Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-737/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Şəmsəddin qızının cavabdeh Ağdam Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şəmsəddin qızı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-21/3-1-2153/2024 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsinə, Cavabdeh publik hüquqi şəxsin Çəmənli kənd xəstəxanasına sanitar vəzifəsinə bərpa olunmağına, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı 12 mart 2025-ci il tarixə saat 09:30-a Ağdam Rayon Məhkəməsinin binasına təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclası 02 aprel 2025-ci il tarixə saat 10:20-ə Ağdam Rayon Məhkəməsinin binasına təxirə salınmış və bu barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən təkrarən məhkəmə iclasına gəlməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Şəmsəddin qızının cavabdeh Ağdam Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-737/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-737/2025
02.04.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver