Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3555/2024 19.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrlik etməklə və məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X3 «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X2rşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X3 «Ağdam Rayon Mərkəzi Xəstəxanası» qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd olunan xəstəxananın direktoru X1 xx.xx.2024-cü il tarixli 18- 1-21/3-1-2205/2024 saylı əmrinin etibarsız hesab edilməsi və ya ləğv edilərək onun işə bərpa olunmağı, qətnamə icra olunan vaxta qədər məcburi işburaxmaya görə əmək haqqının, mediyasiya üçün ödədiyi ..... manat rüsumu və vəkilə ödədiyi ..... manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi İddiaçı və ya onun səlahiyyəti olan nümayəndəsi tərəfindən imza edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri iddiaçı tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı iddiaçıya yenə də izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X3 «Ağdam Rayon Mərkəzi Xəstəxanası» qarşı qeyd olunan xəstəxananın direktoru X1 xx.xx.2024-cü il tarixli 18-1-21/3-1-2205/2024 saylı əmrinin etibarsız hesab edilməsi və ya ləğv edilərək onun işə bərpa olunmağı, qətnamə icra olunan vaxta qədər məcburi işburaxmaya görə əmək haqqının, mediyasiya üçün ödədiyi ..... manat rüsumu və vəkilə ödədiyi ..... manat pulun ona ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3555/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3555/2024
19.12.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver