Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-830/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 14 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh çəkisi 4,6 qram, əyarı 750, qiyməti 1250 manat olan brilyant qaşlı qızıl nişan üzüyü, qiyməti 7200 manat üç dəst mebel (yataq dəsti, qonaq desti, mətbəx mebeli, künclük divan (Goran «X8), 450 manat dəyərində «Eurolux» markalı televizor, 650 manat dəyərində «Eurolux» markalı kondisioner, 700 manat dəyərində iki dəst pərdə (tül və günlüklü), 400 manat dəyərində üç ədəd xalça, 5 manat dəyərində bir ədəd şamdan, 150 manat dəyərində bir dəst «Eurolux» markalı ütü və ütü stolu, 120 manat dəyərində «Regulyar» markalı elektrik soba, 650 manat dəyərində «Eurolux» markalı paltaryuyan, 140 manat dəyərində «Eurolux» markalı ətçəkən, 160 manat dəyərində «Gold West» markalı blender, 120 manat dəyərində «Eurolux» markalı samovar, 220 manat dəyərində qaşıq dəsti (çemodan), 380 manat dəyərində iki dəst on iki ədədlik servis, 350 manat dəyərində qazan dəsti (granit «Gold Westel» altı ədədlik), 180 manat dəyərində qazan dəsti şirli (beş qazan, üç ləyən, bir çaydan), 12 manat dəyərində saxlama qabı dəsti (beşli dəst), 90 manat dəyərində iki dəst on iki ədədlik xrustal stəkan, 5 manat dəyərində bir dəst şüşə stəkan (altı ədəd), 40 manat dəyərində iki dəst nəlbəki (on iki ədəd), 15 manat dəyərində bir dəst nəlbəki (altı ədəd), 35 manat dəyərində bir dəst armudu stəkan və nəlbəki (altı ədəd), 24 manat dəyərində iyirmi dörd ədəd xrustal su stəkanı, 20 manat dəyərində dörd ədəd qənd qabı, 50 manat dəyərində iki ədəd xrustal mürəbbə qabı xrustal, 10 manat dəyərində iki ədəd mürəbbə qabı, 12 manat dəyərində on iki ədəd mürəbbə qabı (razetka), 3 manat dəyərində altı ədəd qaşıq, 3 manat dəyərində altı ədəd bıçaq dəsti, 5 manat dəyərində bıçaq dəsti, 10 manat dəyərində iki ədəd qrafin, 24 manat dəyərində iki dəst ədva qabı, 12 manat dəyərində dörd ədəd çörək qabı, 50 manat dəyərində on iki ədəd xrustal su stəkanı, 80 manat dəyərində bir dəst xrustal qrafin və altı ədəd stəkan, 40 manat dəyərində dörd ədəd meyvə vazı, 80 manat dəyərində iki ədəd xrustal güldan, 20 manat dəyərində dörd ədəd podnos, 30 manat dəyərində iki ədəd gülqabı, 13 manat dəyərində üç ədəd qrafin və stəkan, 30 manat dəyərində üç ədəd ləpə qabı, 120 manat dəyərində dörd ədəd süfrə, 24 manat dəyərində on iki ədəd çay dəsmalı, 240 manat dəyərində dəst qaz plitəsi və aspirator, 30 manat dəyərində kranlı mətbəx çanağı, 20 manat dəyərində döşəməsilən, 5 manat dəyərində paltar setkası, vannası, 3 manat dəyərində üç ədəd kauçuk ləyən, 16 manat dəyərində iki ədəd aşsüzən, 12 manat dəyərində ləpə çəkən, 20 manat dəyərində bir dəst çaydan və çaynik, 8 manat dəyərində iki ədəd zibil qabı, 140 manat dəyərində «Eurolux» markalı tozsoran, 60 manat dəyərində iki ədəd təknəfərlik yorğan, 80 manat dəyərində iki ədəd təknəfərlik döşək, 80 manat dəyərində qoşa doşək, 60 manat dəyərində qoşa yorğan, 60 manat dəyərində üç ədəd yastıq, 150 manat dəyərində beş ədəd yataq dəsti (postel), 60 manat dəyərində on ədəd örtük dəsmal, 60 manat dəyərində iki ədəd odeyal, 30 manat dəyərində üç ədəd böyük odeyalın naturada, həmin əmlaklar olmadıqda dəyərinin, mediasiya xidməti üçün ödədiyi məbləğ əvəzində 55 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 24 iyul 2021-ci ildə Cavabdehla nikaha daxil olmuş, onların uşağı olmamışdır. Nikaha daxil olan zaman İddiaçı iddia ərizəsində tələb etdiyi əmlaklar hədiyyə edilmişdir. Ər-arvad münasibətləri pozulduğuna görə tərəflər arasında olan nikah Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1660/2024 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçının qızıl və cehiz əşyaları cavabdehin evində qalmış, İddiaçı tələb etməsinə baxmayaraq, Cavabdeh həmin əmlakları qaytarmamışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iddia ərizəsində nişan üzüyü və cehiz əşyaları mövcud olmuş və onlar cavabdehin yaşadığı Ağdam rayonu Quzanlı 689 saylı qəsəbədə yerləşən 269 saylı evdə qalmışdır. Ona məxsus olan digər qızılları isə, yəni sırğa-üzük, qolbaq və boyunbağıdan ibarət dəsti özü "xxxx" ASC-yə girov qoymuş və kredit götürmüşdür. Tələb etməsinə baxmayaraq cavabdehin ona məxsus nişan üzüyünü və cehizləri qaytarmaqdan imtina etdiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, bacısı qızı Gözələ nişan və toyu vaxtı üzük, qızıl dəsti hədiyyə edilmişdir. Gözəlin cehizinin bəzənməsində iştirak etmişdir. Gözəlin iddia ərizəsində qeyd etdiyi bütün cehizlər və əmlaklar mövcud olmuşdur. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X3 bildirmişdir ki, baldızı qızı İddiaçı nişan vaxtı qızıl nişan üzüyü, paltarlar, xonçalar hədiyyə edilmişdir. Gözələ toyu vaxtı başqa qızıllar və cehizlər hədiyyə edilmişdir. Gözələ məxsus nişan üzüyü əri evində qalmış, digər qızılları isə bankdadır. Gözəlin iddia ərizəsində göstərdiyi əmlaklar mövcud olmuşdur. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X2 bildirmişdir ki, qardaşı qızı Gözəlin bütün əmlakları qayınatasının evində qalmışdır. Gözələ nişanda üzük, toyda sırğa-üzük, qolbaq, boyunbağı dəsti hədiyyə edilmişdir. Gözələ məxsus olmaqla iddia ərizəsində göstərilən bütün cehiz və başqa əmlaklaar mövcud olmuş və onlar hazırda cavabdehin yaşadığı evdə qalmışdır. Məhkəmədə elan olunmuş «X7 Group» MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı tələb etdiyi əmlakların qiyməti onun iddia ərizəsində göstərdiyi qiymətlərlə eynilik təşkil edir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1660/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh arasında xx.xx.2021-ci ildə Ağdam Rayon Qeydiyyat Şöbəsində 195 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya toyu və nişanı vaxtı çəkisi 4,6 qram, əyarı 750, qiyməti 1250 manat olan brilyant qaşlı qızıl nişan üzüyü, qiyməti 7200 manat üç dəst mebel (yataq dəsti, qonaq desti, mətbəx mebeli, künclük divan (Goran «X8), 450 manat dəyərində «Eurolux» markalı televizor, 650 manat dəyərində «Eurolux» markalı kondisioner, 700 manat dəyərində iki dəst pərdə (tül və günlüklü), 400 manat dəyərində üç ədəd xalça, 5 manat dəyərində bir ədəd şamdan, 150 manat dəyərində bir dəst «Eurolux» markalı ütü və ütü stolu, 120 manat dəyərində «Regulyar» markalı elektrik soba, 650 manat dəyərində «Eurolux» markalı paltaryuyan, 140 manat dəyərində «Eurolux» markalı ətçəkən, 160 manat dəyərində «Gold West» markalı blender, 120 manat dəyərində «Eurolux» markalı samovar, 220 manat dəyərində qaşıq dəsti (çemodan), 380 manat dəyərində iki dəst on iki ədədlik servis, 350 manat dəyərində qazan dəsti (granit «Gold Westel» altı ədədlik), 180 manat dəyərində qazan dəsti şirli (beş qazan, üç ləyən, bir çaydan), 12 manat dəyərində saxlama qabı dəsti (beşli dəst), 90 manat dəyərində iki dəst on iki ədədlik xrustal stəkan, 5 manat dəyərində bir dəst şüşə stəkan (altı ədəd), 40 manat dəyərində iki dəst nəlbəki (on iki ədəd), 15 manat dəyərində bir dəst nəlbəki (altı ədəd), 35 manat dəyərində bir dəst armudu stəkan və nəlbəki (altı ədəd), 24 manat dəyərində iyirmi dörd ədəd xrustal su stəkanı, 20 manat dəyərində dörd ədəd qənd qabı, 50 manat dəyərində iki ədəd xrustal mürəbbə qabı xrustal, 10 manat dəyərində iki ədəd mürəbbə qabı, 12 manat dəyərində on iki ədəd mürəbbə qabı (razetka), 3 manat dəyərində altı ədəd qaşıq, 3 manat dəyərində altı ədəd bıçaq dəsti, 5 manat dəyərində bıçaq dəsti, 10 manat dəyərində iki ədəd qrafin, 24 manat dəyərində iki dəst ədva qabı, 12 manat dəyərində dörd ədəd çörək qabı, 50 manat dəyərində on iki ədəd xrustal su stəkanı, 80 manat dəyərində bir dəst xrustal qrafin və altı ədəd stəkan, 40 manat dəyərində dörd ədəd meyvə vazı, 80 manat dəyərində iki ədəd xrustal güldan, 20 manat dəyərində dörd ədəd podnos, 30 manat dəyərində iki ədəd gülqabı, 13 manat dəyərində üç ədəd qrafin və stəkan, 30 manat dəyərində üç ədəd ləpə qabı, 120 manat dəyərində dörd ədəd süfrə, 24 manat dəyərində on iki ədəd çay dəsmalı, 240 manat dəyərində dəst qaz plitəsi və aspirator, 30 manat dəyərində kranlı mətbəx çanağı, 20 manat dəyərində döşəməsilən, 5 manat dəyərində paltar setkası, vannası, 3 manat dəyərində üç ədəd kauçuk ləyən, 16 manat dəyərində iki ədəd aşsüzən, 12 manat dəyərində ləpə çəkən, 20 manat dəyərində bir dəst çaydan və çaynik, 8 manat dəyərində iki ədəd zibil qabı, 140 manat dəyərində «Eurolux» markalı tozsoran, 60 manat dəyərində iki ədəd təknəfərlik yorğan, 80 manat dəyərində iki ədəd təknəfərlik döşək, 80 manat dəyərində qoşa doşək, 60 manat dəyərində qoşa yorğan, 60 manat dəyərində üç ədəd yastıq, 150 manat dəyərində beş ədəd yataq dəsti (postel), 60 manat dəyərində on ədəd örtük dəsmal, 60 manat dəyərində iki ədəd odeyal, 30 manat dəyərində üç ədəd böyük odeyal hədiyyə edilmişdir. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində qalmışdır. Belə olan halda İddiaçı mülkiyyətində olan əmlakları cavabdehdən tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının mediasiya xidmətinə ödədiyi məbləğ əvəzində cavabdehdən 55 manat tutularaq İddiaçı verilməli, həmçinin cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində 80,42 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 ,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh çəkisi 4,6 qram, əyarı 750, qiyməti 1250 manat olan brilyant qaşlı qızıl nişan üzüyü, qiyməti 7200 manat üç dəst mebel (yataq dəsti, qonaq desti, mətbəx mebeli, künclük divan (Goran «X8), 450 manat dəyərində «Eurolux» markalı televizor, 650 manat dəyərində «Eurolux» markalı kondisioner, 700 manat dəyərində iki dəst pərdə (tül və günlüklü), 400 manat dəyərində üç ədəd xalça, 5 manat dəyərində bir ədəd şamdan, 150 manat dəyərində bir dəst «Eurolux» markalı ütü və ütü stolu, 120 manat dəyərində «Regulyar» markalı elektrik soba, 650 manat dəyərində «Eurolux» markalı paltaryuyan, 140 manat dəyərində «Eurolux» markalı ətçəkən, 160 manat dəyərində «Gold West» markalı blender, 120 manat dəyərində «Eurolux» markalı samovar, 220 manat dəyərində qaşıq dəsti (çemodan), 380 manat dəyərində iki dəst on iki ədədlik servis, 350 manat dəyərində qazan dəsti (granit «Gold Westel» altı ədədlik), 180 manat dəyərində qazan dəsti şirli (beş qazan, üç ləyən, bir çaydan), 12 manat dəyərində saxlama qabı dəsti (beşli dəst), 90 manat dəyərində iki dəst on iki ədədlik xrustal stəkan, 5 manat dəyərində bir dəst şüşə stəkan (altı ədəd), 40 manat dəyərində iki dəst nəlbəki (on iki ədəd), 15 manat dəyərində bir dəst nəlbəki (altı ədəd), 35 manat dəyərində bir dəst armudu stəkan və nəlbəki (altı ədəd), 24 manat dəyərində iyirmi dörd ədəd xrustal su stəkanı, 20 manat dəyərində dörd ədəd qənd qabı, 50 manat dəyərində iki ədəd xrustal mürəbbə qabı xrustal, 10 manat dəyərində iki ədəd mürəbbə qabı, 12 manat dəyərində on iki ədəd mürəbbə qabı (razetka), 3 manat dəyərində altı ədəd qaşıq, 3 manat dəyərində altı ədəd bıçaq dəsti, 5 manat dəyərində bıçaq dəsti, 10 manat dəyərində iki ədəd qrafin, 24 manat dəyərində iki dəst ədva qabı, 12 manat dəyərində dörd ədəd çörək qabı, 50 manat dəyərində on iki ədəd xrustal su stəkanı, 80 manat dəyərində bir dəst xrustal qrafin və altı ədəd stəkan, 40 manat dəyərində dörd ədəd meyvə vazı, 80 manat dəyərində iki ədəd xrustal güldan, 20 manat dəyərində dörd ədəd podnos, 30 manat dəyərində iki ədəd gülqabı, 13 manat dəyərində üç ədəd qrafin və stəkan, 30 manat dəyərində üç ədəd ləpə qabı, 120 manat dəyərində dörd ədəd süfrə, 24 manat dəyərində on iki ədəd çay dəsmalı, 240 manat dəyərində dəst qaz plitəsi və aspirator, 30 manat dəyərində kranlı mətbəx çanağı, 20 manat dəyərində döşəməsilən, 5 manat dəyərində paltar setkası, vannası, 3 manat dəyərində üç ədəd kauçuk ləyən, 16 manat dəyərində iki ədəd aşsüzən, 12 manat dəyərində ləpə çəkən, 20 manat dəyərində bir dəst çaydan və çaynik, 8 manat dəyərində iki ədəd zibil qabı, 140 manat dəyərində «Eurolux» markalı tozsoran, 60 manat dəyərində iki ədəd təknəfərlik yorğan, 80 manat dəyərində iki ədəd təknəfərlik döşək, 80 manat dəyərində qoşa doşək, 60 manat dəyərində qoşa yorğan, 60 manat dəyərində üç ədəd yastıq, 150 manat dəyərində beş ədəd yataq dəsti (postel), 60 manat dəyərində on ədəd örtük dəsmal, 60 manat dəyərində iki ədəd odeyal, 30 manat dəyərində üç ədəd böyük odeyal, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş məbləğ əvəzində 55 manat alınaraq İddiaçı verilsin. Cavabdeh 80 (səksən) manat 42 (qırx iki) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-830/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-830/2025
14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver