Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1024/2022 27.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rаyоn Məhkəməsinin hаkimi Əliyev Nizam Mubariz oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ”hüquqi əhəmiyyətli faktın qeyd edilməsi” tələbinə dair ərizəni və оnа əlаvə еdilmiş sənədləri nəzərdən kеçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ”hüquqi əhəmiyyətli faktın qeyd edilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə mürаciət еtmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Dövlət Sosial Müdafiəsi Nazirliyinə təqdim etdiyi və adına əmək kitabçasında qeyd edilən staj 07.09.1978-ci il tarixdən 17.12.1996-cı il tarixinədək olan dövrdəki stajının əmək kitabçasında qeyd edilməsi barədə faktların müəyyən edilməsinə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizədə qeyd edilən tələbə məhkəmədə baxılmalı olmaması əsası ilə mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Belə ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 13.2-ci maddəsində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin vediyi arayış və.s) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajınını məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 114.1.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarına əlavə olunmuş sənədlərdən aydın olur ki, əmək kitabçasında işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanı tərəfindən imtina edilmişdir. Bu halda, ərizəçi həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ”hüquqi əhəmiyyətli faktın qeyd edilməsi” tələbi ümumi məhkəmələrdə baxılmalı deyildir, buna görə də iddia ərizəsinin bu tələblə bağlı hissəsində iş üz icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı MPM-nin 153.2.1, 268-269-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ”hüquqi əhəmiyyətli faktın qeyd edilməsi” tələbinə dair mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçiyə izah edilsin ki, qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən "xxxx"ın ASC-nin Ağdaş filialı vasitəsi ilə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Maliyyə Nazirliyinin Ağdaş rayonu üzrə Maliyyə şöbəsi vasitəsi ilə dövlət büdcəsindən Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1024/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1024/2022
27.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver