Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-4117/2025 15.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu, Ərizəçi staj faktının müəyyən edilməsinə dair ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmənin binasında mülki işin materiallarını məhkəmə iclasından kənar nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçiyə pensiya təyin edilməsi ilə əlaqədar Kəlbəcər rayonun Yeni həyət adına Kolxozda xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə kimi, xx.xx.1976 ci il tarixdən xx.xx.1979-cu il tarixədək çoban işlədiyim illərin və xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilə kimi Kəlbəcər rayon Mexanikləşdirmə Birliyində sürücü işləməsinin əmək fəaliyyəti dövrünün sosial sığorta satjı kimi hesablanması faktının təsdiqi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 13.2-ci bəndində qeyd edilmişdir ki, Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, Ərizəçinın qeyd olunan ərizəsinə xüsusi icraat qaydasında Ağdam Rayon Məhkəməsində baxılması mümkün deyildir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 1.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçinın qeyd olunan hüquqi əhəmiyyətli olan faktının müəyyən edilməsinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılması mümkün olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) müraciət etmək hüququnun olduğu, əsassız imtina edildiyi təqdirdə həmin quruma qarşı inzibati icraat qaydasında ərazi üzrə müvafiq inzibati məhkəməyə iddia qaldırmaq hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 153, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: Ərizəçinın ərizəçiyə pensiya təyin edilməsi ilə əlaqədar Kəlbəcər rayonun Yeni həyət adına Kolxozda xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilə kimi, xx.xx.1976 ci il tarixdən xx.xx.1979-cu il tarixədək çoban işlədiyim illərin və xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilə kimi Kəlbəcər rayon Mexanikləşdirmə Birliyində sürücü işləməsinin əmək fəaliyyəti dövrünün sosial sığorta satjı kimi hesablanması faktının təsdiqi barədə ərizəsinə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) müraciət etmək hüququnun olduğu, əsassız imtina edildiyi təqdirdə həmin quruma qarşı inzibati icraat qaydasında ərazi üzrə müvafiq inzibati məhkəməyə iddia qaldırmaq hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-4117/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-4117/2025
15.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver