Məhkəmə qərarları › İş №2(013)-928/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-928/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-928/2025 23.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbi barədə mülki işə 23 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq göstərmişdir ki, Ağdam rayon İcra və Probasiya Şöbəsinin 04 yanvar 2019-ci il tarixli 238866/2018 saylı «İcra sənədi üzrə icrrata xitam verilməsi barədə» qərarı ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-2522/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə X8 2 azyaşlı övladları ilə birlikdə Ağdam rayon Alıbəyli kəndində yerləşən kəndin təsərrüfatbaşı kitabında onun adına qeydə alınmış evə köçürülmüşdür. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun oğlu Mobil Əliyevlə Cavabdeh arasında olan nikah pozulmuşdur. X7 2022-ci ildə X5 ilə ailə qurmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Üçoğlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alıbəyli kəndində yerləşən onun yaşadıgı ev 3 otaq, 1 mətbəxdən ibarətdir. Həmin evdə o, oğlu İddiaçı və gəlini X6 yaşayır. Cavabdeh Əliyeva X1 yerləşən sözügedən evdə yaşamır. Cavabdeh və övladları altı ildən artıqdır ona məxsus evdə yaşamır, Alıbəyli kəndində atasına məxsus yaşayış evində yaşayırlar. Ona məxsus evin bir otagını Cavabdeh zəbt etmişdir. Bundan başqa məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığı qorunmasıdır. Hazırki işdə mübahisəli evi keçmiş qayınata inşa etmişdir. Artıq ailə münasibətləri pozulmuş keçmiş gəlini həmin evə köçürülməsinin hansı birgə yaşayış qaydalarına səbəb olacagı aydın görünür. Ona görə yekun qərar qəbul edən məhkəmə tərəflərin mənafeyləri arasındaki ədalətli tarazlıgı işin sübuta yetirilmiş faktiki halları fonunda müəyyən etməlidir. Ev üzərində onun mülkiyyət hüququ var. Başqa çıxış yolu olmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəldiyini qeyd etməklə Cavabdeh onun mülkiyyətində olan Ağdam rayonunun Alıbəyli kəndi ərazisində yerləşən evdən çıxarılması, mediasiya üçün ödədiyi 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh 7 ildir onun evində yaşamır, otağın birinin qapısını bağlayaraq getmişdir. Ayşəm evdən çıxmaq üçün ondan 5000 manat istəmiş, o isə Ayşəmə cəmi 1000 manat vermək istəmişdir. Ayşəm onun evinə gəlib-gedərkən evi çirkləndirir və onun ünvanına nalayiq söyüşlərlə söyür. Ayşəmə 1000 manatdan artıq pul vermək imkanının olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, iki azyaşlı uşağı var, hazırda fermalarda fəhlə işləyərək uşaqlarını saxlayır. Yaşamağa yerinin olmadığını və İddiaçı məxsus evdən çıxmaq üçün 5000 manat tələb etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Həmin maddədə göstərilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(013)-1989/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən göründüyü kimi İddiaçı Cavabdeh qarşı Cavabdeh və əşyalarının ona məxsus olan Ağdam rayonu Alıbəyli kəndində yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən çıxarılması tələbi barədə iddiası əsassız olduğundan rədd edilmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(013)-2522/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdeh 2 azyaşlı övladları ilə birlikdə İddiaçı adına olan evə köçürülməsi qət edilmişdir. Həmçinin Ağdam Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(013)-327/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı X2 və əşyalarının ona məxsus olan Ağdam rayonu Alıbəyli kəndində yerləşən evdən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı Cavabdeh onun mülkiyyətində olan Ağdam rayonunun Alıbəyli kəndi ərazisində yerləşən evdən çıxarılması, mediasiya üçün ödədiyi 50 manat və ödənilmiş dövlət rüsumu əvəzində 50 manat pulun cavabdehdən alınaraq ona verilməsi tələbi barədə iddia ərizəsi əsasında toplanmış 2(013)-928/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar