Məhkəmə qərarları › İş №2(013)-836/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-836/2025

19.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-836/2025 19.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi – anası X1 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə mülki işə 19 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mərhum X3, mərhum nənəsi X6 və mərhum atası X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2,01 ha torpaq sahəsi və mərhum atası X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2499,9 kv.metr torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdam rayonu Üçoğlan kəndində yerləşən 2.01 ha torpaq sahəsi Ərizəçi X3na, nənəsi X4 və atası X12 məxsus olmuşdur. Ağdam rayonu Üçoğlan kəndində yerləşən 2499,9 kv.metr torpaq sahəsi Ərizəçi atası X12 məxsusdur. X3 xx.xx.2018-ci ildə, nənəsi X6 xx.xx.2018-ci ildə, atası X15 xx.xx.2023-cü ildə vəfat etmişlər. X9 və X2 mərhum X7 başqa vərəsəsi olmamışdır və mərhum X15 13.02 2023-cü il tarixdə vəfat etmişdir. X10 üç vərəsəsi – o, qardaşı Maraqlı şəxs4 və bacısı X13 qalmışdır. X14, X6 və X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2,01 ha torpaq sahəsi və X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2499,9 kv.m torpaq sahəsindən ibarət miras əmlakı Ərizəçi idarə edir, torpaq sahəsi onun istifadəsində və sahibliyindədir, onlara baxır və əkib becərir. Qardaşı Maraqlı şəxs4 və bacısı X5 buna heç bir etirazı yoxdur. Belə olan halda qeyd edilən miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Ağdam rayon Dövlət Notariat Ofisinə müraciət etmiş, hənmin orqan qanunla müəyyən eilmiş müddətin ötürülməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsindən imtina edərək məhkəməyə müraciət etməsini ona tövsiyyə etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü ildə vəfat etmiş atası Tahir Gözəlov evin tək uşağı olmuş, Tahirin bacı-qardaşı olmamışdır. Babası və nənəsi də vəfat etmişlər. Miras əmlakı idarə etdiyini, digər vərəsələrin mirası qəbul etməkdən imtina etdiklərini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs3 nümayəndəsi qismində məhkəmədə izahat verən V.H.Mustafayeva ərizəni əsaslı hesab edərək təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Ağdam Rayon Dövlət Notariat Ofisinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxs Ağdam Rayon Dövlət Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş JN-0151 kod 60919018 olan torpağa mülkiyyət hüquqna dair dövət aktının surətindən görünür ki, Ağdam Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 02 saylı qərarı ilə X14, X6 və X10 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ağdam rayonunun Üçoğlan kəndində 2,01 ha torpaq sahəsi verilmişdir. 04 noyabr 2010-ci il tarixli A 119701 nömrəli Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi torpaq sahəsinin planı və ölçüsü kitabının surətindən görünür ki, Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2499,9 kv.metr torpaq sahəsi X12 məxsusdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 95 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X10 üç vərəsəsi – övladları Ərizəçi, Maraqlı şəxs4 və Gözəlova (Hümbətova) Sevinc Tahir qızı qalmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 94 nömrəli arayışından görünür ki, mərhumlar X14 və X2 X7 başqa vərəsəsi olmamışdır. AZ-İİ № 329981 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü ildə vəfat etmişdir. AZ-İ № 920219 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə vəfat etmişdir. AZ-İ № 898947 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2018-ci ildə vəfat etmişdir. Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 16 saylı məktubundan görünür ki, Ərizəçi miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan mirasın qəbul edilməsi müddətinin ötürüldüyünü əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, miras əmlak Ağdam rayonunun Üçoğlan kəndində yerləşən X14, X6 və X12 məxsus olmuş 2,01 ha torpaq sahəsi, həmçinin X12 məxsus Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2499,9 kv.metr torpaq sahəsindən ibarətdir. Miras qoyan T.Ərizəçi xx.xx.2023-cü ildə, M.Ş.Gözəlova xx.xx.2018-ci ildə, E.İ.Gözəlov xx.xx.2018-ci ildə vəfat etmişlər. Mirasın açıldığı yer Ağdam rayonudur. Miras qoyan şəxslərin üç nəfər birinci növbə vərəsələri - müvafiq olaraq nəvələri və uşaqları Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 olmuşdur. Ərizəçi miras əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da həmin mirası qəbul etmişdir. Digər vərəsə mirası qəbul etməmişdir. Miras qoyan şəxs tərəfindən vəsiyyətnamə tərtib olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsində qeyd olunmuşdur ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsində qeyd olunmuşdur ki, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsində göstərilmişdir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci madddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. X14, X6 və X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2,01 ha torpaq sahəsi və X7 miras qalmış Ağdam rayonunun Üçoğlan kəndində yerləşən 2499,9 kv.metr torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar