Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-921/2024 03.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Vəkil, Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki işə 03 iyul 2024cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində xx.xx.1981-ci ildən xx.xx.1992ci ilədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləmişdir. İşləməsinə dair sənədlərin və əmək kitabçasının əslinin işğal zonasında qaldığını, əmək kitabçasının kserosurətini tapdığını, faktın təsdiqinin əmək kitabçasını bərpa etmək üçün zəruri olduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının mütəxəsisi E.R.Hüseynov ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şahid qismində məhkəmədə izahat verən X3 xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək Kəlbəcər rayonu “Karl Marks” adına işlədiyini, Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər onunla birlikdə həmin kolxozda zootexnik işlədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 xx.xx.1969-cu ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında gözətçi işlədiyini, həmin sovetliyin Kəlbəcər rayonu “Karl Marks” adına kolxoza aid olduğunu, Ərizəçi 1981-ci ildən 1992-ci ilə qədər sözügüdən kolxozda zootexnik işlədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Kəlbəcər Filialının xx.xx.2023-cü il tarixli 08 saylı arayışlarından görünür ki, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi barədə arxiv sənədləri işğal zonasında qalmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli 3-171/2-Ə- 170838/2023 saylı məktubundan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığorta olunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Ərizəçi Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə müraciətində qeyd etdiyi dövr üzrə hər hansı məlumat verilməsi mümkün olmamışdır. AZE № ******* saylı əmək kitabçasının surətindən görünür ki, M.Q.Quliyev xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda işləmişdir. AZE № ******* saylı əmək kitabçasının surətindən görünür ki, M.M.Nuriyev xx.xx.1969-cu ildən xx.xx.1992-ci ilə qədər Kəlbəcər rayonu Əsrik kənd soveti inzibati binasında gözətçi işləmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda Zootexnik vəzifəsində işləmişdir. Ərizəçi iş stajını təsdiq edən sənədlər işğal zonasında qalmışdır. Faktın təsdiqi Ərizəçi əmək kitabçasını bərpa etmək üçün zəruri olmuş və o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görəsosial sığorta stajı əmək pensiyası hüququnun müəyən edilməsi zamanı alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanınınməcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 21.1-ci maddəsində qeyd olunur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün Əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənət olmadıqda idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bənidndə göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Həmin normativ sənədində məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və əroizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə səndləri olmalıdır. “Hüquqi əhəmiyyəti olan faktlərın müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2019cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcələləsinin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edib nəzərə alınmalı, yazılı sübutların olub olmamasını, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib edilməməsinə xüsusi diqqət yetirilməlidir. Hazırki mülki işə baxılarkən dindirilmiş şahidlər ərizəçi ilə bir yerdə işləmələrini təsdiq edən əmək kitabçasının surətini məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. Ərizəçi xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilə qədər Kəlbəcər rayonu “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-921/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-921/2024
03.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver