Məhkəmə qərarları › İş №2(013)-345/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-345/2024

30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-345/2024 30.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X5 və X6 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 saylı qərarına əsasən atası X11 və anası X3 Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs6 nümayəndəsi və Maraqlı şəxs5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdilər. Məhkəmə işə Maraqlı şəxs6 nümayəndəsinin və digər maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 saylı qərarına əsasən atası X11 və anası X3 Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsinin verildiyini, atası X7 xx.xx.2006-cı il tarixdə, anası X2 isə 13 08.2005 ci il tarixdə vəfat etdiyini, valideynləri vəfat etdikdən sonra miras qalmış torpaq sahəsini özünün qəbul etdiyini və idarə etdiyini, bununla bağlı digər vərəsələrin hər hansı bir mübahisənin olmadığını, bu barədə Ağdam rayon notariat kontoruna müraciət etsədə müddətin ötürüldüyü üçün bunun mümkün olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında göstərdi ki, qardaşı olan Ərizəçi atası X11 və anası X1 miras qalmış Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsinə faktiki sahiblik edir və onu idarə edir. Hazırda da həmin torpaq sahəsini Ərizəçi istifadə etdir. Bununla bağlı heç bir etirazı yoxdur, torpaq sahəsinə dair öz payından qardaşı olan Ərizəçi xeyirinə imtina etdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında göstərdi ki, qardaşı olan Ərizəçi atası X11 və anası X1 miras qalmış Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsinə faktiki sahiblik edir və onu idarə edir. Hazırda da həmin torpaq sahəsini Ərizəçi istifadə etdir. Bununla bağlı heç bir etirazı yoxdur, torpaq sahəsinə dair öz payından qardaşı olan Ərizəçi xeyirinə imtina etdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X12 izahatında göstərdi ki, qardaşı olan Ərizəçi atası X11 və anası X1 miras qalmış Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsinə faktiki sahiblik edir və onu idarə edir. Hazırda da həmin torpaq sahəsini Ərizəçi istifadə etdir. Bununla bağlı heç bir etirazı yoxdur, torpaq sahəsinə dair öz payından qardaşı olan Ərizəçi xeyirinə imtina etdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X13 izahatında göstərdi ki, qardaşı olan Ərizəçi atası X11 və anası X1 miras qalmış Ağdam rayonu, Çəmənli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş 0,73 ha torpaq sahəsinə faktiki sahiblik edir və onu idarə edir. Hazırda da həmin torpaq sahəsini Ərizəçi istifadə etdir. Bununla bağlı heç bir etirazı yoxdur, torpaq sahəsinə dair öz payından qardaşı olan Ərizəçi xeyirinə imtina etdir. Odur ki, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Torpağa Mülkiyyət hüququna dair» JN-0442 seriyalı, KOD-60922018 Dövlət Aktından görünür ki, Agdam rayonu, Çəmənli kəndində olan 0,73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon Çəmənli ərazi nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 131552 nömrəli “X9”nin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Ağdam rayonu, Çəmənli kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ağdam rayon Çəmənli ərazi nümayəndəliyi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 181336 nömrəli “X9”nin surətindən görünür ki, X11 xx.xx.2006-cı il tarixdə Ağdam rayonu, Çəmənli kəndində ölmüşdür. İş materiallarında olan Ağdam rayon X10 xx.xx.2023-cü il tarixli, 226 saylı məktubundan görünür ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 6 ay müddətində mirası qəbul edə biləcəyi əsas gətirilərək, müddətin ötürüldüyü üçün vətəndaşa vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müracət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.9-cü maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin faktının müəyyən edilməsi barədə işlərə baxır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 10-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, JN-0442 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilmiş Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən mərhum X4 və X1 miras qalmış 0.73 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-0442 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilmiş Ağdam rayonu, Çəmənli kəndi ərazisində yerləşən mərhum X4 və X1 miras qalmış 0.73 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar