Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1003/2020 22.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinin direktoru Ə.Novruzovun iştirakı ilə İddiaçı Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinə qarşı işə bərpa olunma tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinə qarşı işə bərpa olunma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktorunun xx xxxx 2020-ci il tarixli 62 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və onun işə bərpa olunmağı və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsi hissəsindən imtina etdiyini bildirmiş və iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə imtina qəbul edilmiş və iş üzrə icraata məcburi iş buraxmaya görə əmək haqqı hesablanaraq ödənilməsi hissəsində xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının maarif ibtidai təhsilin pedoqikası və metodikası ixtisası üzrə 2011-ci ildə, 2012-ci ildə həmin Universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. Bu barədə adına maarif ibtidai təhsilin pedoqikası və metodikası ixtisası üzrə 2/1838 qeydiyyat nömrəli, xx xxxx 2011-ci il tarixli, seriya B, 200709 nömrəli, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 1581 qeydiyyat nömrəli, xx xxxx 2012-ci il tarixli, seriya YB, 016470 nömrəli,dövlət sənədi olan diplom verilmişdir. O, 2011-ci ildə Tural Alıyev ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və nikah bağlandıqdan sonra “Alıyeva” soyadını qəbul etmişdir. O, Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbi üzrə 127 saylı, xx xxxxxxxx 2013-cü il tarixli əmri ilə rayon Təhsil şöbəsinin 1740/2 nömrəli, xx xxxxxxxx 2013-cü il tarixli razılıq məktubu əsasında həmin məktəbə ixtisası üzrə müvəqqəti olaraq Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim təyin edilmişdir. Daha sonra Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinin direktorunun 18 saylı,xx xxxxxx 2014-cü il tarixli əmri ilə rayon Təhsil şöbəsinin 153 saylı,xx xxxxxx 2014-cü il tarixli razılıq məktubu əsasında həmin məktəbə ixtisası üzrə daimi müəllim təyin edilmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. 2017-ci ilin may ayında start verilmiş Respublika səviyyəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanlarında iştirak etmək məqsədi ilə tələb olunan bütün sənədləri toplanaraq elektron ərizə formasında qiymətləndirmə imtahanını təşkil etmiş cavabdeh orqanın bazasına yerləşdirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı X2 Mərkəzi 164 nömrəli, xx xxx 2018-ci il tarixli məktubla Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoruna və Ağdaş rayon Təhsil Şöbəsinin müdirinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxx 2018-ci il tarixli, 05-09-666/13 nömrəli məktubu ilə Müəllimlərin işə qəbulu Qaydalarına zidd olaraq işə qəbul edildiyini göstərərək onun 2017-2018-ci tədris ilinin sonunda, yəni xx xxxx 2018-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Qeyd edir ki, o, 2018-ci il tarixdə körpə uşağa qulluğa görə haqqı ödənilən məzuniyyətə çıxmışdır. Məzuniyyət bitdiyi üçün xx xxxx 2020ci il tarixdə işdə hesab edilmişdir. Lakin elə həmin günü məktəb rəhbərliyi tərəfindən Nazirlikdən göndərilmiş məktuba əsasən faktlar tam araşdırılmadan cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktorunun xx xxxx 2020-ci il tarixli 62 nömrəli əmri ilə həmin tarixdən onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o, məktəbin müəllimi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar o, Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. O, həmin Qaydalar qüvvəyə minənədək həmin məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən onun həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” o, işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən hazırki dövrdə onun xx xxxxxxxx 2013-cü ildə işə qəbul olunmağına şamil edilə bilməz. Bütün bunlar onun qanunvericiliklə qorunan hüquqlarını pozur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinin direktoru X3 məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, iddiaçı onun məktəbində işləmiş və nümunəvi müəllim olmuşdur.İddiaçının işdən qanunsuz azad edilməsini qəbul edir. Hazırda iddiaçının işə yenidən bərpa edilməsinə etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı əmək kitabçasının surətindən görünür ki, Seyidova (Alıyeva) X6 rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbi üzrə 127 saylı, xx xxxxxxxx 2013-cü il tarixli əmri ilə rayon Təhsil şöbəsinin 1740/2 nömrəli, xx xxxxxxxx 2013-cü il tarixli razılıq məktubu əsasında həmin məktəbə ixtisasım üzrə əvəzçiliklə ixtisası üzrə müəllim təyin edilmişdir. Daha sonra Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbinin direktorunun 18 saylı, xx xxxxxx 2014-cü il tarixli əmri ilə rayon Təhsil şöbəsinin 153 saylı,xx xxxxxx 2014-cü il tarixli razılıq məktubu əsasında həmin məktəbə ixtisası üzrə daimi müəllim təyin edilmişdir, uşağa qulluğa görə məzuniyyət bitdiyi üçün xx xxxx 2020-ci il tarixdə işdə hesab edilmişdir xx xxxx 2020-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmiş və İddiaçı işdən azad edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsinin direktoru L.Paşayevin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzova ünvanladığı xx xxxxxxxx 2013-cü il tarixli məktubdan görünür ki, təqdimata əsasən Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı xx xxxxxxxx 2013-cü il tarixdən məktəbin əvəzçiliklə müəllim təyin edilməsinə RTŞ etiraz etmir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzovun 127 saylı, xx xxxxxxxx 2013-cü il tarixli əmrindən görünür ki, Seyidova (Alıyeva) Lalə Abid qızı məktəbə əvəzçiliklə ixtisası üzrə müəllim təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsinin direktoru L.Paşayevin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzova ünvanladığı xx xxxxxx 2014-cü il tarixli məktubdan görünür ki, təqdimata əsasən Azərbaycan dili və ədəbiyyatı müəllimi İddiaçı xx xxxxxx 2014-cü il tarixdən məktəbə daimi olaraq ixtisası üzrə müəllim təyin edilməsinə RTŞ etiraz etmir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzovun 18 saylı, fevral 2014-cü il tarixli əmrindən görünür ki, Seyidova (Alıyeva) Lalə Abid qızı məktəbə məktəbə daimi olaraq ixtisası üzrə müəllim təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzovun xx xxxx 2018-ci il tarixli 87 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdən xx xxxxx 2021-ci ilədək körpə uşağa qulluğa görə haqqı qismən ödənilən məzuniyyətdə hesab edilsin. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzovun xx xxxxxx 2018-ci il tarixli 16 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci ilədək analıq məzuniyyətinə buraxılsın. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Təhsil Şöbəsi Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru Ə.Novruzovun xx xxxx 2020-ci il tarixli 63 nömrəli əmrindən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdən işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən maarif ibtidai təhsilin pedoqikası və metodikası ixtisası üzrə 2/1838 qeydiyyat nömrəli, xx xxxx 2011-ci il tarixli, seriya B, 200709 nömrəli, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə 1581 qeydiyyat nömrəli, xx xxxx 2012-ci il tarixli, seriya YB, 016470 nömrəli, dövlət sənədi olan diplomların surətlərindən görünür ki, Seyidova (Alıyeva) Lalə Abid qızına bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah şəhadətnaməsinin surətindən görünür ki, X4 ilə X5 xx xxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənib ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin Alıyevaa soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar iddiaçı Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin Qaydalar qüvvəyə minənədək, yəni xx xxxxxxxx 2013-cü il tarixdə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında iddiaçı Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən iddiaçının həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” iddiaçı işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən iddiaçının xx xxxxxxxx 2013-cü ildə işə qəbul olunmağına şamil edilə bilməz. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, iddiaçının ödəməkdən azad edildiyi 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin direktoru X1 xx xxxx 2020-ci il tarixli 62 nömrəli əmri ləğv edilsin, İddiaçı işə bərpa olunsun. Cavabdeh Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbdən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1003/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1003/2020
22.07.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver