Məhkəmə qərarları › İş №2(013)-3940/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3940/2025

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3940/2025 18.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi nümayəndəsi – oğlu X1 iştirakı ilə, Ərizəçi doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 18 fevral 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası Qəmərli rayonu, Çiləxanlı kəndində anadan olmuş, atası X3, anası X4 olmuşdur. Həmin vaxt onun doğumu qeyd etdirilməmiş, ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda məcburi köçkün kimi ev verilməsi ilə əlaqədar müəyyən sənədlər lazım olduğundan doğum haqqında şəhadətnamə tələb olunduğunu, doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, orada ona doğum akt qeydi aşkar olunmadığından şəhadətnamə verilməsi mümkün olmadığı izah edildiyini qeyd etməklə xx.xx.1957-ci ildə Ermənistan Respublikası Qəmərli rayonu, Çiləxanlı kəndində (atası X3, anası X4) doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi nümayəndəsi qismində məhkəmədə izahat verən E.Ə.Ağayev ərizəni müdafiə edərək anası Ərizəçi xx.xx.1957-ci ildə anadan olduğunu, qeydiyyat şöbəsinin arxivi olmadığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 qardaşı arvadı Ərizəçi 1957-ci ildə Qərbi Azəribaycanda anadan olduğunu, atasının Təvəgül, anasının Sara olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X5 qardaşı arvadı Ərizəçi 1957-ci ildə anadan olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 1308-05/15 saylı arayışından görünür ki, Ərizəçinın ölümü barədə heç bir məlumat aşkar edilməmiş, doğum faktının bərpa edilməsi üçün əsas verən zəruri sənədlər təqdim edilmədiyindən faktın bərpa edilməsi bir başa səlahiyyətləri olmadığından Ərizəçi məhkəməyə müraciət etməsi izah olunmuşdur. AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Erməsintan Respublikası, Artaşatsk rayonunun Mıxçiyan kəndində anadan olmuşdur. İİ-JQ № 360263 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. AZ-İ № 589792 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, T.H.Əliyev xx.xx.2012-ci ildə vəfat etmişdir. AZ-İ № 909722 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, S.A.Əliyeva xx.xx.2018-ci ildə vəfat etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan Respublikası Qəmərli rayonu, Çiləxanlı kəndində X3 və anası X2 ailəsində anadan olmuşdur. Faktın təsdiqi doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan Respublikası Qəmərli rayonu, Çiləxanlı kəndində atası X3 və anası X2 ailəsində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar