Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-746/2024 15.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən bərəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 42 saylı əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, özünün xx.xx.2021-ci il tarixdən Cavabdehndə “makinaçı” vəzifəsində işlədiyini, cavabdeh tərəfin rəhbərliyinin xx.xx.2021-ci il tarixli 42 saylı əmrinə əsasən əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verildiyini, barəsində verilmiş 42 saylı əmrin tam əsassız olduğunu, belə ki, işlədiyi müddət ərzində hər-hansı intizam pozuntusuna yol vermədiyini, işinin öhdəsindən layiqincə gəldiyini, bundan başqa rəhbərlik tərəfindən verilən qanunsuz qərardan son günlərdə xəbər tutduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh «Cavabdeh»nin nümayəndəsi X4 izahatında iddianın əsasız olduğunu, Cavabdeh xx.xx.2021-ci il tarixli, 42 nömrəli əmrinin qanuni və əsaslı olduğunu, bundan başqa, həmçinin, İddiaçı iddiasının qanunla müəyyən edilmiş müddətinin ötürülməklə məhkəməyə verildiyini, belə ki, İddiaçı kollecin əvvəlki direktoru R.Musayevlə sövdələşərək 2021-ci ilin birinci yarısından sonra ümumiyyətlə Cavabdehnə müəllimə kimi işə çıxamadığını, ona dərs saatı ayrılmadığını və əmək haqqı ödənilmədiyini, bunu bilərək iddiaçı bu günə kimi işi ilə maraqlanmadığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X5 adına verilmiş xx.xx.2010-cü il tarixdə açılmış, № ******* nömrəli Əmək kitabçasının sürətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixli № 6 nömrəli əmrə əsasən Cavabdehnə konsertmeystr üzrə müəllimə vəzifəsinə təyin edilmişdir və onun həmin kollecdən işdən azad olunması barədə qeyd yoxdur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli № 6 nömrəli əmrdən çıxarışın sürətindən görünür ki, X3 Musiqi Kollecinə konsertmeystr üzrə müəllimə vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli, 42 saylı əmrdən çıxarışın sürətindən görünür ki, kollecin müəlliməsi X1 ilə əlaqədar möhlət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “Əmək və X12”ndə M.Məmədovanın xx.xx.2020-ci il tarixdə Cavabdehndə makinaçı vəzifəsinə işə qəbul olunduğu, xx.xx.2021-ci il tarixdə isə, həmin kollecin rəhbərliyinin 42 saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə xitam verildiyi, xx.xx.2021-ci il tarixli, 42 saylı xitam əmrinin elektron İnformasiya sisteminə xx.xx.2023-cü il tarixdə işlənildiyi qeyd edilmişdir. Məhkəmə iddia üzrə mübahisə predmetləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilir ki, Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki tələblərlə yanaşı əmək münasibətlərinə də iddia müddətləri tətbiq olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» qərarında qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətlərinə riayət olunmasını aydınlaşdırmaq üçün həmin müddətin başlanğıcını müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin birinci hissəsinə görə iddia müddəti işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinin üçüncü hissəsində göstərilmişdir, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Beləliklə, iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxt xx.xx.2021-ci il tarixdir və həmin vaxtdan onun 1 aylıq iddia müddətinin axını başlamışdır. Lakin iddiaçı 16 fevral 2024-cü il tarixdə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə cavabdehin nümayəndəsi S.Tağıyev yazılı müraciət edərək baxılan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcələnin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-cı maddəsində göstərilir ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-cı maddəsində göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Məhkəmə tərəfindən iddia üzrə iddiaçıya iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, iddiaçı bu barədə məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən bərəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli 42 saylı əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsi və ödənilməmiş əmək haqqının hesablanaraq ona qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-746/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-746/2024
15.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver