Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-822/2024 08.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi Allahverdiyeva (Əliyeva) Məryəm Misir qızının iştirakı ilə, Ərizəçi Allahverdiyeva (Əliyeva) Məryəm Misir qızının doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə mülki işə 08 may 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Əliyeva) rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.1953-cü ildə Ağdam rayonunun Çullu kəndində doğulması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi (Əliyeva) ərizəni müdafiə edərək göstərmişdir ki, xx.xx.1953-cü ildə Ağdam rayonunun Çullu kəndində anadan olmuş, atası X7, anası X2 olmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hazırda zərurət yarandığı üçün doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etdiyini, orada ona məhkəməyə müraciət etməsi izah olıunduğunu, doğum haqqında şəhadətnamə almaq üçün faktın təsdiq olunması zərurəti yarandığını qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X6 əmisi qızı Ərizəçi (Əliyeva) xx.xx.1953cü ildə Ağdam rayonunun Çullu kəndində X7 və X1 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə verən X3 qonşusu Ərizəçi (Əliyeva) xx.xx.1953cü ildə Ağdam rayonunun Çullu kəndində X7 və X1 ailəsində anadan olduğunu bildirmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 178-05/15 saylı arayışından görünür ki, Ərizəçi (Əliyeva) doğumu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Ağdam rayonunun Çullu kəndində anadan olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi (Əliyeva) xx.xx.1953-cü ildə Ağdam rayonunun Çullu kəndində X7 və X1 ailəsində anadan olmuşdur. Faktın təsdiqi doğum haqqında şəhadətnamə almaq üçün zəruri olduğundan Ərizəçi (Əliyeva) məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Allahverdiyeva (Əliyeva) Məryəm Misir qızı xx.xx.1953-cü ildə Ağdam rayonunun Çullu kəndində anadan olması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-822/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-822/2024
08.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver