyişmə diplomunun nömrəsinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində qeydiyyatdan keçmədiyini və bu səbəbdən onu işdən çıxardğını demişdir. İşdən azad olunması barədə əmrin surətini 2023-cü ilin oktyabr ayının ortalarında aldıqda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini «b» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini görmüşdür. 70-ci maddəyə əsasən işdən azad olunmasına baxmayaraq əmrdə ixtisasına uyğun olaraq dərs yüküünn olmadığı göstərilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin ləğvi üçün həmkarlar ittifaqının razılığının alınmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnənin nümayəndəsi qismində məhkəmədə izahat verən S.N.Tağıyev iddianı etiraf etməyərək İddiaçı Gəncə şəhərində altı ay ərzində kursda olması barədə sənədlərin bazada olmadığını qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş X3 X2 Azərbaycan filialı tərəfindən 1999-cu ildə verilmiş qeydiyyat nömrəsi 00069, seriya A 016755 olan diplomun surətindən görünür ki, İddiaçı həmin təhsil müəsisəsinin mühəndis iqtisadiyyatı və idarəetmə (marketinq-əmtəə, xidmət) fakultəsini bitirmişdir. Azərbaycan Müəllimlər İnstitutu tərəfindən xx.xx.2006-cı ildə verilmiş YB № 003031 saylı diplomun surətindən görünür ki, A.Q.İddiaçıCəfərov həmin institutun Gəncə filialında xx.xx.2005-ci ildən 2006-cı ilin aprel ayına qədər yenidənhazırlanma kursunu keçmişdir. 00114488 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixli 41 nömrəli əmrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə tarix fənni üzrə müəllim işinə götürülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh 15 sentyabr 2023-cü il tarixli 54 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ixtisaslarına uyğun dərs yükləri olmadığı üçün işdən azad olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, İddiaçı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə arasında xx.xx.2016-cı ildə əmək müqaviləsi bağlanmış və İddiaçı müəllim işinə götürülmüşdür. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh 15 sentyabr 2023-cü il tarixli 54 nömrəli əmri ilə İddiaçı işdən çıxarılarkən (əmək müqaviləsinə xitam verilərkən) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70--ci maddəsinin «b» bəndinə istinad edilmişdir. Halbuki qeyd edilən norma əmək müqaviləsinin işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən ləğv edilməsini nəzərdə tutmuşdur. İddiaçı işdən azad olunması barədə əmrdə isə sonuncunun ixtisaslarına uyğun dərs yükləri olmadığı üçün işdən azad olunması göstərilmişdir. Bundan əlavə İddiaçıla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə istinad edilməklə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsində göstərilmişdir ki,
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. https://eqanun.az/framework/46943
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd olunmuşdur ki,
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 84-cü maddəsində qeyd olunmuşdur ki,
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı maddəsində qeyd olunmuşdur ki, 1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 84-cü maddəsində qeyd olunmuşdur ki,
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə
q ə t e t d i:
İddia əsaslı olduğundan təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnənin 15 sentyabr 2023cü il tarixli 54 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə tarix müəllimi işinə bərpa olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev