Məhkəmə qərarları › İş №2(014)-1039/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1039/2020

16.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1039/2020 16.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı X15rşı Qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı X15rşı qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayonunun Pirəyir kəndində xx xxxx 2007-ci ildə ölmüş X4 qanun üzrə ikinci növbə vərəsəsi ola biləcək, xx xxx 1976-cı ildə ölmüş bacısı İbrahimova(Məmmədova) Məsmə Əli qızının bacısı oğlu olaraq onun ikinci növbədə vərəsə kimi X2 qalmış mirasın-dövlət aktlarının qeydiyyat kitabında xx.xx.1998-ci ildə 333 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən məxsus olmuş (JN-0074,KOD 90313038) 1,22 ha torpaq sahəsinin miras qalmış əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş rayonunun Pirəyir kəndində xx xxxx 2007-ci ildə ölmüş xalası X4 1976-cı ildə ölmüş anam İbrahimova (Məmmədova) Məsmə Əli qızının bacısı olmasına dair qohumluq faktının, Ağdaş rayon AİK-nın xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə verilmiş,dövlət aktlarının qeydiyyat kitabında xx.xx.1998-ci ildə 333 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 1,22 hektar torpaq sahəsinin X12 çatası ½(ikidə bir) hissəsinin onun xx xxxx 1998-ci ildə ölümündən sonra arvadı X9 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının, xx xxxx 2007-ci ildə ölmüş xalası X4 qanun üzrə ikinci növbə vərəsəsi ola biləcək, xx xxx 1976-cı ildə ölmüş bacısı İbrahimova (Məmmədova) Məsmə Əli qızının oğlu olaraq onun ikinci növbədə vərəsə kimi X2 qalmış mirasın-dövlət aktlarının qeydiyyat kitabında xx xxx 1998ci ildə 333 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən məxsus olmuş (JN-0074, kod 90313038) 1,22 hektar torpaq sahəsinin ərindən miras kimi qəbul etdiyi yarı hissəsindən və özünə çatası yarı hissəsindən ibarət olmaqla cəmi 1,22 hektar torpaq sahəsinin miras qalmış əmlak olaraq tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Vəkil məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, ərizəçinin Ağdaş rayonunun Pirəyir kəndində yaşayan qohumları X19 ilə X4 xx xxxxxx 1981-ci ildə qeydə alınmış birgə nikahlarından hər hansı övladları olmamışdır. X19 xx xxxx 1998-ci ildə, arvadı X9 isə xx xxxx 2007-ci ildə Ağdaş rayonunun Pirəyir kəndində öldükdən sonra onların qanun üzrə hər hansı birinci növbə vərəsələri qalmamışdır. Ölümlərindən sonra onlardan Ağdaş rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarı ilə verilmiş, dövlət aktlarının qeydiyyat kitabında xx xxx 1998-ci ildə 333 nömrə ilə qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən (JN-0074, kod 90313038) 1,22 hektar torpaq sahəsi miras qalmışdır. X10 xx xxxx 1998-ci ildə ölümündən sonra arvadı X9 ondan miras qalmış torpaq sahəsini qəbul etmiş, özü isə xx xxxx 2007-ci ildə Ağdaş rayonunun Pirəyir kəndində öldükdən sonra onun qanun üzrə hər hansı birinci növbə vərəsələri qalmamışdır. X4 xx xxxx 2007-ci ildə Ağdaş rayonunun Pirəyir kəndində ölümündən sonra onun qanun üzrə ikinci növbə vərəsəsi ola biləcək bacısı, yəni ərizəçinin anası olan İbrahimova (Məmmədova) Məsmə Əli qızı xalasıGülxarədən xeyli əvvəllər, xx xxx 1976-cı ildə Ağdaş rayonunun Pirəyir kəndində ölmüşdür. İbrahimova (Məmmədova) Məsmə Əli qızının ölümündən sonra onun ərizəçidən başqa qanun üzrə hər hansı birinci növbə vərəsələri qalmamışdır. Ərizəçinin xalası X4 2007-ci ildə ölümündən sonra onun qanun üzrə ikinci növbəli tək vərəsəsi ola biləcək, hələ 1976-cı ildə ölmüş bacısı Məsmənin oğlu kimi ərizəçi həmin vaxtdan miras pay torpaq sahəsinə sahiblənmiş, sahəni əkib-becərmiş, istifadəyə və icarəyə vermiş, faktiki idarə etməklə miras əmlak kimi qəbul etmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsinin Akt qeydinin aşkar edilməməsinə dair arayışlarında göstərilir ki, 1927-ci il doğumlu X7 və 1935-ci il doğumlu olduğu bildirilən X4 doğum haqqında akt qeydləri aşkar edilməmişdir. Hesab edir ki, ərizə əsaslıdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin 17 saylı X21 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinın nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Şahid X16 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Ərizəçi qaynının oğludur, İbrahimova (Məmmədova) X27 Məmmədovun anası, X9 isə xalası olmuşdur. Bildiyinə görə Gülxarə İbrahimovanın ölümündən sonra ondan miras qalmış torpaq sahəsini miras olaraq Ərizəçi qəbul etmişdir.Həmin torpaq sahəsində Ərizəçi əkin-biçin işləri aparmışdır. Şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, ərizəçinın həmkəndlisi və uzaqdan qohumudur. Ərizəçinin ailə üzvlərini yaxından tanıyır. İbrahimova (Məmmədova) X27 Məmmədovun anası, X9 isə xalası olmuşdur. Xalasından miras qalmış əmlakı Ərizəçi miras olaraq qəbul etmiş,torpaq üzərində sahiblik,sərəncam və istifadə hüquqlarını həyata keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən akt qeydinin aşkar edilməsi barədə arayışdan görünür ki,X19 və X9 xx xxxxxx 1981-ci ildə rəsmi nikah qeydindən keçməklə evlənib ailə qurmuşlar,evləndikdən sonra qadın kişinin soyasını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən akt qeydinin aşkar edilməməsi barədə arayışdan görünür ki,X10 doğum akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qeydiyyat şöbəsinin arayışından görünür ki,X19 xx xxxx 1998-ci ildə Ağdaş rayonu,Pirəyir kəndində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən akt qeydinin aşkar edilməməsi barədə arayışdan görünür ki,X4 doğum akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qeydiyyat şöbəsinin arayışından görünür ki, X9 xx xxxx 2007-ci ildə Ağdaş rayonu,Pirəyir kəndində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən akt qeydinin aşkar edilməməsi barədə arayışdan görünür ki,X7 doğum akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qeydiyyat şöbəsinin arayışından görünür ki, X17 xx xxx 1976-cı ildə Ağdaş rayonu,Pirəyir kəndində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-in Gürcuva kənd İƏD üzrə nümayəndəliyinin xx xxx 2019-cu il tarixli arayışından görünür ki, mərhum X11 ölən günə kimi Ağdaş rayonu,Pirəyir kəndində yaşamış,mərhumun vərəsələri bacısı oğlu Ərizəçi Məhəmməd oğludur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, xx xxxxxx 1962-ci ildə anadan olmuş Ərizəçi Məhəmməd oğlunun valideynləri X20 və X13r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Gürcuva Bələdiyyəsinin arayışından görünür ki, Ərizəçi Məhəmməd oğlunun mərhum xalası X9 və xalasının əri X3 rayon Pirəyir kənd ərazisində verilmiş çöl pay torpağını hər ikisi vəfat etdikdən sonra Ərizəçi Məhəmməd oğlu istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu,Pirəyir kəndində yerləşən 1,22 hektar torpaq sahəsi X19 və X5 paylı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat ofisinin imitna məktubundan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Mülki Prosessual Məcəlləsinin 307.1 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. AR Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin bacıları və qardaşları ikinci növbədə vərəsələr hesab olunurlar.Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi ola biləcək valideynləri sağ olmasın. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iclasında araşdırılmış sübutlar nəticəsində müəyyən edildi ki, Ərizəçi anası İbrahimova (Məmmədova) Məsmə Əli qızı X4 bacısıdır, belə olan halda Ərizəçi X4 bacısı oğludur, X1 Şərif Bəkir oğlu ilə evli olmuş, X9 ilə X10 ümumi paylı mülkiyyətində Ağdaş rayonu, Pirəyir kəndində yerləşən 1,22 hektar torpaq sahəsi olmuş, X9 ilə X19 vəfat etmişlər, lakin özlərindən sonra birinci növbə vərəsələri qalmamışdır. Ərizəçinin anası, yəni Məsmə İbrahimova xx xxx 1976-cı ildə vəfat etmişdir. X19 həyat yoldaşı X2 öncə vəfat etdiyi üçün onların paylı mülkiyyətində olan torpaq sahəsinin X10 payına düşən 1,22 hektar torpaq sahəsinin ½ hissəsini həyat yoldaşı olan X9 qəbul etmişdir. Belə olan halda Ağdaş rayonu,Pirəyir kəndində yerləşən 1,22 hektar torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 məxsus əmlak kimi qiymətləndirilməli, beləliklə, Ərizəçi X2 miras qalmış torpaq sahəsinə sahiblik və istifadə etməsi, həmçinin X4 ərizəçidən başqa vərəsəsi olmaması nəzərə alınaraq ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxx 2007-ci ildə vəfat etmiş X4 xx xxx 1976-cı ildə vəfat etmiş İbrahimova (Məmmədova) Məsmə Əli qızının bacısı olmasına dair qohumluq faktı, torpağa mülkiyyət hüququna dair JN 0074, kod 90313038 saylı Dövlət aktına əsasən Ağdaş rayonu, Pirəyir kəndində yerləşən 1,22 hektar torpaq sahəsinin X12 çatası ½ (ikidə bir) hissəsi onun xx xxxx 1998-ci ildə ölümündən sonra həyat yoldaşı X9 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı, xx xxxx 2007-ci ildə vəfat etmiş X4 qanun üzrə ikinci növbə vərəsəsi kimi Ərizəçi torpağa mülkiyyət hüququna dairJN 0074, kod 90313038 saylı Dövlət aktına əsasən Ağdaş rayonu, Pirəyir kəndində yerləşən 1,22 hektar torpaq sahəsinin X4 ərindən miras kimi qəbul etdiyi yarı hissəsindən və özünə çatası yarı hissəsindən ibarət olmaqla cəmi 1,22 hektar torpaq sahəsinin miras qalmış əmlak olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar