Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3948/2025 05.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X18 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 bacısı olmaqla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada maraqlı şəxs Ağdam Rayon Notariat Ofisinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını münkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, onun xx.xx.1963-cü ildə Ağdam rayonunun Çullu kəndində atası X5 ilə, anası X1 ailəsində anadan olduğunu, hər iki valideyninin vəfat etdiyini, 1947ci ildə anadan olmuş X4 doğma bacı olduğunu və onun da vəfat etdiyini, valideynlərindən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etdiyini, lakin mərhum bacısı Fatmanın X11sinin olmadığını, bunun üçün Ağdam rayon Qeydiyyat Şöbəsinə müraciət etsələrdə, cavab olaraq məhkəməyə müraciət etmələrinin izah edildiyini bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, Ağdam rayonu, Çullu kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Çullu kəndində vəfat etmiş mərhum X4 Ərizəçi doğma bacısıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ağdam rayonu, Çullu kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Çullu kəndində vəfat etmiş mərhum X4 Ərizəçi doğma bacısıdır. Məhkəmə iş üzrə ərizəçinin izahatını və çıxışını və şahidləri dinləyib, belə qərara gəldi ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Quzanlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-V № 111965 “X11”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə doğulmuşdur, onun atası X5 ilə, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli № 74 arxiv arayışından gğrünür ki, Ağdam rayon Quzanl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1966-1968-ci illərə dair 18 nömrəli təsərrüfatbaşına uçot kitabının 19-cu səhifəsində X2 ailə tərkibində, arvadı- X6, oğlu- X13, qızı- X8, oğlu- X10 və qızı- X7 qeydiyyatda olmuşdur. İş materiallarında olan Ağdam Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 22 nömrəli arayışdan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, ərizəçinin miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almasına mərhum bacısı X8 ilə bağlı qohumluq əlaqəsini təsdiq edən sənədlərin olmadığı üçün şəhadətnamənin verilməsinin imkan xaricində olduğu və aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu tövsiyyə edilmişdir. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 430951 saylı, xx.xx.2025-ci il tarixdə verilmiş “X16”nin surətindən görürnur ki, X8 xx.xx.2024-cü il tarixdə Ağdam rayonunun Çullu kəndində vəfat etmişdir. İş materiallarında olan Ağdam İH başçısının İmamqulubəyli kəndi İƏD üzrə nümyəndələyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktdan görürnur ki, mərhum X8 Ərizəçi doğma bacısıdır. Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə məhkəmə ərizəçinin gətirdiyi dəlilləri həqiqətə uyğun hesab edərək tələb üzrə hüquqi faktın müəyyən edilərək ərizəçinin hüquqlarının bərpa edilməsi baxımından ərizənin təmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində pul ərizəçiyə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 339.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 1947-ci ildə Ağdam rayonu, Çullu kəndində anadan olmuş və xx.xx.2024-cü il tarixdə Ağdam rayonu, Çullu kəndində vəfat etmiş X4 Ərizəçi doğma bacısı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-3948/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3948/2025
05.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver