Məhkəmə qərarları › İş №2(013)-3722/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3722/2025

20.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3722/2025 20.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu İddiaçı hüquqi əhəmiyyəti oln faktın müəyyən edilməsi barədə barədə ərizəsinə 20 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçın Ağdam Rayon Məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, 09 sentyabr 1957-ci il tarixdə Ağdam şəhərində doğulmuş, valideynləri də (ata-anası) bu şəhərdə anadan olmuşlar, Ağdam şəhərində təhsil almış və Ağdam musiqi məktəbində müəllim işləmiş, daha sonra xx.xx.1977-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 3 qızı və 1 oğlu olmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmışdır. Qızlarının hamısı ali təhsillidir, özü və uşaqları azərbaycan dilində tam, sərbəst danışır, qızlarının hamısı ailə həyatı qurmuşlar yoldaşları azərbaycanlıdır. Hamısı Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşlarıdır. Atasının adı Vazgen olub, 14 yaşında bibisinin övladı olmadığına görə ata və anasının razılığı ilə onlara övladlığa verilmişdir. Övladlığa verildikdən sonra artıq övladlığa götürənin soyadını daşımış, X1muşdur. 1977-ci il tarixdən, yəni ailə qurduqdan sonra hazıradək Mehdiyeva soyadını daşıyır. Bütün bu faktları müəyyən etmək üçün məhkəmənin hər hansı qərarını almasını tələb etsə də, məlum hadisələrdə məhkəməyə aid sənədlərin döyüş zamanı məhv edildiyi ona bildirilmişdir. Bu səbəbdən faktın müəyyən edilməsi məhkəmə qaydasında müəyyən olunmalıdır. Həmin vaxt uşaq və bütün bunlardan xəbərsiz olmuş, hazırda isə şəxsiyyət vəsiqəsində ata adının Apresov kimi qeyd olunmasını istəyirəm. Onlar onu böyüdüb təhsil vermiş, bütövlükdə qayğısına qalmış, hazırda isə hamısı dünyasını dəyişmişdir. Bu səbəbdən hüquqi fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Faktın təsdiq olunması üçün həmin sənədləri əldə etmək onun imkanı xaricindədir. Belə ki, bütün sənədlər işğal zonasında tamamilə məhv olmuşdur. Qeyd edilənlərə əsasən övladlığa götürmə faktı müəyyən olunmaqla ad və soyadının X2ması haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə mülki məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməli və əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. İddiaçı hazırki tələblə (soyadının Avrepetyan olması) bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, həmin orqan onun müraciətini təmin etmədiyi halda iddiaçının qeydiyyat şöbəsinin hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati orqanların təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı qeydiyyat şöbələri inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunmuşdur ki, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. 2.2-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsində qeyd olunmuşdur ki, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə belə hesab edir ki, İddiaçı xx.xx.2025-ci ildə ********** nömrəli qəbzlə ödədiyi 100 manat (büdcə səviyyə kodu 142213) məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı övladlığa götürmə faktı müəyyən olunmaqla ad və soyadının X2ması haqqına hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi qəbul edilməkdən imtina edilsin və əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçı xx.xx.2025-ci ildə ********** nömrəli qəbzlə ödədiyi 100 manat (büdcə səviyyə kodu 142213) məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar