Məhkəmə qərarları › İş №2(013)-364/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-364/2024

06.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-364/2024 06.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – övladı X1 , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi barədə mülki işə 06 mart 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh onun mülkiyyətində olan Ağdam rayonunun Birinci Yüzbaşılı kəndi ərazisində yerləşən evdən çıxarılması və ödənilmiş dövlət rüsumu əvəzində cavabdehdən 100 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən R.S.Vəliyev iddianı müdafiə edərək göstərmişdir ki, uzun müddət Sumqayıt şəhərində yaşadıqdan sonra atası bələdiyyədən Yüzbaşılı kəndində torpaq sahəsi almış və orada ev tikmişdir. Atası vəfat etdikdən sonra sözügedən ev anası Xuramanın adına rəsmiləşdirilmişdir. Əmisi Yasən atasının sağ vaxtında 2019-cu ildə müvəqqəti yaşamaq üçün həmin evə köçmüş, lakin hazırki vaxta qədər oradan çıxmamışdır. Cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququnun pozulduğunu qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək evdən çıxmağa etiraz etmədiyini, lakin yaşamaq üçün başqa yerinin olmadığını qeyd etmişdir. Məhkəmədə elan olunmuş qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olduğu kimi Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yerləşən ev İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus evdə yaşayış hüququ əldə etməmişdir. Belə olan halda İddiaçı cavabdehin ona məxsus evdən çıxarılmasını tələb edə bilər, həmçinin iddiaçı özgəsinin, yəni cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci hissəsinin 3-cü bəndində qeyd olunmuşdur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsi «Ryabıx Rusiya Federasiyasına qarşı» 24 iyul 2003-cü il tarixli (şikayət № 52854/99) qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir və həmin prinsip məhkəmə tərəfindən qəbul olunmuş sonuncu qərarın mübahisələndirilməsinə yol vermir («Brumaresku Rumıniyaya qarşı» 28 oktyabr 1999-cu il 61-ci paraqraf). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə xx.xx.2007-ci il tarixli qərarının 34-cü bəndində qeyd olunmuşdur ki, ərizəçi şikayət etdi ki, o,Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozulmaqla mülkiyyət hüquqlarından məhrum edilib;həmin maddədə deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Həmin Qərarın 39-cu bəndində qeyd olunmuşdur ki,məhkəmə xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Qərarın 40-cı bəndində yazılmışdır ki, bu işdə məhkəmə qeyd edir ki, 2 iyun 1993cü ildə ərizəçi sözügedən mənzilə yaşayış orderi almışdı.Sonradan daxili məhkəmələr təsdiq etdilər ki, ərizəçi yaşayış orderinin qanuni sahibidir. Bu order əsasında səlahiyyətli orqanla ərizəçi arasında «sosial kirayə müqaviləsi» deyilən müqavilə bağlanmalı idi.Həmin müqavilənin Mənzil Məcəlləsində və müvafiq hüquqi aktlarda təsbit edilmiş şərtlərinə görə, ərizəçi mənzilə sahiblik etmək və ondan istifadə etmək hüququna malik olmalı idi və Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq, müəyyən şərtlərlə mülkiyyət hüququ ona pulsuz keçməli idi. 41-ci bənd. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddialarını 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» hesab etmək üçün kifayət qədər əsaslar var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Ağdam rayonunun Birinci Yüzbaşılı kəndi ərazisində yerləşən evdən çıxarılsın. Ödənilmiş dövlət rüsumu əvəzində Cavabdeh 100 (yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar