Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4/2024 18.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı X18, Cavabdeh Lənkəran oğlunun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakı ilə, İddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh Lənkəran oğlu, X10, X12, X3 və X2 qarşı torpaq sahəsinin naturada ayrılması, ayrıca adına qeydə alınması, evdən istifadə hüququnun və həmin evə köçürülməsi tələbi barədə mülki işə 18 yanvar 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı və A.Cavabdeh rayon məhkəməsinə ünvanladıqları iddia ərizəsində Ağdam rayon Aqrar İslahat komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsnə dair şəhadətnamələrə əsasən (JN026A, JN-026B) 8 nəfərin adına olan 0,20 və 0,24 hektar həyətyanı torpaq sahəsindən, onlara məxsus JN:026A şəhadətnaməsinə əsasən 0,06, JN:026B nömrəli şəhadətnaməyə əsasən 0,05 hektar həyətyanı torpaq sahəsinin naturada ayrılıb onlara verilməsi və paylarının daşınmaz əmlak kimi ayrıca olaraq reyestrdə qeydə alınması, onlara Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən yaşayış evlərindən istifadə hüququnun tanınması və onların həmin evə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən A.Cavabdeh iddianı müdafiə edərək göstərmişdir ki, atası Cavabdehlə anası İddiaçı 1993-cü ildə evlənmişlər. Qardaşı 44 X9 şəhid olduqdan sonra onların adına torpaq sahəsinin olması məlum olmuşdur. Torpaq sahəsindən istifadə edə bilmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində məhkəmədə izahat verən T.S.Süleymanov iddiamı etiraf etməyərək göstərmişdir ki, iddiaçıların evə köçürülmə barədə tələbi məhkəmə qətnaməsi ilə rədd olunmuşdur. Arif Əliyev və İddiaçı tələb etdikləri torpaq sahəsinin başqa şəxsə satıldığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 1993-cü ildə Cavabdeh ərə getmiş, xasiyyətləri uyğun gəlmədiyindən 2007-ci ildə aralarında olan nikah pozulmuşdur. Həmin vaxt onun adlarına torpaq sahəsinin olmasından məlumatı olmadığından tələb etməmiş, gəlin köçdüyü evə istifadə hüququ barədə məhkəməyə müraciət etmiş, lakin iddia tələbi rədd edilmişdir. Oğlu 44 X9 şəhid olduqdan sonra torpaq sahəsinin onun adına olmasından məlumatı olduğunu, bu səbəbdən məhkəməyə müraciət etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, V.L.Əliyev, Z.L.Əliyev, R.L.Əliyeva və V.L.Cabbarovaya məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş JN 026B kod 60919028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə Ağdam rayonunun Böyükbəyli kəndində 0,24 ha torpaq sahəsi verilmişdir. JN 026A kod 60919028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə Ağdam rayonunun Böyükbəyli kəndində 0,20 ha torpaq sahəsi verilmişdir. AZ-İİ № 077373 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2020-ci ildə hərbi əməliyyatlar nəticəsində vəfat etmişdir. AZ-İ № 118617 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Lənkəran oğlu ilə X15 arasında olan nikah xx.xx.2008-ci ildə pozulmuş və bu barədə Ağdam Rayon Qeydiyyat Şöbəsində 09 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(014)-1055/2008 saylı qətnaməsinin surətindən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə X8 uşaqları ilə birlikdə Ağdam rayonunun Üçoğlan kəndində yerləşən vərəsəliklə X4 adına olan 4 otaqlı evə köçürülməsi və həmin evdə yaşayış hüququnun təmin edilməsi qət edilmiş, X4 apelyasiya şikayəti təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi ləğv edilmiş, X8 iki uşağı ilə birlikdə Ağdam rayonunun Üçoğlan kəndində X5 adına olan evdə yaşayış hüququnun verilməsi barədə iddiası rədd edilmişdir. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2- 10/8726 saylı rəyindən görünür ki, X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,20 ha və 0,24 ha torpaq sahəsinin paylara uyğun olaraq real bölgüsü həmin torpaq sahələrinin üzərindəki mövcud yaşayış evləri və digər tikililərin altında olan torpaq sahələri mülkiyyətçilərin birgə mülkiyyətlərində saxlamaq şərti ilə boş torpaq sahələrinin bölünməsi mümkündür. Bölgü sxemi mütəxəssis rəyinə əlavə olunmuşdur. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-04/2024 saylı qərardadından görünür ki, iddiaçılar İddiaçı və X11 cavabdehlər Cavabdeh Lənkəran oğlu, X10, X12, X3 və X2 qarşı torpaq sahəsinin naturada ayrılması, ayrıca adına qeydə alınması, evdən istifadə hüququnun və həmin evə köçürülməsi tələbi barədə mülki işin iddiaçıların paylarının daşınmaz əmlak kimi ayrıca olaraq reyestrdə qeydə alınması və iddiaçılara Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən yaşayış evlərindən istifadə hüququnun tanınması və onların həmin evə məcburi köçürülmələri hissələrinin icraatına xitam verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunduğu kimi X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,20 ha və 0,24 ha həyətyanı torpaq sahələri verilmişdir. 0,20 ha torpaq sahəsinin 0,025 ha hissəsi hüquq sahiblərinin hər birinin, o cümlədən iddiaçıların mülkiyyətidir. Həmçinin 0,24 ha torpaq sahəsinin 0,03 ha hissəsi hüquq sahiblərinin hər birinin, o cümlədən iddiaçıların mülkiyyətidir. İddiaçılar paylarının naturada ayrılmasını tələb etmişlər. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində qeyd olunmuşdur ki, hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərinin sayına bölünməsi yolu ilə təyin edilir. Yuxarıda qeyd edilən Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və vermək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.2-ci maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh Lənkəran oğlundan 150 manat tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğu üçün təmin edilsin. X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,20 torpaq sahəsi paylı mülkiyyətçilər arasında bölünərək hər birinin 0,025 ha payının olması müəyyən edilsin, onların payı naturada ayrılıb özlərinə təhvil verilsin. X7, Cavabdeh Lənkəran oğlu, X10, X12, X3, X6, İddiaçı və X11 mülkiyyətinə verilmiş Ağdam rayonunun Böyükbəyli kəndində yerləşən 0,24 torpaq sahəsi paylı mülkiyyətçilər arasında bölünərək hər birinin 0,03 ha payının olması müəyyən edilsin, onların payı naturada ayrılıb özlərinə təhvil verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat Cavabdeh Lənkəran oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-4/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4/2024
18.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver