Məhkəmə qərarları › İş №2(014)-1035/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1035/2023

12.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1035/2023 12.07.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 29 aprel *957-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuşdur. X*, anası X8. *964-cü ildə Ağdaş rayonu, Güvəkənd kəndində mövcud olmuş kənd ibtiadi (dörd illik) məktəbin *-ci sinifinə getmişdir. *974-cü ildən *976-cı ilə kimi Rusiya Federasiyasının Leninqrad vilayətində hərbi xidmətdə olmuşdur. Doğum haqqında şəhadətnamənin əldə edilməsi ilə bağlı Ağdaş rayon Polis şöbəsinə müraciət etməsinə baxmayaraq, ona doğum akt qeydinin müəyyən edilməsi ilə bağlı “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sistmində məlumat aşkar olunmaması bildirilmişdir. Hazırda adına şəxsiyyət vəsiqəsi alınması üçün doğum haqqında şəhadətnamə olmadığına görə bu qeyri-mümkündür. Ağdaş rayonu, Güvəkənd kəndində doğulmağı faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan doğumun qeyd edilmə faktının müəyyən edilməsi vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Göstərilənlərə əsasən onun, yəni Ərizəçi 29 aprel *957-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində doğulması faktının müəyyən edilməsi, doğum haqqında akd qeydləri kitabında onun soyadı, adı, ata adının “Ərizəçi”, valideynləri qrafasında atası “X7”, anası “X**”, doğulduğu gün, ay, il və yer “29 aprel *957-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndi” məzmununda qeyd aparılması barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Ərizəçi 29 aprel *957-ci ildə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuşdur. Ərizəçi doğumdan sonra onu doğumu dölət qeydiyyatına alınmamış və doğum haqqında şəhadətnamə alınamışdır. Hazırda şəxsiyyət vəsiqəsi almaq zərurəti yaranmışdır. Lakin qardaşının doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ərizəçinin qohumu olduğunu bildirirək özündən əvvəl izahat vermiş şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Ağdaş rayon polis şöbəsi tərəfindən verilmiş *4.06.2022-ci il tarixli məktubdan görünür ki, Ağdaş rayonu, Güvəkənd kəndində *957-ci il tarixdə doğulmuş Ərizəçi barəsində tərəflərindən 0*.02.2022-ci il tarixdə 8/*32-2253-*22* saylı məktubla Maraqlı şəxsnə doğum haqqında şəhadətnəməsinin surətini onlara göndərilməsi üçün sorğu göndərilmiş və qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli 05/Q-72/*4 saylı məktubundan məlum olmuşdur ki, doğum akt qeydinin müəyyən edilməsi ilə bağlı “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində araşdırma aparılmış və Maraqlı şəxs arxivində məlumat aşkar edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon polis şöbəsi tərəfindən verilmiş 20.*0.2022-ci il tarixli arayışdan görünür ki, 29.04.*957-ci il təvəllüdlü Ağdaş rayonu, Güvəkənd kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2022-ci il tarixdə sənədləri Ağdaş Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən qəbul edilib. Lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. Fotoşəkilin Ərizəçi məxsus olması təsdiq edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 02.**.*976-cı il tarixdə Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. *957-ci il təvəllüdlü vətəndaşların X6 *4-cü səhifədə *** sıra sayında qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin və şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi 29 aprel *957-ci il tarixdə Ağdaş rayonu, Güvəkənd kəndində doğulmuş, lakin doğumun qeydiyyatı haqqında akt qeydi aşkar edilməmiş, Maraqlı şəxsnə edilmiş müraciətə cavab olaraq bildirilmişdir ki, doğum haqqında aktın itirilmiş qeydlərinin əvvəllər olduğunu təsdiq edən sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi verilmir və müvafiq olaraq da o, şəxsiyyət vəsiqəsi əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsində göstərilir ki, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçinin qızının X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3nın, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3nın dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3nın qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməli, Ərizəçi 29 aprel *957-ci il tarixdə doğulması faktı müəyyən edilməli, Ərizəçi doğulduğu yer qrafasında “Ağdsaş rayonu, Güvəkənd kəndi”, ata qrafasında “X7”, ana qrafasında “X**” qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi 29 aprel *957-ci il tarixdə doğulması faktı müəyyən edilsin. Ərizəçi doğulduğu yer qrafasında “Ağdsaş rayonu, Güvəkənd kəndi”, ata qrafasında “X7”, ana qrafasında “X**” qeyd olunsun. Hazırkı qətnamə doğumun müvafiq qeydiyyat orqanında rəsmiləşdirilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar