Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3550/2025 08.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 sentyabr 2024-cü il tarixdə Ağcabədi regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 614 nömrəli nikah aktı qeydini etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh nikah münasibətlərinə daxil olmuş və aralarında olan nikah 09 sentyabr 2024-cü il tarixdə Ağcabədi regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 614 nömrəli nikah aktı qeydi ilə rəsmiləşdirilmiş və bu barədə AZ-İİ № 632411 nömrəli “X3” verilmişdir. Onların əmi uşağı olduqlarını və nikaha daxil olmalarına səbəb valideynlərin istək və arzularına əsasən olduğunu, toy mərasimi olmadığını və onların ümumiyyətlə nikahdan sonra görüşmədiklərini, qızının onun, yəni atasının sözündən çıxmadığı üçün, təziq altında nikaha daxil olduğunu, özünün hərəkətindən peşiman olduğunu, qızı Ülviyyənin əmisi oğlu Elmiri qardaş gözündə gördüyünü bildirdiyini, bu səbəbdən də onların aralarında olan nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianə qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə əmiuşağıdırlar və həqiqətən də valideynlərinin istəyi ilə nikaha daxil olsalar da, aralarında bir-birlərinə qohum kimi hörmətdən başqa heç bir sevgi və istək olmadığını, ümumiyyətə nikahdan sonra görüşmədiklərini, iddiaçı ilə nikaha daxil olmaq üçün təzyiq altında razılıq verdiyini, onunla ailə qurmaq, birgə yaşamaq, birgə təsərrüfat sürmək niyətimin olmadığını, hərəkətindən peşmandır və gələcəyini də onunla birgə görmür, sənəd üzərində nikaha daxil olumasına baxmayaraq, İddiaçı ilə nişan məclisi, nə də toy məclislərinin olmadığını, onunla heç zaman birgə yaşamadığını, birgə təsərrüfat idarə etmədiklərini, aralarında ərarvad arasında olan hər hansı münasibət olmamışdır. Odur ki, bütün bunları nəzərə alaraq, nikahın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağcabədi regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 632411 nömrəli “X3”-dən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 09 sentyabr 2024-cü il tarixdə 614 nömrəli nikah akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada isə “Əliyeva” soyadı verilmişdir. Mülki işin materiallarında olan mediyasiya prosesinə xitam verilməsi haqqında 03 noyabr 2025-ci il tarixli, №MŞA/MT044/2025-00525 saylı protokoldan görünür ki, mabahisənin tərəflərin qarşılıqlı razılaşması ilə mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır (mad. 25.1). Nikah məhkəmə qaydasında etibarsız sayılır (mad. 25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (mad. 25.4). Nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) (mad. 26.1.3) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ilə olan nikahları Ağcabədi regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, bu barədə 09 sentyabr 2024-cü il tarixli, 614 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada isə “Əliyeva” soyadı verilmişdir. Lakin Cavabdeh ilə İddiaçı arasında olan nikah rəsmiləşsə də, onlar nikaha daxil olaraq ər-arvad kimi birgə yaşamamışlar. Ona görə də məhkəmə belə hesab edir ki, İddiaçı və Cavabdehnın arasında Ağcabədi regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 09 sentyabr 2024-cü il tarixli, 614 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah tərəflərin valideynlərinin təziqi altında olması və onların bir-biri ailə qurmaq niyyəti olmadığı halda bağlandığına görə etibarsız sayılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad.14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (mad.217.4). Yuxarıda göstərilənlərə əsasən məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 09 sentyabr 2024-cü il tarixdə 614 nömrəli akt qeydi ilə Ağcabədi regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah etibarsız sayılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 09 sentyabr 2024-cü il tarixdə 614 nömrəli akt qeydi ilə Ağcabədi regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirilmiş nikah etibarsız sayılsın. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3550/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3550/2025
08.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver