Məhkəmə qərarları › İş №2(013)-4064/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-4064/2025

04.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-4064/2025 04.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Ərizəçi nikahın etibarsız sayılması faktının müəyyən edilməsi barədə mülki işə 04 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində X1 ilə arasında 14 aprel 1998-ci ildə Nəsimi rayon Qeydiyyat Şöbəsində0156 nömrə ilə qeydə alınmış rəsmi nikah qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı 04 mart 2026-cı il tarixə saat 11:15-ə Ağdam Rayon Məhkəməsinin binasına təxirə salınmış və bu barədə ərizəçiyə və maraqlı şəxsin nümayəndəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar təkrarən məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263,264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi nikahın etibarsız sayılması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar