Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-777/2025 21.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin direktoru X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul və avtomobil tələbi barədə mülki işə 21 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin direktoru X3 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, X2 məxsus “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nianlı avtomaşını 18 ay müddətinə hər ay 450 manat olmaqla vətəndaş Cavabdeh avtonəqliyyat vasitəsinin icarə haqqında iltizama əsasən icarəyə vermişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış avtonəqliyyat vasitəsinin icarə haqqında iltizama əsasən 18 ay ərzində hər ay 450 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq avtomobili istifadə etməsinə baxmayaraq icarə haqqını 8 ay gecikdirmiş, icarə haqqını vermək fikiri olmamışdır. Cavabdehin avtomobildən istifadəyə əsasən 2025-ci ilin feral ayına qədər 3600 manat və 60 manat qalıq borcu qaldığını qeyd etməklə Cavabdeh İddiaçı MMC-ə “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 8 ay ərzində 2025-ci ilin fevral ayına qədər olan müddət üçün hər ay 450 manat olmaqla hesablanmış 3600 manat və 60 manat qalıq borcun, ödənilmiş dövlət rüsumu əvəzində 100 manat və “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nianlı avtomobilin alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin direktoru X3 məhkəməyə Azərbaycan Respublkasının Mülki Prosessual Məcəlləsinin 53-cü madəsinə əsasən iddia tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarəsi haaqında iltizamın ləğv edilməsi, Cavabdeh avtomobilin istifadəsinə görə 3600 manat və 60 manat qalıq borcun, ödənilmiş dövlət rüsumu əvəzində 100 manat və “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nianlı avtomobilin alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən S.X.Salamzadə iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarəsi haaqında iltizama əsasən “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV- *** dövlət qeydiyyat nianlı avtomobili cavabdehin istifadəsinə vermiş, cavabdeh avtomobili götürdükdən sonra 2 ay ödəniş etdikdən sonra ödəniş etməmiş, avtomobili geri qaytarmamışdır. Tələb etməsinə baxmayaraq cavabdehin pulu ödəmədiyini və İddiaçı MMC-yə ziyan vurduğunu qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarə haqqında iltizamın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə bir ədəd “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmiş, cavabdeh 18 ay hər ay 450 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, tərəflər arasında lizinq müqaviləsi bağlanmış və iddiaçı bir ədəd “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nianlı avtomobili cavabdehə vermişdir. Cavabdeh müqavilə üzrə ödənişləri yerinə yetirməmiş və 2025-ci ilin fevral ayına onun 3600 manat əsas, 60 manat qalıq borcu qalmışdır. Cavabdeh üzərinə öhdəlik götürməsinə baxmayaraq lazımınca yerinə yetirməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsində qeyd olunmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcələnin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış icarə müqaviləsini cavabdeh əhəmiyyətli dərəcədə pozduğundan qeyd edilən müqavilələr Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə uyğun olaraq ləğv edilməlidir. Həmin maddədə göstərilmişdir ki, tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli avtonəqliyyat vasitəsinin icarəsi haqqında iltizam ləğv edilsin. Cavabdeh avtomobildən istifadəyə görə 3600 manat, 60 manat qalıq borc və ödənilmiş dövlət rüsumu əvəzində 100 manat – cəmi 3760 (üç min yeddi yüz altmış) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. “Mazda CX-7” minik markalı 2006-cı il buraxılışlı **-DV-*** dövlət qeydiyyat nianlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-777/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-777/2025
21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver